Məhkəmə qərarları › İş №3(110)-287/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-287/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-287/2023 20.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Şərur rayon Çomaxtur kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, müvəqqəti işsiz, dediyinə görə əvvəllər məhkum olunmamış, Şərur rayon Çomaxtur kəndində qeydiyyatda duran və yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə naarkotest nəticəsində narkotik tərkibli MET (Metamfetamin) maddə istifadə etdiyi aşkar olunmuşdur. Bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində vermiş olduğu izahatında Şərur rayon Çomaxtur kəndində yaşadığını, keçmiş tarixdə xeyli ayda Türkiyə Respublikasının İstanbul şəhərində olduğunu, sonuncu dəfə 2023-ü ilin mart ayında işləmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə getdiyini, təxminən 2 ay əvvəl Türkiyə Respublikasından gəldiyini, gəldikdən sonra Şərur rayon Çomaxtur kəndində atası Rəsul Abdullayevə məxsus evdə yaşadığını, 17 noyabr 2023-cü il tarixində polis əməkdaşlarının onu Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini, onun Şərur Rayon Polis İdarəsinə gəldikdən sonra həmkəndlisi Cəsur Vəliyevin ifadəsində ona narkotik vasitə satdığını bildirdiyini öyrəndiyini, onun Cəsur Vəliyevi uzun müddətdir ki, tanıdığını, onun Cəsur Vəliyevdən və ya başqa bir şəxsdən narkotik vasitə almadığını, uzun müddətdir narkotik vasitə istifadə etmədiyini, lakin bu barədə Şərur Rayon Polis İdarəsində polis əməkdaşlarına da deməsinə baxmayaraq onu analiz vermək üçün naxçıvan şəhərinə apardıqlarını, analiz verərkən polis əməkdaşının onun sidiyini yerə boşaltdığını, yenidən sidik verməyini istədiyini, sidiyi olmadığı üçün qaba su doldurub verdiyini, ona görə də ekspertin rəyi ilə razılaşmadığını, yenidən analiz verməsi üçün ekspertizaya göndərilməsini istədiyini, səhhətində problem olduğunu, ayaq vətərlərindən zədə olduğunu, bunun nəzərə alınmasını istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 vermiş olduğu izahatında, xx.xx.2023-cü il tarixində Şərur rayon Çomaxtur kənd sakini Şəxs üzərində narkotik tərkibli maddə olması barədə əməliyyat məlumatı daxil olduğunu, bundan sonra dərhal həmin şəxsi Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini, onun üzərinə baxış keçirdiklərini və baxış zamanı həmin şəxsin üzərindən narkotik vasitə aşkar olunmadığını, bundan sonra Şəxs Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinə apararaq narkotestdən keçirdiklərini, narkotestin nəticəsində Şəxs MET (metamfetamin) tərkibli narkotik vasitə istifadə etdiyinin aşkar olunduğunu, eyni zamanda o verdiyi izahatında güya analiz üçün sidik deyil su verdiyini bildirsədə, bunun mümkün olmadığını, çünki analiz götürülərkən polis əməkdaşlarının gözü önündə aparılır və onun izahatının məsuliyyətdən yayınmaq məqsədi daşıdığını bildirmişdir. İş materiallarına əlavə olunmuş Şərur RPİ-nin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 016670 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə narkotest nəticəsində narkotik tərkibli MET (metofetamin) maddə istifadə etdiyi aşkar olunmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X1 1694 saylı, 20 noyabr 2023cü il tarixli məktubundan görünür ki, Şərur rayon Çomaxtur kənd sakini 1993-cü il təvəllüdlü Şəxs xx.xx.2023-cü il tarixdə dispanserdə sidik narko-test vasitəsiylə müayinə olundu, nəticədə MET (metanfetamin) müsbət aşkar olundu. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 0382 saylı "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən 01 ədəd qara rəngli “İnfiniti” markalı mobil telefon aşkar edilərək götürülmüş, daha sonra isə özünə qaytarılmışdır. İş materiallarına əlavə olunmuş 0649 saylı İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:36-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(110)-43/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 1 (bir) ay 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilmişdir Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və şahidin izahatlarını dinləyib hesab edir ki, Şəxs nakotik vasitələrdən istifadə etmədiyini bildirsədə, lakin ekspert rəyi ilə onun sidiyində MET (metanfetamin) müsbət aşkar edilmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104 -105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, eyni zamanda məsuliyyəti ağırlaşdıran halların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən X2 eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halı, məsuliyyəti yüngülləşdirən halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdə saat 19:36-dan hesablanmalıdır. Eyni zamanda məhkəmə qeyd ki, nzibati xəta törətmiş şəxs Şəxs inzibati qaydada tutma müddətinin pozulduğu inzibati orqanın nəzərinə çatdırılır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 1 (bir) ay 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdə saat 19:36-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar