Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-281/2024 29.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyini, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 və Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekolji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidmətinin nümayəndəsi X3 iştirakı ilə xx.xx.1964-cü ildə Şərur rayonu Xanlıqlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı, orta-ixtisas təhsilli, fərd sahibkarlıqla məşğul olan, Şərur rayonu Xanlıqlar kəndində yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə tənbeh olunmasına dair ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayətə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X9 barəsində Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekolji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidməti tərəfindən Azərbaycan Respublikası İXMnin 541-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla inzibati cərimə tənbeh növü tətbiq olunmuş, qərarla razılaşmayan X9 həmin qərardan şikayət verərək Şərur Rayon Məhkəməsindən qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs şikayət ərizəsində şikayətinin əsası kimi Xanlıqlar kənd ərazisində 2024-cü ilin iyun ayından iaşə obyekti tikdirdiyini, tikintiyə başlamazdan əvvəl ərazinin hasarlandığını, 2024-cü ilin sentyabr ayının əvvəlləri güclü külək nəticəsində hasarın 8 metr uzunluğunda olan hissəsinin yerə yıxıldığını, 05 sentyabr 2024-cü ildə Xanlıqlar kənd ərazisində Naxçıvan MR ETSN əməkdaşları tərəfindən baxış olunduğunu, baxış zamanı obyektin hasarının 8 metr hissəsinin yerə yıxıldığının aşkarlandığını, Naxçıvan MR ETSN əməkdaşlarının onu obyektə dəvət edərək ona xəbərdarlıq olunmağı barədə imza etdirdiklərini, özünün həmin gün hasarı bərpa etdiyini, 24 sentyabr 2024-cü il tarixdə Naxçıvan MR ETSN xidməti tərəfindən göndərilmiş məktubun ona verildiyini, məktubla tanış olduqda özünün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən qeyriyaşayış obyektində ekoloji tələbin pozulduğuna görə 600 manat cərimə olunduğunu, məsələ ilə əlaqədar Naxçıvan MR Ekologiya və X8 qəbulunda olduğunu, hasarın həmin gün gecə güclü külək nəticəsində yerə yıxıldığını izah etsə də, buna məhəl qoyulmadığını, özünün 3-cü dərəcəli “Əmək” orderi ilə təltif olunmağına və 2-ci qrup əlil olunmağına baxmayaraq 600 manat cərimə müəyyən olunduğunu, Naxçıvan MR ETSN yanında EEƏMTEİNX-nin barəsində olan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ona rəsmi olaraq xx.xx.2024-cü il tarixdə təqdim edildiyini, buna görə də məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini tələb etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Barəsində barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X9 şikayət ərizəsində sadaladığı halları bir daha təsdiq edərək qərarın ləğv edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X5 izahatında vətəndaşa məxsusu obyektə baxış keçirildiyini, onun qanunvericliyin tələblərinin pozduğunu müəyyən olunduğunu, şəxs barəsində protokol tərtib edildiyini bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekolji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidməti tərəfindən X1 Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən 600 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdıraması zamanı müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə Naxçıvan MR ETSN əməkdaşları tərəfindən Xanlıqlar kəndi ərazisində X6 məxsus obyektə baxış keçirilmiş və həmin gün şəxsə protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli protokol əsasında X4 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərar çıxarılmış və o, 600 manat məbləğində inzibati cərimə edilmişdir. Salmanov İsa izahatında həmin gün nöqsanı aradan qaldırdığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə görə ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə - fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə görə eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin məcəllənin 116.2-ci maddəsinə görə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin məcəllənin 116.3-cü maddəsinə görə İXM-in 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Göründüyü kimi X4 barəsində protokol qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olmadan tərtib olunmamış və şəxsə cərimə şərti olaraq tətbiq edilmədən 600 manat məbləğində cərimə tətbiq olunmuşdur. İş üzrə şikayət verən şəxs tərəfindən həmin gün qeyd olunan hüquqpozma aradan qaldırılmışdır. Beləliklə, iş üzrə inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilmədiyi, şəxsin əməlində inzibati xəta tərkibinin olmadığı müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1.4-cü maddəsinə görə inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə görə həmin məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə görə həmin məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-136cı maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilsin. X4 İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə tənbeh olunmasına dair Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekolji Ekspertiza, Ətraf Mühitə və X2 Nəzarət Xidmətinin xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-281/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-281/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver