Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-286/2024 08.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.1981-ci il tarixdə Şərur rayonu, Kosacan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaqlı, çoban işləyən, Şərur rayonu, Kosacan kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən protokol tərtib olunub ondan ötrü ki, Şərur Rayon İcra və Probasiya Şöbəsində icraatda olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)-8563/2016 saylı icra sənədi üzrə 2 uşağın saxlanaması üçün müəyyən edilmiş 234 manat sabit pul məbləğində alimenti və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(010)- 1633/2024 saylı icra sənədi üzrə 2 uşağın saxlanması üçün müəyyən olunmuş 470 manat sabit pul məbləğində alimenti Şəxs tam şəkildə ödəməkdən yayınmış, nəticədə cəmi 8068 manat aliment borcu yaranmış və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmədə inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, icra məmurunun və Şəxs izahatı ilə onun əməlində inzibati xəta tərkibinin olmadığı müyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında icra sənədi barədə məlumatı olduğunu, çoban işlədiyini, aylıq əmək haqqının 400 manat olduğunu, ailəli olduğunu, bir uşağının olduğunu, tələbkarla uzun müddətdir razılaşdığı məbləğdə alimenti ödədiyini, indi tələbkarın birdən-birə öz verdiyi razılığı pozduğunu, yığılan pulların hamısını birdəfəyə ödənilməsini ondan tələb etdiyini, aliment artırılandan sonra 300 manat aliment ödədiyini, bundan artığına maddi imkanı olmadığını, maddi vəziyyəti yaxşı olmadığı üçün borcunu ödəyə bilmədiyini, indiyədək icra sənədi üzrə 13 min manatdan artıq ödəniş etdiyini, uşağın birinin 8 ay sonra yetkinlik yaşına çatacağını, ondan sonra ödənişə 300 manatdan ödəyərək davam edəcəyini və qalan borcunu da bağlayacağını bildirib barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Protokolu tərtib edən şəxsin izahatı: Məhkəmədə protokolu tərtib edən şəxs Şərur Rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 izahatında alimentin tutulmasına dair birinci icra sənədinin aidiyyəti üzrə Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, icra işi üzrə tələbkarın 2017-ci ildə notarial ərizə təqdim edərək borcludan daha az aliment ödənilməsinə razı olduğunu bildirdiyini, lakin hazırda həmin icra sənədinin tam şəkildə icra olunmasını tələb etdiyini, bu səbədən də həmin icra sənədi üzrə 8068 manat borc yığıldığını, həmçinin alimentin artırılmasına dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən yeni icra sənədinin də daxil olduğunu, 2 uşaq üçün 470 manat aliment müəyyən olunduğunu, borclunun isə ayda 300 manat ödədiyini, başqa gəlirlərinin və tələbin yönəldilə biləcək əmlakının müəyyən olunmadığını, tələbkarın isə yuxarı icra qurumlarına şikayət etdiyini, buna görə borclu barəsində protokol tərtib etdiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-8563/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şərur Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarı artırılaraq Şəxs 2 uşağın saxlanması üçün aylıq cəmi 234 manat sabit pul məbləğində alimentin alınaraq X1 xeyrinə ödənilməsi göstərilmişdir. İş materiallarında olan olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-1633/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən alimentin miqdarı artırılaraq Şəxs 2 uşağın saxlanması üçün aylıq cəmi 470 manat sabit pul məbləğində alimentin alınaraq X1 xeyrinə ödənilməsi göstərilmişdir. İş materillarında olan xx.xx.2017-ci il tarixli notarial qaydada verilmiş ərizədən görünür ki, X2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Şəxs 2(010)-8563/2016 saylı icra vərəqəsinə əsasən təyin edilmiş 234 manat alimentin qış ayları üçün hər ay 170 manat alınmasına dair razılıq ərizəsi vermişdir. İş materiallarında olan xx.xx.2016-cı il, xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərarlar və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, tələb könüllü icra olunmayacağı təqdirdə məcburi qaydada icra olunacağı göstərilmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iş materillarını araşdırarkən müəyyən olunmuşdur ki, borclu Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğun deyildir. Belə ki, borclu iki icra sənədi üzrə aliment qismən ödəmişdir. Belə ki, tələbkarın özünün razlığı nəticəsində borclu tərəfindən aliment öhdəliyi ötən illər ərzində qismən icra edilmiş, tələbkar özü ötən illər ərzində aliment borcunun yığılıb artmasına şərait yaratmışdır. İndi isə tələbkarın həmin yığılmış aliment borclarını bir dəfədə ödənilməsi tələbi borclu tərəfindən təmin oluna bilmir. Borclu yaşadığı ərazidə çoban işləyir, aylıq 300 manat aliment ödəyir. Tələbin yönəldilə biləcəyi daşınar və ya daşınmaz əmlak müəyyən olunmamışdır. Borclu üzürlü səbəbdən aliment borclarını tam ödəyə bilmir. Hazırkı vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-286/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-286/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver