Məhkəmə qərarları › İş №3(110)-276/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-276/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-276/2023 06.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Şərur rayon Məmmədsabir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Məmmədsabir kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, Şərur rayon Məmmədsabir kənd ərazisində xx.xx.2023-cü il tarixdə Məmmədsabir kənd sakini X2 qarşı xırda xuliqanlıq hərəkətləri törətmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında 01 noyabr 2023-cü il tarixdə Şərur rayon Məmmədsabir kənd mərkəzində yerləşən bərbərxananı açdığını, işləməyə başladığını, təxminən 10-15 dəqiqə sonra həmkəndlisi Gülgəzin gələrək onun qardaşı Bəhruz ilə mübahisə etməyə başladığını, Bəhruzun maşına minib getdiyini, Gülgəzin valideynlərinə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə Gülgəzə hirsləndiyini, onun isə bu dəfə mənim ünvanına nalayiq ifadələr işlətdiyini, məcbur qalıb ona cavab olaraq ona qarşı nalayıq ifadələr işlətdiyini, onun üstünə yetirdiyini, bu zaman sahə rəisi Elnur müəllimin onun sakitləşdirməyə başladığını, sonra isə digər polislərin gəldiyini, onu sakitləşdirib polis idarəsinə gətirdiklərini, əməlindən çox peşman olduğunu, həmçinin səhhətində ciddi problemlərinin olduğunu, ürəyini damarına stend qoyulduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu, cəza təyin edərkən qeyd etdiklərini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında 01 noyabr 2023-cü il tarixdə saat 09 radələrində sahə rəisi Elnur müəllimə zəng vuraraq qonşusu Cavadov Bəhruzun onun itini qəsdən boğub öldürdüyünü bildirdiyini, onun isə Bəhruzun mallarının itdiyini cavabını verdiyini, onun malları Gülgəzin açıb-buraxdığını iddia etdiyini, onun isə kənd mərkəzinə gəldiyini, orada Seyidov Abbasdan aldığı yerin içində Bəhruzun mallarını gördüyünü, özünün də orada olduğunu, ona onun mallarını açmadığını bildirdiyini, onun isə həmin vaxt maşına mindiyini, oradan uzaqlaşdığını, onun isə 20 dəqiqəyə malları onun yerindən açıb aparmasalar malları açıb-buraxacağını bildirdiyini, bu zaman Şəxs onun üstünə yetirdiyini, ona qarşı zor tətbiq etməyə başladığını, ona qarşı nalayiq ifadələr işlətdiyini, məcbur qalıb ona cavab olaraq ona qarşı nalayıq ifadələr işlətdiyini, bu zaman orada olan sahə rəisi Elnur müəllimin onun aparmaq istəsə də onun əlindən çıxıb yenə onun üstünə yetirib vurmaq istədiyini, yoldan keçən polislərin Elnur müəllimə kömək edib onu avtomobilə mindirib apardıqlarını, onun isə polis idarəsinə gedib izahat və ərizə verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahatında 01 noyabr 2023-cü il tarixdə Məmmədsabir kənd mərkəzinin qarşısında Məmmədsabir kənd sakini Şəxs ilə həmin kənd sakini X1 mübahisə etdiyini, bir-birinə qarşı nalayiq ifadələr işlətdiklərini, həmçinin bu zaman Şəxs hirslənərək onun üzərinə yetirdiyini, sahə rəisi Elnur müəllimin onu tutaraq oradan uzaqlaşdırmağa çalışdığını, onun isə onun əlindən çıxaraq yenə Gülgəzin üstünə yetirdiyini, bu zaman orada keçən post patrul xidmətinin əməkdaşlarının Elnur müəllimə kömək edərək Bəxtiyarı sakitləşdirib maşına mindirib apardıqlarını bildirmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, Şərur rayon Məmmədsabir kənd ərazisində xx.xx.2023-cü il tarixdə Məmmədsabir kənd sakini X2 qarşı xırda xuliqanlıq hərəkətləri edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Müəyyən edilmişdir ki, Şərur rayon Məmmədsabir kənd ərazisində xx.xx.2023-cü il tarixdə Məmmədsabir kənd sakini X2 qarşı xırda xuliqanlıq hərəkətləri törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, səhhətində problemlərin olmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs inzibati qaydada həbs olunmadan da islah olunması mümkündür. Ona görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar