Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-28/2024 28.02.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx.xx.1982-ci ildə Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, müəzzin işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Dizə kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİN:18WNVY) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə «BYD F3 MİNİK» markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə inzibati xəta törətmiş, həmin tarixdə onun barəsində Şərur Rayon Polis İdarəsinin inspektoru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə müvafiq olaraq xx.xx.2024-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü qismən təqsirli bildiyini, uzun müddətdir ki, avtomobil idarə etdiyini, avtomobili idarə etdiyi müddət ağır nəticələrə səbəb olan yol nəqliyyat hadisəsi törətmədiyini, 2019-cu il tarixdə mərhum atası Musa Əliyevin öz istifadəsi üçün “BYD F3” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil aldığını, atasının vəfat etdikdən sonra həmin avtomobilin anası Gülsənəm Əliyevanın mülkiyyətinə keçdiyini, onun mülkiyyətinə keçdiyini, onun anası tərəfindən verilən etibarnamə ilə həmin avtomobili idarə etdiyini, 23 dekabr 2023-cü il tarixdə Şərur rayon Axura kəndində toy məclisi olduğunu, axşam saatlarında elektrik kəsildiyini, buna görə də onun həmin avtomobillə Şərur rayon Dizə kəndində gəldiyini, qohumu Xanlar adlı şəxsdən generator alıb Şərur rayon Axura kəndinə qayıtdığını, həmin vaxt avtomobildə Şərur rayon Axura kənd sakinləri Eldəniz adlı şəxs və digər bir nəfər şəxsin olduğunu, yolda olan zaman havanın qarlı və küləkli olduğunu, buna görə də yolu görməyin çətin olduğunu, onun döngəyə daxil olanda yolun sola meyilli olduğunu və irəlidə dəmir körpü olduğunu gördüyünü, dərhal əyləcə basdığını, lakin yolun yağışa görə sürüşkən olduğunu, onun yola davam edəcəyi təqdirdə idarə etdiyi avtomobilin sükanını sağa döndərdiyini, sağ tərəfin əkin sahələri olduğunu, avtomobili sağa döndərməyi nəticəsində avtomobilin əkin sahəsinə düşdüyünü, biraz irəlilədikdən sonra avtomobilin dayandığını, sonra onların avtomobildən düşdüklərini, onun Eldəniz adlı şəxsi və avtomobildə tanımadığı üçüncü şəxsi tanımadığı bir avtomobillə Şərur rayon Mərkəzi Xəstəxanasına göndərdiyini, özünün isə hadisə yerində qaldığını, sonra polis əməkdaşlarının hadisə yerinə gəldiyini və onun iştirakı ilə hadisə yerinə baxış keçirdiklərini bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqana inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs2 izahatında və verilən suallara cavabında 23 dekabr 2023-cü il tarixdə toy məclisində iştirak etdiyini, Şərur rayon Dizə kənd sakini Şəxs avtomobili ilə Şərur rayon Axura kəndində çıxıb Dizə kəndinə gəldiyini, Dizə kəndi ərazisindən generator götürdükdən sonra Axura kəndinə qayıtmağa başladıqlarını, havanın dumanlı olduğunu və qar yağdığını, buna görə də irəlini görməyin çətin olduğunu, onların Şərur rayon Həmzəli kəndi ərazisində olanda yolun sola meyilli olduğunu gördüyünü, Şəxs əyləcə basdığını, lakin irəlidə kğrpü olduğunu, buna görə də Şəxs avtomobili sağa döndərdiyini, bu zaman avtomobilin əkin sahəsinə düşdüyünü, avtomobilin qeyri-ixtiyari olaraq biraz əkin sahəsində irəlilədikdən sonra əkin sahəsinin orta hissəsində dayandığını, daha sonra digərləri ilə birlikdə avtomobildən düşdüyünü, Şəxs yoldan keçən tanımadığı bir avtomobillə onu Şərur rayon Mərkəzi Xəstəxanasına yola saldığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan: - xx.xx.2023-ci il tarixli, 365 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs içkili olmadığı müəyyən edilmişdir; - AD № 552407 nömrəli nəqliyyat vasitəsini qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, X1 məxsus **-BC-*** dövlət qeydiyyat nişanlı “BYD F3” minik markalı avtomobili Şəxs etibar etmişdir. - xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinin mühafizə olunacaq duracağa yerləşdirilməsi barədə” aktdan görünür ki, sürücü Şəxs yol nəqliyyat hadisəsi baş verdiyi üçün “BYD F3” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil Şərur rayon Polis İdarəsinin duracağına yerləşdirilmişdir. - xx.xx.2023-cü il tarixli, 25 saylı “nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında” protokoldan görünür ki, avtomobilin ön və arxa buferi sol tərəf aşağı hissəsində yol nəqliyyat hadisəsi nəticəsində zədələr əmələ gəlmişdir; - xx.xx.2023-cü il tarixli, 1817 nömrəli ekspert rəyindən görünür ki, Şəxs məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir; - xx.xx.2023-cü il tarixli, 69 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarət-alın nahiyyəsində əzilmiş cırılmış yara küt mexanizmindən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcədə avtomobil qəzası nəticəsində də yaranması istisna olunmur, xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlığına görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir; - xx.xx.2024-cü il tarixli, 70 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir; - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Şəxs idarə etdiyi avtomobilin əkin sahəsinə düşməsi hadisəsi ilə bağlı toplanmış 560 nömrəli material üzrə əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi vardır. Ona görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır . Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə tərəfindən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-28/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-28/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver