Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-280/2023 11.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə aparılmış inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Şərur rayon Oğlanqala kəndində evdə ana-atasını təhqir etdiyi və bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi göstərilmişdir. İnzibati xəta haqqında materialda olan Şəxs izahatından isə görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 07:00 radələrindən mallara baxdığını, həyətdə olan digər işləri də görüb qutardıqdan sonra qonşusu Həsənlə spirtli içki qəbul etdiyini, evə gəldiyi zaman atasının ona irad tutaraq niyə içki içdiyini dediyini, onun da əsəbləşərəq üstünü geyinib evdən çıxdığını, qonşusu Həsəngilə getdiyini, axşam saat 20:00 radələrində polis əməkdaşlarının gələrək onu polis idarəsindən apardıqlarını bildirmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və işin digər materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq dedikdə, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu Qərarının 3-cü bəndinə görə ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, xırda xuliqnalıq əməlini xuliqanlıq cinayətindən fərqləndirən sadəcə ictimai qaydanın kobud formada deyil, yəni fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən formada törədilməsidir. Lakin hər bir halda hüquqazidd əməlin obyekti ictimai qaydadır. Bu baxımdan İXM-in 510-cu maddəsi ilə protokol tərtib edilib məhkəməyə göndərilərkən protokola məhz şəxs tərəfindən “ictimai qaydanı pozan” hərəkətlərə dair sübutlar əlavə olunmalıdır. Hazırkı iş üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində qeyd olunan əməli törətməsi ilə bağlı sübutlar iş materiallarına əlavə edilməmişdir. Belə ki, Şəxs evdə ailə-məişət zəminində mübahisə etmiş və polisə verdiyi izahatında bunu bildirmişdir. İş üzrə protokol tərtib olunarkən yanlız onu şikayət edən atası X1 izahatına istinad edilmiş, Şəxs tərəfindən həmin əməlin törədilməsi, yəni ictimai qaydanı pozması ilə bağlı hər hansı mötəbər sübutlar iş materiallarına əlavə edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən ona inzibati xəta hadisəsinin olmasına dair müvafiq təsdiqedici sübutlar əlavə olunmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, təqdim olunmuş material natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə görə hakim inzibati xətalar haqqında işlərə baxılmağa hazırlanarkən inzibati xəta haqqında protokol və işin digər materialları həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı kimi məsələləri araşdırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə aparılmış inzibati xəta haqqında protokol və ona əlavə sənədlər onu tərtib etmiş orqana - Şərur Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-280/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-280/2023
11.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver