Məhkəmə qərarları › İş №3(110)-275/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-275/2024

10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-275/2024 10.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5, Zərərçəkmiş şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1960-cı ildə Şərur rayonu, Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 3 uşaqlı, işsiz, Şərur rayonu, Düdəngə kəndində yaşayan X4 (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Düdəngə kənd sakini X1 rayon Mahmudkənd kəndində xx.xx.2024-cü il tarixdə şəxsi mübahisə zəmində Şərur rayon Düdəngə kənd sakini Zərərçəkmiş şəxs məxsus avtomobilə zərər vurmuş, bununla da X5 Azərbaycan Respublikası İXM-nin 232- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə X4 əməli özünün və zərəçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokollara əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs X5 izahatında Şərur rayon Düdəngə kəndində 1992-ci ildən bəri tək yaşadığını, 25 avqust 2024-cü il tarixdə Şərur rayon Mahmudkənd kəndində yaşayan bacısıgilə getmək üçün evdən çıxdığını, Cəlilkənd kəndinə qədər avtomobil ilə getdiyini, Cəlilkənd kəndindən piyada yoluna davam etdiyini, Mahmudkənd kəndinə çatan zaman həmkəndlisi Zərərçəkmiş şəxs ilə rastlaşdığını, onun telefonu ilə bacısına zəng vuraraq onun evdə olmadığını öyrəndiyini, Kamalla Mahmudkənd çayxanasında nərd oynamağa razılaşdıqlarını, nərd oynadıqdan sonra Kamaldan onu maşınla evə aparmasını istədiyini, Kamalın onu atmaca sözlərlə lağa qoymağa başladığını, Kamalın atomobilinə əyləşdiyini, bu zaman Kamal onu baş nahiyəsindən vurduğunu, onun da əsəbləşərək avtomobilin monitorunu sındırdığını, daha sonra avtomobildən düşərək Kamala söyməyə başladığını, Kamalın avtomobili onun üzərinə sürərək onu vurduğunu, həmin vaxt ətrafda kimsənin olmadığını, ayağının arxa hissəsindən zədə aldığını, onun da ayağa qalxaraq yerdən daş götürdüyünü və maşının müxtəlif yerlərindən daşla vurduğunu, daha sonra polis əməkdaşlarının hadisə yerinə gəldiklərini bildirmişdir. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən Zərərçəkmiş şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə saat təxminən 11:00 radələrində həmkəndlisi Şəxs ona zəng vuraraq onu Şərur şəhərinə aparmağını istədiyini, etibarnamə ilə idarə etdiyi “Lifan 620” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedib Bəxşəlini götürdüyünü, onu ilk öncə Şərur şəhərinə apardığını, Baxşəlinin “Kapital Bank” binasının qarşısında maşından düşdüyünü, onun da Bəxşəlini gözlədiyini, bir azdan işlərini qurtarıb gələrək onu Dizə kəndinə bacısıgilə aparmağını istədiyini, Dizə kəndinə çatdıqları zaman evin açarını unutduğunu dediyini, onu Mahmudkəndinə aparmağını orada 1-2 bakal pivə içmək istədiyini dediyini, Mahmudkəndinə çatan zaman Baxşəli onun da gəlməsini, daha sonra da onu aparıb evə qoyduqdan sonra pulu nə qədər edərsə verəcəyini dediyini, onunla razılaşdığını, çayxanada oturan zaman Baxşəli pivə onu narahat etdiyindən fikrini dəyişdiyini, kola içərək nərd oynamağa başladıqlarını, təxminən 2 saat nərd oynadıqdan sonra Baxşəli onun atası barədə nalayiq ifadələr işlətməyə başladığını, atasını ləqəbi ilə təhqir etdiyini, onun da əsəbləşərək nərdinin daşını stolunun üzərinə çırpdığını, Baxşəli butulkanı götürüb onu vurmaq istəyəndə çayxana işçisinin onu tutduğunu, mübahisənin böyüyəcəyini görərək ordan çıxdığını, avtomobilə gedən zaman Baxşəlinin yerdən daş götürərək ona tərəf gəldiyini gördüyünü, cəld maşına əyləşərək uzaqlaşmaq istədiyini, bu zaman çayxana işçisi onu arxadan səsləyərək pulu vermədiyini dediyini, onun da arxaya qayıdaraq işçiyə 5 manat verdiyini, avtomobilin qapısı açıq olduğundan, Baxşəlinin avtomobilə əyləşdiyini gördüyünü, onun da avtomobilə əyləşdiyini, daşın hələ də Bəxşəlinin əlində olduğunu, daşla maşını zədələyəcəyindən qorxaraq onu sakitləşdirməyə çalışdığını, Baxşəlinin isə ona “Sən mənim əsəblərimi təmiz pozdun gör neyləyəcəyəm” dediyini, həmin vaxt çayxana işçisinin yenidən gəlib əlavə 2 manat verməli olduğunu dediyini, onun da işçiyə 2 manat verdiyini, Baxşəlidən avtomobildən enməsini istədiyini, onun da enməyəcəyini deyərəkonu baş nahiyəsindən 2 dəfə yumruqla vurduğunu, Baxşəli yaşlı olduğundan özünü güclə saxlayaq onu vurmadığını, səs-küy saldığı üçün onu aparıb kənddə düşürmək istədiyini, təxminən 100 metr getmişdilər ki, Bəxşəli əlindəki daşla vurub monitoru sındırdığını, avtomobili saxlayaraq mühərriki söndürüb yerə düşdüyünü, Bəxşəlini də yerə düşərək yol ilə getməyə başladığını, onun da 102-ə zəng vurduğunu, Bəxşəli onun polisə zəng vurduğunu görüb geri qayıtdığını, əlindəki daşla avtomobilin ön alın şüşəsinə, kaport və ön sağ kırlo hissələrinə vuraraq zədələdiyini, daha sonra təkərin altına uzanaraq “polislər gəlsin deyəcəm məni maşınla vurdu” dediyini, ona heç nə deməyərək polislərin gəlməsini gözlədiyini, daha sonra Bəxşəli yerdən qalxaraq maşına əyləşdiyini, bir azdan polislərin gəldiyini, hadisə zamanı onu vurmadığını bildirmişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli 100 saylı ekspert rəyindən görünür ki, Şəxs bədən səhti üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilmədi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 101 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səhti üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilmədi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1018 saylı ekspert rəyindən görünür ki, 2011-ci il buraxılışı olan “Naz Lifan” markalı, “lf716E-620 minik” modelli avtomobilin zədələnən 1 ədəd ön alın şüşəsinin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti (nəzəri qaydada) təzminən 90 manat, 1 ədəd monitorun istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti isə təxminən 85 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, X4 əməlləri düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinin məzmunu izah edilsə də vurulmuş ziyan ödənilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxs X4 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə əmlak vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, X4 barəsində vurulmuş ziyanın bir misli miqdarında inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. İş üzrə vurulmuş ziyan ekspert rəyləri ilə təsdiqini tapdığından və məhkəmə icraatı müddətində ödənilmədiyindən məhkəmə vurulmuş ziyanın ödənilməsi məsələsinin də həll edilməsini qanuni və əsaslı hesab edir. İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin məcəllənin 36.2-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinə əsasən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam şəkildə ödənilməlidir. Həmçinin iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə 40 (qırx) manat ekspertiza xərci X2 tutularaq X3 AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs X5 Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib inzibati xətalar nəticəsində vurulmuş ziyanın bir misli miqdarında olmaqla 175 (bir yüz yetmiş beş) manat miqdarında inzibati cərimə edilsin. İnzibati xəta nəticəsində vurduğu maddi ziyana görə Şərur rayonu Düdəngə kəndində yaşayan X2 175 (bir yüz yetmiş beş) manat alınıb Şərur rayonu Düdəngə kəndində yaşayan Zərərçəkmiş şəxs ödənilsin. Məhkəmə xərci olaraq məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə görə 40 (qırx) manat ekspertiza xərci X2 tutularaq X3 AZ21NABZ******************** nömrəli hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar