Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-28/2025 11.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.1962-ci ildə Şərur rayon Diyadin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Şərur rayon Diyadin kəndində texnologiya müəllimi işləyən, evli, 3 uşaq atası, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Diyadin kəndində qeydiyyatda duran və yaşayan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsinin İbadulla Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsinin İbadulla Polis bölməsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o xx.xx.2025-ci il tarixdə Diyadin kəndində həmkəndlisi Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında Şərur rayon Diyadin kənd tam orta məktəbində Texnologiya müəllimi olaraq fəaliyyət göstərdiyini və həmin məktəbdə 37 ildir ki müəllim olaraq işlədiyini, 09 yanvar 2025-ci il tarixdə saat 11 radələrində sinifdə olan zaman Zərərçəkmiş şəxs ona görə düzgün olmayan lakin insan anatomiyasına uyğun olan qaz çıxarma hərəkətini 2 dəfə etdiyindən onu həmin vaxtı yanına çağırıb lövhənin qarşısında tənbeh edib bu cür hərəkətlərə yol verməməsini, onun müəllim uşağı olduğunu və daha da mədəni ola biləcəyini bildirib bu hərəkəti digər uşağın üzərinə atmasına əsəbləşib əli ilə itələyərək yerinə oturmasını bildirdiyini, ondan sonra dərs bitdiyini və sinif otağından çıxdıqlarını, bir müddət keçdikdən sonra digər dərsdə olan zaman məktəbin katibəsinin ona zəng edərək, polis əməkdaşlarının gəldiyini və onu çağırdıqlarını bildirdiyini, o da direktorun iş otağına doğru getdiyini, orada da söhbətlərini etdikdən sonra öz işinə qayıtdığını, Zərərçəkmiş şəxs döymədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs izahatında Şərur rayon Diyadin kənd tam orta məktəbinin 5-ci sinifində oxuduğunu, 09 yanvar 2025-ci il tarixdə 3-cü saat musiqi dərsində, sinifdə olan zaman dərsin bitiminə yaxın müəllim jurnal yazarkən sinif yoldaşı Ömər Rəcəbov sinfdə səs-küy salmağa başladığını, bu zaman Muxtar müəllim həmin səsi kimin çıxardığını soruşduğunu, Ömər Rəcəbov səsi onun etdiyini bildirdikdən sonra Muxtar müəllim onu lövhəyə çıxarıb iki barmağı ilə burnundan sıxdığını və sifət nahiyəsinə sillə ilə vurduğunu, onu vuran zaman eynəyi gözündən düşdüyünü və bir qulpu sınaraq qapının yanında olan seçkilərin təbliğat lövhəsinin ayağının yanına düşdüyünü, o eynəyinin qulpunu götürməyə gedərkən bü zamanda arxadan ona təpik ilə vurduğunu, bu zaman tənəffüs olduğunu və Muxtar müəllim geyimini geyinib çölə çıxdığını ondan sonra ondan çölə çıxıb anasının yanına yeməyini alıb yemək üçün getdiyini, orada anası onun halını gördükdən sonra direktora bildirdiyini, daha sonra da polis əməkdaşları gəlib anasının ərizəsini aldıqlarını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilən Qanuni nümayəndə izahatında və verilən suallara cavabında Şərur rayon Diyadin kənd tam orta məktəbində Biologiya müəllimi və Laborant vəzifələrində çalışdığını, 09 yanvar 2025-ci il tarixdə saat 10:55 də 3cü dərsin bitimində tənəffüs vaxtı növbətçi olduğuma görə məktəbin həyətində gəzdiyini ki, uşaqlar asfalt yola tərəf çıxmasınlar, bu zaman oğlu Zərərçəkmiş şəxs yanına gəldiyini, yanına gələn zaman üzərinin çirkli olduğunu gördüyünü və bu harada olub nə etmisən belə üstün batıb sözlərini dediyini, həmin vaxt heç sifət nahiyəsinə belə baxmadığını, bu zaman ona Muxtar müəllimin onu vurduğunu bildirdiyini, oda səbəbini soruşduğunu, oğlu Zərərçəkmiş şəxs isə bildirdi ki, dərs vaxtı sinfdə olan zaman sinif yoldaşı Ömər Rəcəbov səs-küy etmiş və müəllimdə səs-küyü kimin saldığını soruşan zaman X3 səs-küy saldığını müəllimə demişdir. Bu zamanda Şəxs Nihadın sifət nahiyəsindən sillə ilə vurmuş və burnunu iki barmağı ilə sıxmışdır. Şəxs sifət nahiyəsindən vuran zaman oğlu Nihadın üzündə qızartı olmuş və eynəyi sınmışdır, oda məsələ ilə əlaqədar olaraq məktəbin direktoru Afaq Əliyevanın yanına getdiyini və bu cür hərəkətin yolverilməz olduğunu bildirdiyini, həmin zaman əsəbindən ağlamağa da başladığını, ondan sonra atası Sultan Nəcəfova telefon zəngi etdiyini və hadisəni danışdığını, sonra polis əməkdaşları gəldiyini və onların ərizəsini alıb izahatlarının alınması üçün Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini, Şəxs bağışlamadığını, onun cəzalandırılmasını istədiyini bildirmişdir. İş materialında olan: - xx.xx.2025-ci il tarixli, 06 nömrəli ekspert rəyindən görünür ki, 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: burnun əsasının və sol gözün nahiyəsinin iç bucağının qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, müddəti qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə əmələ gəlmələri mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsi İstintaq və Təhqiqat Bölməsində araşdırılan vətəndaş Qanuni nümayəndə müraciəti əsasənda toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Posesual Məclləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Diyadin kəndində həmkəndlisi Zərərçəkmiş şəxs döyərək ona fiziki ağrı yetirmişdir, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2025-ci il tarixdə Diyadin kəndində həmkəndlisi Zərərçəkmiş şəxs qarşı güc tətbiq edərək onu döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən inzibati xəta törədən şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.4-cü maddəsinə əsasən, inzibati xətanın yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsini, inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs inzibati qaydada həbs olunmadan da islah olunması mümkündür. Ona görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-28/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-28/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver