Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-274/2025 29.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: oğlunun sədrliyi, Məhkəmə iclas katibi: katibliyi, Şərur Rayon İcra və X4, Probasiya Şöbəsinin səlahiyyətli nümayəndəsi: Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1996-cı il tarixdə Şərur rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Püsyan kəndində qeydiyyatda olmaqla yaşayan, "xxxx"da montajçı işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şərur Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli 103992/22 nömrəli məkubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs müvafiq icra sənədi üzrə aliment borcunu ödəməkdən yayınmışdır. Faktla bağlı xx.xx.2025-ci il tarixdə Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra şöbəsinin rəisi X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsilə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək, verdiyi izahatında icra sənədi ilə bağlı məlumatlı olduğunu, birgə nikahdan uşağın 2019-cu ildə doğulduğunu, hərbidə işlədiyi vaxtlarda qarşı tərəfin 2021-ci ildə aliment tələbi ilə məhkəməyə müraciət etdiyini, ondan sonra işdən çıxıb 2-3 ay işləmədiyini, kənddə atasıgillə yaşadığını, maddi imkanı yaxşı olmadığı üçün borclarını ödəyə bilmədiyini, işdə əlini laqonda ilə kəsdiyini, işləyə bilmədiyini, şəkillərini onlara da atdığını, ciyərində xəstəliyinin də olduğunu, əmək haqqından aliment tutulduğunu, uşağı ona göstərmədiklərini, qarşı tərəfin 1 ilə yaxındır ailə qurub Rusiya Federasiyasında yaşadığını, uşağın nənə-baba yanında qaldığını, uşaq tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün mediasiya təşkilatına müraciət etdiyini, hazırda işlədiyini və 600 manat əmək haqqı aldığını, real əmək haqqının 1200 manat olduğunu və borcunu hissə-hissə ödəyə biləcəyini bildirib barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra şöbəsinin rəisi X7 verdiyi izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş alimentin tutulmasına dair icra sənədinin aidiyyəti üzrə Şərur Rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2022-ci il tarixdə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borcluya məhkəmə tərəfindən təyin olunmuş borcun tam və vaxtında icrası olunması barədə dəfələrlə xəbərdarlıqlar edildiyini, həmin vaxtı borclu Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında müqavilə əsasında xidmət etdiyindən barəsində olan icra sənədinin əmək haqqından tutulması üçün hərbi hissəyə yönədildiyini, bir müddət əmək haqqında tutulduqdan sonra xx.xx.2022-ci il tarixdə öz ərizəsi əsasında ordu sıralarından tərxis olunduğunu, tərxis olunduqdan sonra borclu ilə dəfələrlə əlaqə saxlayaraq aliment borcunun olmasının telefon vasitəsilə ona bildirildiyini, borclunun icra sənədinin icrası ilə bağlı qəbulda da olduğunu, onun bir müddət hər ay 150 manat aliment borcunu ödədiyini, sonradan borclu tərəfindən pul ödənilməməyə başladığını, Elekron İcra Sistemi vasitəsilə əldə olunmuş məlumata görə borclunun "xxxx" MMC-də işlədəyinin məlum olduğunu, xx.xx.2024-cü il tarixdə icra sənədinin borclunun əmək haqqına yönəldildiyini, o zaman həmin iş yerinin ünvanını müəyyən edə bilmədikləri üçün çatdırılmasının mümkün olmadığını, belə ki elektron sistemdən çıxan ünvana göndərdiklərini, həmin ünvanın mövcud olmadığının məktubun üzərinə yazılaraq geri qaytarıladığını, bir müddət sonra Elekron İcra Sistemindən sorğu edən zaman borclunun həmin işdən çıxdığının müəyyən olunduğunu, Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə borclunun ölkədən çıxışına məhdudiyyət qoulduğunu, xx.xx.2025-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul olunaraq icra olunması üçün Şərur Rayon Polis İdarəsinə göndərildiyini, borclunun 15-20 gün əvvəl əraziyə gəldiyini, polis idarəsinin əməkdaşı tərəfindən Şərur Rayon İcra və Probasiya Şöbəsinə göndərildiyini, borcu olduğunun ona bildirildiyini, hazırda sistemdə iş yeri olduğu və 600 manat əmək haqqı ilə təmin olunduğunun göründüyünü, 2022-ci ildə işdən çıxdıqdan sonra demək olar ki 2023-cü ilin sonlarına qədər alimenti ödədiyini, 2024-cü ildə 3 ay ödədiyini, bununla bağlı qəbzlərin də olduğunu, 2025-ci ildə ümumiyyətlə ödəmədiyini, onun hissəvi aliment ödədiyini, işləmədiyi ayların 150 manatdan hesablandığını, tələbkarın buna etiraz etmədiyini, ödəmədiyi ayları hesabladıqda 3040 manat borcu yarandığını bildirmişdir. Həmçinin icra şöbəsinin rəisi X7 verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hazırda "xxxx" MMC-də montajçı vəzifəsində işləməsi və aylıq əmək haqqı alması səbəbindən icra sənədinin borclunun əməkhaqqısına hansı səbəbdən yönəldilməməsi ilə bağlı hakimin sualını cavablandıra bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş şəxslərin izahatları ilə yanaşı, məhkəmə hərəkətlərinin protokollarını, inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs müvafiq icra sənədi üzrə aliment borcunu ödəməkdən yayınmışdır. Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-49/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, 11 may 2022-ci il tarixdən hesablanmaqla 01 aprel 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay qazancının (başqa gəlirlərinin) dörddə biri hissəsi miqdarında aliment tutularaq cavabdeh X2 ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixdə də icra vərəqəsi çıxarılaraq dərhal icra olunması üçün Şərur Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şərur Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla Şərur Rayon Məhkəməsinin 2(110)-49/2022-012 nömrəli, 1.05.2022-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanmışdır. Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, həmin tarixdə tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. ünvan ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, alimentin ödənilməsi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində işləyən borclunun əmək haqqına yönəldilmişdir. X3 Maliyyə-Plan şöbəsinin Pul təminatı və əmək haqqı bölməsinin rəisi tərəfindən Şərur Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, borclu Şəxs ordu sıralarında ehtiyyata biuraxıldığından müvafiq icra sənədi üzrə onun əmək haqqısından tutmalar xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır. Şərur Rayon İcra və Probasiya Şöbəsinin "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024cü il tarixli məktubundan görünür ki, alimentin ödənilməsi "xxxx" MMC-də işləyən borclunun əmək haqqına yönəldilmişdir. “Borclunun axtarışı haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs tərəfindən Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-49/2022-012 saylı xx.xx.2022-ci il tarixli icra sənədini icra edilmədiyindən onun barəsində axtarış elan edilmişdir. EMİS-dən əldə edilmiş məlumatdan görünür ki, borclu Şəxs "xxxx" MMC-də montajçı vəzifəsində işləyir və aylıq 430 manat məbləğində əmək haqqı alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən də, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, şəxsin təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına nəzər saldıqda görərik ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə hesab edir ki, hazırki işdə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olub-olmamasını müəyyən etmək üçün ilk olaraq işin faktiki halları ilə normanın əlamətləri diqqətlə müqayisə edilməlidir. Məhkəmə işin faktiki halları ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətlərini müqayisə edərkən qeyd etməyi zəruri hesab edir ki, bu prosesdə ilk olaraq fikir verilməli əsas məqam-hazırki iş üzrə icra sənədindəki tələbin borclu tərəfindən icra edilməməsinin üzürlü və ya üzrsüz səbəblərdən olub-olmamasıdır. Bununla əlaqədar olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkmə baxışı zamanı borclu Şəxs verdiyi izahatında 2024-cü ilin sonlarında "xxxx" MMC-də işlədiyi zaman əlini laqonda ilə kəsdiyini, işləyə bilmədiyini bu səbəbdən də işdən çıxarıldığını, son 3 aydır ki işinə bərpa olunduğunu bildirmişdir. Lakin iş materiallarından görünür ki, icra sənədi üzrə tutmaların borclunun əmək haqqısına yönəldilməsi ilə bağlı icra məmuru tərəfindən yetərincə səy göstərilməmişdir. Beləliklə də, məhkəmədə baxışı zamanı müəyyən olunan işin faktiki hallarından belə müəyyən edilir ki, borclu Şəxs işlədiyi müddətlərdə icra sənədinin icrasınından yayınmamış, hətda işdən çıxdıqdan sonrakı müəyyən müddətlərdə də sabit məbləğlərdə ödəniş etmiş, 2024-cü ilin sonlarında işlədiyi "xxxx" MMC-də əlini laqonda ilə kəsdiyindən sonra işdən çıxarıldığından icra sənədinin icrası mümkünsüz olmuş, son 3 ayda isə həmin müəssisəsdə yenidən işləsə də icra sənədinin icrasının təmin edilməsi üçün icra məmuru tərəfindən bütün zəruri imkanlardan istifadə edilmədən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, borclu Şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməməsi üzrsüz səbəbdən baş verməmişdir. Məhkəmə hesab edir ki, belə bir vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib törədilməməsini və digər mühüm halları araşdırmalıdır... Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib edilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə inzibati xəta tərkibi olmadığından) xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
2. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim: