Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-279/2023 09.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Nağıyev Habil Adil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1968-ci ildə Şərur rayonu, Qışlaqabbas kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 5 uşaqlı, işsiz, Şərur rayonu, Qışlaqabbas kəndində yaşayan Şəxs (fin:xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Qışlaqabbas kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə Şərur rayon Qışlaqabbas kəndində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə qardaşı qızı Nübarın toy məclisi olduğunu, məclisdə iştirak emək üçün ailəsi ilə birlikdə tezdən onlara getdiklərini, təxminən 14:30 radələrində toyda yemək yeyərək spirtli içki qəbul etdiyini, onun içkili olduğunu görən oğlu onun moteskletini ondan xəbərsiz evlərinə apardığını, onun da bundan xəbər tutaraq oğluna əsbləşdiyini və evə gedərək motoskletini gətirdiyini, geri qayıdan zaman toy olan məhəllədə həmkəndlisi Fəridin maşınının olduğunu gördüyünü, ona maşını kənara çəkməyi bildirdiyini, onun isə çəkmədiyini, buna görə onunla mübahisə etdiyini, içkili olduğu üçün bilmədən nalayiq ifadələr işlətdiyini, orda olan polisin onu intizama dəvət etdiyini, bu zaman içkili olduğu üçün onun tələbinə tabe olmadığını və tabesizlik göstərdiyini, sonra polis əməkdaşlarının gəldiyini, onu Şərur RPİ-nin X1 apardıqlarını, əməlindən peşman olduğunu bildirdi. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilən X3 izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə təxminən 15:30 radələrində yaşadığı İbadulla kəndində toya baxan zaman həmkəndlisi Tapdığın motosiklet ilə onun maşınının arxasına gələrək onun buferinə toxunduğunu, keçməsi üçün maşını çəkməyi ona bildirdiyini, Tapdığa cavabında əvvəlcə motosikleti çəkməsini, ondan sonra maşını çəkəcəyini bildiridiyin, onun isə maşını əzəcəyini bildirdiyini, bu zaman kəndin sahə rəisi onların yanına gələn zaman Tapdığın motosikleti ilə qaçdığını, təxminən 20 dəqiqə sonra Tapdığın motosikleti ilə toya gələrək ona yaxınlaşıb polislərin yanında ona söyüş söydüyünü, onu vurmaq istəyən zaman polislərin araya girdiyini, polis əməkdaşlarının onu Şərur RPİ-nin X1 apardıqlarını bildirdi. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0646 nömrəli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30-da tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 11:00-da azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sərxoşluq halını təyin edən tibbi müayinə protokolundan görünür ki, Şəxs qanında alkoqolun konsentrasiyası 0,51 promil olmaqla sərxoşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi, əməlin sərxoş halda törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Həbsetmənin əvvəli şəxsin inzibati qaydada tutulduğu tarixdən hesablanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X2 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-279/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-279/2023
09.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver