Məhkəmə qərarları › İş №3(110)-287/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-287/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-287/2024 22.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyini, Ceyranova Aytac Ramiz qızının katibliyi, qəraddan şikayət verən şəxs X4 və Şərur Rayon Polis İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, xx.xx.1977-ci ildə Şərur rayon Oğlanqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı, orta təhsilli, Şərur RayonSu İdarəsind tənziimləyici vəzifəsində işləyən, ildə Şərur rayon Oğlanqala kəndində yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə tənbeh olunmasına dair ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 barəsində Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla inzibati cərimə tənbeh növü tətbiq olunmuş, qərarla razılaşmayan X4 həmin qərardan Şərur Rayon Məhkəməsinə şikayət vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs şikayət ərizəsində şikayətinin əsası kimi özünün Şərur rayon Oğlanqala kəndində yaşadığını, xx.xx.2024-cü il tarixdə ailəsinə alış-veriş etmək üçüen Şərur şəhəri mərkəzində yerləşən “Yaşıl bazar” adlanan bazarın ön hissəsində Mersedes Benz 270 markalı, ** BJ *** dövət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlayaraq bazara girmək istəyərkən Naxçıvan MR Yop Patrul Xidmətinin inspektoru ona yaxılaşaraq avtomobilin parklanmasının düzgün olmadığına görə protokol tərtib edəcəyini bildirdiyini, ona etirazını bildirərək avtomobilin durduğu yerin “Yaşıl bazar” ərazisinə aid olduğunu bildirdiyini, buna baxmayaraq inspektorun ona həqiqtətə uyğun olmayan protokol tərtib edərək protokolu imzalamasını tələb etdiyini, protokolu imzalasa da ona narazılığını bildirdiyini, ona İXM-in 346.4-cü madddəsi ilə nəzərdə tutuluş 80 manat məbləğində cərimə olunması barədə qərar qəbul edildiyini, xx.xx.2024-cü il tarixli TP ******* qərarın rəsmi olaraq ona xx.xx.02024-cü il tarixdə verildiyini, buna görə də məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş qərarın ləğv edilməsi və icraata xitam verilməsini xahiş etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Qərardan şikayət verən X4 izahatında və ona verilən suallara cavabında şikayət ərizəsində sadaladığı halları bir daha təsdiq etdiyini, ona protokol yazıldıqdan sonra DYP bölmə rəisinin qəbuluna getdiyini, imkanı olmadığından protokolun ləğv edilməsini xahiş etdiyini, ona protokolun DYP əməkdaşı Orxan Şirəliyevin yazdığını və onunla həll etməli olduğunu bildirdiyini, lakin bunun heç bir nəticəsi olmadığını, polis idarəsinə getməkdə məqsədinin ona güzəşt etmək olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Şərur Rayon Polis İdarəsinin nümayəndəsi X6 izahatında və ona verilən suallara cavabında X2 avotomobilini ikinci zolaqda yəni, ümumlikdə qadağan olan yerdə saxladığını, bunun digər nəqliyyat vasitələrinə maneçilik törətdiyini, hətta bir vətəndaş bununla bağlı öz narazlığını bildirdiyini, polis əməkdaşının avtomobilin yanında bir müddət gözlədiyini, onun sahibini axtardığını, lakin X2 gəlmədiyindən avtomobilin olduğu yerin şəklini çəkdiyini, vətəndaşa protokol tərtib etdiyini, qərarı sistemə vurduğunu, vətəndaşın isə sonradan gəldiyini, ertəsi gün isə qərarını götürdüyünü, qərarın qanuni olduğunu bildirərək şikayətin rədd edilməsini xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4cü maddəsində nəzərə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən X1 Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən 80 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, şikayət əsassızdır. Belə ki, iş materiallarının araşdırılması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli qərar çıxarılmışdır. X4 izahatında ona güzəşt edilərək barəsində tərtib olunmuş protokolun ləğv edilməsini bildirmişdir. Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin nümayəndəsinin məhkəmədə verdiyi izahatından aydın olur ki, iş üzrə icraat qanunvericiliyə uyğun aparılmışdır və şəxsin əməlində qeyd olunan maddənin tərkib əlamətləri mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə görə Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir.edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsinə görə bu Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346- 1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 341-ci maddəsinin qeyd hissəsinə əsasən həmin məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin nəqliyyat vasitəsinin qaytarılması onun həmin maddələrdə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyətə cəlb olunmasını istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə şikayət əsassızdırsa inzibati qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, X2 İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə tənbeh olunmasına dair xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-136cı maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət rədd edilsin. X2 İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə tənbeh olunmasına dair Şərur Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinin xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar