Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-286/2025 13.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şərur RPİ-nin İTB-nin sahə rəisi, X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Şərur rayon Oğlanqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Şərur rayonu, Oğlanqala kəndində qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şərur RPİ-nin İTB-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şərur RPİ-nin İTB-nin sahə rəisi, X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törətməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 0200 radələrində Şərur rayon Mahmukənd kəndinin magistral yoldan keçən hissəsində polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı Şərur RPİ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 inzibati protokolu müdafiə edərək izahatında göstərdi ki, Şərur RPİ daxil olmuş raportla bağlı işin araşdırılması zamanı Oğlanqala kənd sakini Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamasının müəyyən olunduğunu və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edildiyini və məhkəməyə baxılması üçün göndərildiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə dostu Heydərlə getdiyini, Sahil restoranında yeyib-içdiklərini, stollarına Heydərin dostu Vüsal yanında 2 nəfərlə gəldiyini, təkrar yeyib-içdiklərini, daha sonra Heydərin dostu Kamil digər stoldan gəldiyini və söhbət etdiklərini, Kamil ilə Vüsal savaşmağa başladığını və onları ayırdıqlarını, Vüsal təkrar Kamilin üzərinə hücum etdiyini və yerə yıxdığını, ofisantlar kömək etdiyini və o Vüsalı götürərək oradan çıxdıqlarını, evə gedən zaman yolda polis əməkdaşlarını gördüyünü, əlindəki çaxmağın işığını onları görməsi üçün yandırıb söndürdüyünü, polis əməkdaşları gəldiyini və onları aparıb Oğlanqala kəndinə düşürməsini istədiyini, polis əməkdaşlarının adam axtardıqlarını, onlardan DİN-in 102 xidmətinə zəng etmələri barədə soruşduqlarını, o isə yox cavabı verdiyini, Heydərin avtomobilə təpik vurmağa başladığını, polisin onları maşına qoymağa çalışdığını, o müqavimət göstərmək istədiyini, bu zaman əlinin polis əməkdaşına dəydiyini, vurmaq istəmədiyini, əməlindən peşman olduğunu, polis əməkdaşlarından əməlinə görə üzr istədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur RPİ-nin kriminalisti əməliyyat qrupunun üzvü X5 məhkəməyə izahat verərək bildirdi ki, 102 xidmətinə Sahil restoranında şəxsin döyülməsi ilə bağlı məlumat daxil olduğunu, ora çatdıqda restoranın bağlı olduğunu və şəxsləri axtarmağa başladıqlarınını, yolda 2 nəfər gördüklərini, onlaa işıq saldıqlarını yaxınlaşdıqda Sabir və Heydər adlı şəxslər olduğunu, onları saxlayıb mən qaziyəm məni evə aparmalısınız, bu sizin borcunuzdur dediyini, bu zaman mübahisə yarandığını, sabirin mübahisəni sakitləşdirməyə çalışdığını, Vüsal adlı şəxs gəldikdən sonra Heydər adlı şəxsin növbətçi hissənin avtomobilini təpikləməyə başladığını, Sabirin digər polis zabitini yumruqla vurduğunu, sonra onlar hadisəni məruzə edərək onları Şərur RPİ-ə dəvət etdiklərini və gəlmədikləri üçün məcburi qaydada gətirdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər şahid Şərur RPİ-nin PPXB-nın tağım komandiri X4 məhkəməyə şahid X5 ilə eyni məzmunlu izahat vermişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri və Şərur RPİ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymamaqla İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi kimi Azərbaycan Respublikası İXM-nın 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, əmilindən peşman olmasını, müəyyən etmişdir. Onun məsuliyyətini ağırlaşdıran hal İXM-in 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törədilməsidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Məhkəmə bu nəticəyə gələrkən onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğurunda 2022-ci ilin sentyabrında aparılan antiterror əməliyyatlarında iştirak etməsini də qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin məcəllənin 31.4-1-ci madddəsinə əsasən isə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(110)-286/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-286/2025
13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver