Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-289/2023 21.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1984-cü ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Şərur şəhər X1 İngilis dili müəllimi işləyən, ünvan 1 ünvanında qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Şərur şəhər X1 şagirdi Şərur şəhər sakini Zərərçəkmiş şəxs fiziki güc tətbiq etməklə döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli özünün, zərəçəkmiş şəxsin və qanuni nümayəndəsinin izahatı, inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, 2015-ci ildən Şərur şəhər X1 İngilis dili müəllimi işlədiyini, xx.xx.2023-cü il tarixdə Şərur şəhər X3 gəldiyini, saat 08:30 radələrində həmin liseyin Vİİİa sinfində dərsinin başladığını, dərsə başladıqdan sonra sinfin davamiyyətini yoxlamağa başladığını, bu zaman Zərərçəkmiş şəxs sinifdə olmadığını görüb jurnalda onun iştirak etməməyini qeyd etdiyini, təxminən 25 dəqiqə sonra Zərərçəkmiş şəxs qapını döyərək ondan icazə istədiyini, birinci icazə verməmək qərarına gəldiyini, lakin sonradan dərsə gəlməzsə başına pis bir şey gələr deyə onu dərsə çağırdığını, bu zaman ondan yenə nə üçün gecikdiyini soruşduğunu, İsrafil onun bu sualına heç bir cavab vermədiyini, bundan sonra cavab vermədiyi üçün acıqlanıb üzündən bir şillə ilə vurduğunu, sonra ondan “məni niyə saymadığını, anana mənə zəng etməsi barədə” sözləri soruşduğunu, yenə heç nə demədiyini, bu zaman yenə əsəbləşib şillə ilə vurmaq istəyən zaman onun kənara çəkildiyini və şillə onun qoluna dəydiyini, yenə kənara çəkildiyini, onun çiynindən və qolundan bir dəfə yüngül şillə ilə vurduğunu, bundan sonra İsrafil ağlayaraq onun üçün ayrılmış stolda əyləşdiyini, sonra dərsini davam etdirdiyini, həmin şəxsin nənəsi Səmaya ilə onun anası 20 il birlikdə Şərur rayon Mərkəzi Xəstəxanasında işlədiyini, onu şillə ilə vurmaqda səbəbinin onun dərsə dəfələrlə gecikməsi olduğunu, vurmağında məqsəd isə onun gələcək dərs həyatında daha da məsuliyyətli olmasını istədiyini, bunun ilk dəfə olduğunu, əməlindən peşman olduğunu, səhvlik etdiyini, bu hərəkəti ilə bağlı ona töhmət verildiyini, həmin sinifdə tədris prosesindən kənarlaşdırıldığını, əvvəllər başqa səbəblərdən töhmət aldığını, lakin uşaq döymədiyini bildirmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatı: Məhkəmədə iştirak edən zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında oğlu İsrafilin 2022-ci ildən Şərur şəhər X1 təhsil aldığını, məktəbin direktoru Əli müəllimə oğlunun 2-3 gün dərsə yubana biləcəyini dediyini, ondan əlavə 10- 15 gün əvvəl ona zəng vurduğunu, uşağın gecikməsi haqqında heç bir şey demədiyini, İlhamə müəllimənin oğluna pis davrandığını, ona təhqiredici kəlmələr işlətiyini, ona “varoş” dediyini, uşağın yubanan gün ona iki yumruq vurduğunu, sonra arxadan çəkərək 3-4 yumruq daha vurduğunu, uşağa “anan mənim dalımca sürünəcək” dediyini, onun uşağının vurmağa haqqı olmadığını, uşağın boynuna 6 yumruq zərbəsi ilə vurduğunu, uşağı evə gəldikdən sonra ürək bulanması olduğundan qusduğunu, ona bunun səbəbini soruşanda müəlliməsinin onu döydüyünü dediyini, sonra onu həkimə apardıqlarını, Firdovsi həkim baxdıqdan sonra nevropatoloq baxdığını, həkimin ona uşaqda olan əlamətlərinin beyin silkələnməsi əlamətləri olduğunu dediyini, lakin uşağın temoqrafiyasını çəkdikləri zaman bir şey çıxmadığını, xəstəxanada qalmayaraq evə gəldiklərini, sonra tibbi ekspertizaya getdiklərini, tibbi ekspertizada uşağı müayinə etmədiklərini, uşağı 18 gün müalicə etdirdiklərini, keçən il məktəbdə onun uşağını döyməmələri barədə xəbərdarlıq etdiyini, uşaq 18 gün dərsdən geri qaldığını, onun isə işdən qaldığını, bu səbəbdən maaşı kəsildiyini, haliyyədə olan hadisə uşağa psixoloji təsir etdiyini, onun məktəbə getmək istəmədiyini bildirmişdir. Məhkəmədə məktəbin nümayəndəsi X7 iştirakı ilə dinlənilən zərərçəkmiş Zərərçəkmiş şəxs 2022-ci ildən Şərur şəhər X1 Vİİİa sinfində təhsil aldığını, xx.xx.2023-cü il tarixdə saat 08:35 radələrində zəng vurulduqdan sonra İlhamə müəllimin dərsi üçün sinifə giriş etdiyini, bu zaman İlhamə müəllimə ona niyə yubandığını və anası Günel xanımla birlikdə gəlməyini istədiyini bildirdiyini, sonra anası Günelin nömrəsini istədiyini, ona anasının nömrəsini deyən zaman başından şillə ilə vurduğunu, sonra qaçmaq istəyən zaman arxadan onu tutaraq boynundan və başından bir neçə dəfədə vurduğunu, sonra ağlayaraq sinifdə onun üçün ayrılmış stolda əyləşərək ağlamağa başladığını, müəlliməyə başının ağrıdığını bildirdiyini və müəllimə ona dərsdən çıxmağa icazə vermədiyini, dərs yekunlaşdıqdan sonra evə gedərək anası Qanuni nümayəndə olanları danışdığını, həmin zaman səhhətində baş ağrısı, baş gicəllənməsi, ürək bulantısı hiss etdiyini, anası onu nənəsi Səmayə Nəcəfova gilə apardığını, bu zaman səhəttinin pisləşdiyi üçün nənəsi təcili tibii yardıma məlumat verdiyini və təcili yardım mərkəzinin işçiləri onu xəstəxanaya apardığını bildirmişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1551 saylı ekspert rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. İş materiallarında olan qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması xx.xx.2023-cü il tarixli qərarla rədd edilmişdir. İş materiallarında olan Şərur şəhər X2 direktoru tərəfindən verilmiş əmrdən çıxarışlardan görünür ki, Şəxs xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022-ci il tarixlərdə əmək və icra intizamını pozduğu üçün, xx.xx.2023-cü il tarixdə isə hazırkı xəta ilə bağlı töhmət növündə intizam tənbehi verilmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşimançılığını məsuliyyəti yüngülləşdirən, inzibati xətanın yetkinlik yaşına çatmayana qarşı törədilməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, səmimi peşmançılığını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-289/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-289/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver