Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-28/2023 03.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Şərur şəhəri, K.Seyidov küçəsində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı və ictimai asayişi pozmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında xx.xx.2023-cü il tarixdə saat təxminən 19:30 radələrində çayxanadan çıxıb evə gedən zaman Şərur şəhərində ət bazarının 4-5 nəfərin mübahisə etdiklərini, 2 nəfər şəxsin azyaşlı uşaqları sıxışdırdıqlarını gördüyünü, onlara yaxınlaşdığını, onlardan məsələnin nə olduğunu soruşduğunu, onlardan birinin Naxçıvan şəhərindən gəldiklərini, aralarında telefon məsələsi olduğunu bildirdiyini, azyaşlı uşaqlardan birinin onu tanıdığını, ona Naxçıvan şəhər sakini olan şəxslə telefon dəyişdirdiklərini, həmin şəxslərin də telefonu qaytarmaq üçün gəldiklərini bildirdiyini, taksi sürücüsünə azyaşlı uşaqların telefonu onlarla dəyişdirmədiyini, telefonun sahibinə telefonu qaytarmadıqlarını bildirməsini dediyini, həmin vaxt içkili olduğunu, buna görə də uca səslə nalayiq ifadələr işlətdiyini, lakin nə dediyini xatırlamadığını, həmin iki nəfər şəxsin avtomobilə əyləşdiklərini, içkili olduğu üçün bu zaman tanımadığı şəxslərin maşının ətrafına toplanaraq maçını təpikləməyə başladıqlarını, həmin iki nəfər şəxsin avtomobili sürərək getdiklərini, polis əməkdaşlarının gəlib azyaşlı uşaqları və onu polis idarəsinə dəvət etdiklərini, bundan sonra Şərur Rayon Polis İdarəsinə gəldiklərini, orada izahat verdikdən sonra onu buraxdıqlarını, tutduğu əməldən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında və verilən suallara cavabında xx.xx.2023cü il tarixdə qonşusu Ziya adlı şəxsin zəng vuraraq Şərur şəhərində telefon olduğunu, gedib həmin telefonu götürməsini istədiyini, dostu Oktay adlı şəxslə Şərur şəhərinə gələrək ət bazarının yanında telefonu alacağı şəxslərlə görüşdüklərini, həmin şəxslərin telefonu qaytarmayacaqlarını bildirdklərini, Ziyaya zəng vuraraq onların telefonu qaytarmadıqlarını bildirdiyini, sonra Naxçıvan şəhərinə qayıdan zaman Kəngərli rayonu ərazisinə çatan zaman Ziyanın ona zəng vurub həmin şəxslərlə danışdığını, telefonu qaytaracaqlarını bildirdiyini, yenidən Şərur şəhərinə qayıdıb ət bazarının yanına həmin şəxslərlə görüşdüklərini, telefonları dəyişdirdiklərini, bu zaman tanımadığı iki nəfər şəxsin onların yanına gəldiyini, adının Səfər olduğunu öyrəndiyi şəxsin onları kənara çəkdiyini, onun sərxoş olduğunu, onlarla sözlü mübahisə etdiyini, onlara qarşı nalayiq ifadələr işlətdiyini, xuliqanlıq hərəkətləri etdiyini, ətrafdan da xeyli adamların onların başına toplaşdıqlarını, həmin şəxslərin onlarla savaşmaq niyyətrinin olduğunu gördükdə avtomobilə əyləşdiklərini, avtomobilə əyləşdikdən sonra adının Səfər olduğunu öyrəndiyi şəxsin və tanımadığı bir neçə şəxsin avtomobilə təpiklə vurduqlarını, ucadan nalayiq ifadələr işlətdiklərini, avtomobili birtəhər sürərək oradan uzaqlaşdıqlarını, polislərində bunu gördüklərini, onları, azyaşlı uşaqları və sonra adının Səfər olduğunu öyrəndiyi şəxsi Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini, orada izahat verdikdən sonra onları buraxdıqlarını bildirmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilərkən X6 da şahid X1 verdiyi izahat ilə eyni məzmunlu izahat vermişdir İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 008975 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şərur şəhəri, K.Seyidov küçəsində uca səslə nalayiq ifadələr işlədərək ictimai pozmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şərur Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş tibbi arayışından görünür ki, Şəxs sağ əlinin ovuc nahiyyəsinin kəsilmiş yarası 4 (dörd künc) tikişlə işlənmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Şərur şəhəri, K.Seyidov küçəsində uca səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozmaqla, xırda xuliqanlıq hərəkəti edərək ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan lakin, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.3, 33.1.5 və 33.1.7-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs yetkinlik yaşına çatmayanların inzibati xəta törətməyə cəlb etməsini, inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini və inzibati xətanın sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halları və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməli və inzibati həbsin əvvəli 03 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 03 fevral 2023-cü tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-28/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-28/2023
03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver