Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-279/2025 07.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: oğlunun sədrliyi, Məhkəmə iclas katibi: qızının katibliyi, Protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi orqanın səlahiyyətli X1, nümayəndəsi: Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1988-ci il tarixdə Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli (2 uşaq atası), orta təhsilli, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməyən, yaşayış yeri üzrə Şərur rayonunun Aşağı Aralıq kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsinin 06 oktyabr 2025-ci il tarixli, 3-13-43-12/2-13244/25 №-li məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 19 may 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 06 oktyabr 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, 04 oktyabr 2025-ci il tarixdə, saat 15:00 radələrində Şəxs Şərur rayonunun Aşağı Aralıq kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Faktla bağlı xx.xx.2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi izahatında bildirmişdir ki, o, 04 oktyabr 2025-ci il tarixdə evdə yatdığı vaxt polis əməkdaşları gələrək onu çağırıblar. O, polis əməkdaşlarından nə məqsədlə gəldiklərini soruşduqda, sahə rəisi özünü təqdim edərək azyaşlı oğlunun siqaret çəkdiyini bildirib və onu izahat vermək üçün polis idarəsinə dəvət edib. Həmin vaxt uşağı polis əməkdaşlarının yanında olmuş, lakin uşaq heç nə danışmamışdır. O, oğlunun siqaret çəkməsi barədə ilk dəfə polis əməkdaşlarından eşitmiş, bu barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. Həmin vaxt oğluna əsəbləşdiyindən və qorxduğuna görə polis əməkdaşları ilə getmək istəməmiş və onlara “aparın uşağa paz çalın, mənə dəxli yoxdur, onsuz da siz pulu alıb cibinizə qoyursunuz, gəlin sizə pul verim, gedin” sözlərini demişdir. Bundan bir neçə dəqiqə sonra polis əməkdaşları iki maşınla geri qayıdaraq, onu polis idarəsinə gətirmişlər. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində dindirilmiş Şərur RPİ-nin əməkdaşı, polis sahə rəisi X3 verdiyi izahatında 04 oktyabr 2025ci il tarixdə saat 16:00 radələrində Cəfərov Fuad adlı azyaşlının dükanın önündə siqaret çəkdiyini görüb ona yaxınlaşdıqlarını, özlərini təqdim etdiklərini, valideyninə zəng edən zaman telefonunu açmadığını, ünvanlarına getdiklərini, atasına azyaşlı uşağının siqaret çəkdiyini dediklərini, azyaşlı uşağa kimin siqaret satdığını müəyyən edib barəsində protokol tərtib etmək məqsədilə uşağın atası olan Sadiq Cədfərovdan izahat almaq istədiklərini, bu zaman Şəxs etiraz etdiyini və onların qanuni tələblərinə tabe olmadığını, bundan bir neçə dəqiqə sonra əməliyyat quruppası ilə Şəxs evinə gedərək onu polis idarəsinə gətirdiklərini və barəsində tutma tədbiri tətbiq etdiklərini və onun barəsində protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur RPİ-nin əməkdaşı X8 verdiyi izahatında 04 oktyabr 2025-ci il tarixdə sahə rəisi ilə Aşağı Daşarx kənd mərkəzində dükanın qarşısında siqaret çəkən X4 yaxınlaşıb yaşını soruşduqlarını, onun 15 yaşı olduğunu dediyini, valideyninin harada olduğunu soruşan zaman evdə olduğunu dediyini, zəng vuran zaman atasının telefonu açmadığını, evlərinə gedib onu küçəyə qapının ağzına çağırdıqlarını, uşağın siqaret çəkdiyini bildirən zaman Şəxs “aparın uşağa paz çalın, mənə dəxli yoxdur” dediyini, ona uşağı azyaşlı olduğu üçün polis idarəsinə gəlməli olduğunu bildirdikdə, “gələn qurumsaqdır, apara bilirsinizsə gəlin aparın” sözlərini dediyini, sahə rəisi nə qədər desə də onun qışqıraraq “hamınız pula görə gəlibsiz, gəlin sizə xərcləməyə pul verim, gedin xərcləyin” sözlərini dediyini, onların tələbinə tabe olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur RPİ-nin əməkdaşı X5 verdiyi izahatında 04 oktyabr 2025-ci il tarixdə sahə rəisi ilə Aşağı Aralıq kənd mərkəzində dükanın qarşısında siqaret çəkən birinə yaxınlaşıb yaşını soruşduqlarını, 15 yaşı olduğunu dediyini, valideyninin harada olduğunu soruşub ona zəng vurduqlarını, lakin atasının telefonu açmadığını, evlərinə gedib onu küçəyə qapının ağzına çağırdıqlarını, uşağın siqaret çəkdiyini bildirən zaman onun “aparın uşağa paz çalın, mənə dəxli yoxdur” dediyini, ona uşağı azyaşlı olduğu üçün polis idarəsinə gəlməli olduğunu bildirdikdə, “apara bilirsinizsə gəlin aparın” sözlərini dediyini, onun polis idarəsinə gəlməyi rədd edib “hamınız pula görə gəlibsiz, gəlin sizə xərcləməyə pul verim, gedin xərcləyin” sözlərini dediyini, onların tələbinə tabe olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə yanaşı, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 06 oktyabr 2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 04 oktyabr 2025-ci il tarixdə, saat 15:00 radələrində Şəxs Şərur rayonunun Aşağı Aralıq kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur RPİ-nin əməkdaşı, polis kapitanı X2 tərəfindən İdarənin rəisinə ünvanlanan xx.xx.2025-ci il tarixli raportdan qeyd olunmuşdur ki, “məruzə edirəm ki, 04 oktyabr 2025-ci il tarixdə, saat 15:00 radələrində Şərur rayon Aşağı Aralıq kəndində xidmətdə olan zaman ərzaq dükanının qarşısında azyaşlı uşağın siqaret çəkdiyini gördük və həmin uşağa yaxınlaşdıq. Məlum oldu ki, azyaşlı uşaq 2010-cu il təvəllüdlü X6r. Ondan siqareti hardan aldığını soruşduq. Sonra valideynləri ilə profilaktik söhbətlər aparmaq və övladlarının təlim-tərbiyəsi ilə məşğul olmadıqlarına görə Azərbaycan Respublikası İXM-nin 189.1-ci maddəsinə əsasən protokol tərtib etmək üçün evinə getdik. Cəfərov Fuadın yanında valideynlərini həyətə çağırdıq. Atası Şəxs həyətəyanı sahəsinə çıxıb dedi ki, nə üçün gəlmisiniz mənim həyətimə? Ona izah verdik ki, övladı siqaret çəkdiyinə görə profilaktik söhbətlər aparmaq və barəsində protokol tərtib etməyə gəlmişik. O uca səslə aparın övladıma paz salın, nə edirsiniz edin dedi və nalayiq ifadələr işlətdi. Biz dəfələrlə onu nizam-intizama dəvət etdik, o bizim qanuni tələbimizə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdi”. “İnzibati qaydada tutma haqqında” 04 oktyabr 2025-ci il tarixli 1750 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:00-də inzibati qaydada tutulmuş, 05 oktyabr 2025-ci il tarixdə saat 17:00-da azad edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən də, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, şəxsin təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dispozisiyasına nəzər saldıqda görərik ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati məsuliyyət yaradır. Həmin maddənin tətbiqi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: polis əməkdaşı tərəfindən qanuni tələbin irəli sürülməsi; bu tələbin qəsdən yerinə yetirilməməsi; tələb ilə ictimai qaydanın və təhlükəsizliyin qorunması arasında əlaqə olması. Məhkəmə hesab edir ki, hazırkı işdə polis əməkdaşlarının atadan izahat tələb etməsi hüquqi məcburiyyət xarakteri daşımamış, sadəcə məlumat xarakterli müraciət olmuşdur. Belə ki, qanunvericilikdə vətəndaşın polisə izahat verməkdən imtina etməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmamışdır. Bu səbəbdən atanın izahat verməkdən imtina etməsi onun polis əməkdaşlarının qanuni tələbinə tabe olmaması kimi qiymətləndirilə bilməz. Bundan əlavə, məhkəmə hesab edir ki, polisin tələbi ictimai qaydanın və ya təhlükəsizliyin qorunması ilə bağlı olmayıb, sırf məlumat toplamaq məqsədi daşımışdır. Beləliklə, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin obyektiv tərəfi formalaşmamışdır. Subyektiv tərəfdən də, atanın hərəkətində polisə qarşı qəsd və ya maneçilik niyyəti müşahidə olunmur; davranışı emosional reaksiya xarakterlidir və inzibati xəta əlamətlərini daşımır. Məhkmə hesab edir ki, belə bir vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə, o inzibati məsuliyyətdən azad edilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ:
1. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (inzibati xəta tərkibi olmadıqda) xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin.
2. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. X10