Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-288/2023 20.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1986-cı ildə Şərur rayon Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı, orta təhsilli, ticarətlə məşğul olan, dediyinə görə əvvəllər məhkum olunmamış, Şərur rayon Çərçiboğan kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin:xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: xx.xx.2023-cü il tarixdə Şərur rayon Çərçiboğan kənd sakini Şəxs Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, müayinə edilməsi üçün Naxçıvan Muxtar Respublikası X2 göndərilmiş, bu zaman onun qanunsuz olaraq narkotik maddə istifadə etməsi müəyyən olunmuş, bununla da o Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü təqsirli sayaraq izahatında və suallara cavabında təxminən 1 ay əvvəl Şərur rayon Çomaxtur kənd sakini Nəcəfov Nəbinin onunla “Whatsapp” vasitəsilə əlaqə saxlayıb onun üçün narkotik vasitə təşkil edəcəyini bildirdiyini, onu qardaşı Cəsur Vəliyevdən götürə biləcəyini dediyini, həmin gün günorta saatlarında qardaşının yaşadığı evə gedib 50 manatlıq narkotik vasitə götürdüyünü, lakin pulunu vermədiyini, Nəbiyə pulunu yaxın günlərdə verəcəyini bildirdiyini, bir neçə gün sonra yenə Nəbinin onunla əlaqə saxladığını, Nəbiyə narkotik vasitə qəbul etmək istədiyini bildirdiyini, Nəbinin ona Şərur şəhərində yerləşən “Vağzalı” restoranının yanındakı elektrik dirəyinin yanında olduğunu dediyini, həmin yerə gedib narkotik vasitəni oradan götürdüyünü, onun 100 manat dəyərində olduğunu, əməlindən peşman olduğunu, himayəsində 3 uşağının olduğunu, belə hərəkətlərə bir də yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 izahatında və verilmiş suallara cavabında Şərur rayon Çərçiboğan kənd sakini Şəxs narkotik vasitə istifadə etməsi barədə məlumat daxil olduqdan sonra onun yaşadığı ünvana getdiyini, sonra onu polis idarəsinə dəvət etdiyini, onu Naxçıvan Muxtar Respublikası X2 aparıb narkotestdən keçirdiklərini, aparılan testin müsbət nəticə verdiyini, suallara cavabında şəxsin əvvəlki illərdə də İran İslam Respublikası ərazisində narkotik qəbulu ilə bağlı əməliyyat məlumatları olduğunu, lakin həmin vaxt gec bildikləri üçün qanında narkotik aşkar olunmadığını, onunla profilaktik söhbət aparıldığını, bu cür əməllərdən çəkinməyin tövsiyyə olunduğunu, lakin şəxsin yenə də bu hərəkətlərə yol verdiyini bildirdi. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs şahid ifadəsini təsdiq etmişdir. Sənədlər: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası X1 xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə sidik narkotest vasitəsilə müayinə olunmuş və nəticədə MET (metamfetamin) və AMP (amfetamin) müsbət aşkar olunmuşdur. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:40-da tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 17:00-da azad edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, pisxatrop maddələrin istehlakına, satış məqsədi olmadan səxsi istelak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirələrin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş üzrə inzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-288/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-288/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver