Məhkəmə qərarları › İş №3(110)-278/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-278/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-278/2025 03.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Şərur RPİ-nin sahə rəisi, polis kapitanı X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə; xx.xx.1985-ci ildə Şərur rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, üç uşaq atası, orta təhsilli, fərdi əməklə məşğul, inzibati məsuliyyətə olunmamış, Şərur rayon Zeyvə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsindən xx.xx.2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 oktyabr 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs – X2 qızı Şərur Rayon Polis İdarəsinə müraciət edərək anasının xx.xx.2025-ci il tarixdə qonşusu Şəxs tərəfindən fiziki zor tətbiq olunmaqla döyüldüyünü bildirmişdir. Faktla bağlı Şərur Rayon Polis İdarəsinin İstintaq və təhqiqat bölməsi tərəfindən araşdırma aparılaraq, Şəxs qeyd edilən əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan 02 oktyabr 2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzbati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş materiallarla birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şərur RPİ-nin sahə rəisi, polis kapitanı X4 verdiyi izahatında 01 sentyabr 2025-ci il tarixində X7 tərəfindən DİN-nin 102 Xidmətinə daxil olmuş məlumat əsasında məlumat verən şəxsin anasının qonşusu Şəxs tərəfindən fiziki zor tətbiq olunmaqla döyüldüyünü bildirmişdir. Şərur RPİ-nin İstintaq və Təhqiqat bölməsi tərəfindən müvafiq araşdırma aparıldığını, ekspertiza təyin edildiyini və Şəxs qeyd edilən əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək materialların Şərur RPİ-nin İTB-yə göndərildiyini, araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan 02 oktyabr 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək Şərur Rayon Məhkəməsinə göndərildiyini, eyni zamanda hər iki şəxsin daim münaqişəli vəziyyətlərdə olduqlarını, zərərçəkmiş şəxsin münaqişə səbəbi kimi ümumi istifadədə olan yolu qazaraq ona məxsus olduğunu, əraziyə müxtəlif vaxtlarda rayon İcra hakimiyyətinin, bələdiyyənin və digər aidiyyatı qurumların iştirakı ilə baxış keçirildiyini, lakin X2 yoldan istifadəyə icazə verməməsi nəticəsində daimi münaqişələrin olduğunu bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək məhkəməyə verdiyi izahatında və verilmiş suallara cavabında, X3 döymədiyini, şəxsin kifayət qədər yaşlı olduğunu, onun ailəsini və özünü daim səbəbsiz yerə təhqir etdiyini, daşla onun evinin aynasını qırdığını və buna görədə onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başladığını, lakin X2 yaşlı olmasını nəzərə alaraq onu bağışladığını, xx.xx.2025-ci il tarixdə səhər X2 onun evinə aynadan yenidən daş atdığını, beş yaşlı körpə qızının qorxaraq halının pis olduğunu, onun sakitləşdirdikdən sonra evdən çıxıb onun getdiyini görüb ona heç bir şey demədiyini, bu zaman orada olan tikintidə işləyən usta ilə söhbət etdiyini, ona bu halın hər gün yaşandığını və bundan bezdiyini deyib, rayon mərkəzinə getdiyini, axşam evə gəldiyini və növbəti gün Polis idarəsinə çağrıldığını dedi. Məhkəmədən məsələyə ədalətli baxılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 verdiyi izahatında Şəxs onu belindən tutaraq yerdə sürüdüyünü, ağzını əllərini salaraq çırmağa çalışdığını, onun əlindən güclə qaçdığını gözünün altına yumruq vurduğunu bildirərək şəxsin cəzalandırılmasını istədiyini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatlarını, inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 510 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1937-ci il təvəllüdlü X2 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səhti üzərində aşkar edilmiş xəsarətlər sağ gözün alt nahiyyəsində qançır və səthi yara, küt mexanizmdən bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığa zəz vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Şəxs əməlində cinayət tərkibinin olmaması əsası ilə onların barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, həmin şəxslərin əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması əsası ilə material baxılması üçün Şərur Rayon Polis İdarəsinin İTB-yə göndərilmişdir. Məhkəmə Şəxs inzibati məsuliyyətə səbəb olan əməlinə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı normaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların məcmusu Şəxs inzibati məsuliyyətə səbəb olan əməlinə hüquqi qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün faktiki halları araşdırıb, iş üzrə toplanmış sübutları məcmu halında tam, hərtərəfli və obyektiv, əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Beləki, qanunvericiliyin imperativ tələbinə görə inzibati xəta tərkibinin formalaşması üçün dörd element yəni, obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət mövcud olmalıdır. İXM-in 3-cü maddəsində qeyd olunur ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü yəni, hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlərin məcmusudur. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün qanunvericiliklə müəyyən edilmiş dörd əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri əsaslı və mötəbər sübutlarla sübuta yetirilmir. Şəxs törətməsinə istinad olunan İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən birbaşa qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə-döymə fiziki ağrı yetirmədə ifadə olunmalıdır. Tərtib olunmuş inzibati xəta haqqında protokolda və zərərçəkmiş şəxs verdiyi izahatında başına yumruq vurmasını bildirsədə, Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 510 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, aşkar edilmiş xəsarətlər sağ gözün alt nahiyyəsində qançır və səthi yara, küt mexanizmdən bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, hər hansı başqa xəsarət müəyyən olunmadığı göstərilir. Sözügedən rəydə qeyd olunur ki, müayinə olunan şəxsin deməsinə görə onu qonşusu Abuzər sifət nahiyəsindən vurmuşdur və şikayəti sifətində olan ağrıdandır. Eyni zamanda zərərçəkmiş məhkəməyə verdiyi izahatında Şəxs onun ağız nahiyəsini əlini salaraq çırmağa çalışdığını lakin hər hansı bu hala dair sübut təqdim edə bilməmişdir.Zərərçəkmiş şəxsin verdiyi ziddiyətli ifadələr,onların daimi münaqişə vəziyyətində olması, eyni zamanda Şəxs fiziki cəhətdən ağırçəkili olması, zərərçəkmişin isə kifayət qədər yaşlı və zəif olması fonunda ona xəsarət yetirilərsə daha ağır fəsada səbəb olmasına dair məhkəmənin gəldiyi qənaət, tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarda hadisənin sübuta yetirilməməsi, mötəbər sayılan hər hansı əsaslı sübutlar məhkəməyə təqdim edilməməsi İXM-in 157-ci maddəsinə münasibətdə Şəxs inzibati xətanın törədilməsinə aidiyyətinin olmasını və ya təqsirliliyi sübuta yetirilmir və o, həmin maddə ilə təqsirli sayıla bilməz. Məhkəmə təqsirliliyi sübut etmək yükünün məhkəmənin və ya barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin üzərinə deyil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşməsini xüsusi vurğulanmasını zəruri hesab edir. Beləliklə də, məhkəmə hesab edir ki, hazırki inzibati xətaya dair iş üzrə barəsində icraat aparılan şəxsin İXM-in 157-ci maddəsinə münasibətdə inzibati xətanın törədilməsinə aidiyyətinin olmasını və ya təqsirliliyi sübuta yetirilmir və o, həmin maddə ilə təqsirli sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə görə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinin tələbinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə görə Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da, məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar