Məhkəmə qərarları › İş №3(110)-29/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-29/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-29/2023 07.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Şərur rayon Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər məhkum olunmuş, Şərur rayon Düdəngə kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 13:00 radələrində Şərur rayon Düdəngə kənd sakini Şəxs bacısı X1 evinin önündə xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında xx.xx.2023-cü il tarixdə bacısı oğlu Ruslanla spirtli içki qəbul etdiklərini, günorta saat 13:00 radələrində evə qayıdarkən Ruslanın onların evində çörək yeməyi təklif etdiyini, birlikdə bacısıgilə getdiklərini, evdə bacısı və bacısının qızının olduğunu, bacısının qızından əvvəllər də geyimini düzəltməsini istədiyini, bacısının qızı Əfsanənin ərindən ayrılıb bacısıgildə yaşadığını, orada Əfsanəni gördüyünü və geyiminin onu əsəbləşdirdiyini, içkili olduğundan onun üzərinə yeridiyini və ona qarşı nalayiq ifadələr işlətdiyini, bu zaman Əfsanənin ona “sənin qızın da açıq geyinir” dediyini, bu sözdən sonra daha da əsəbləşdiyini, Əfsanəni döymək istəyərkən bacısının araya girdiyini, özünü ələ ala bilmədiyini, evdən çıxıb öz evinə doğru getməyə başladığını, bu zaman küçədə ünvansız nalayiq ifadələr işlətdiyini, evə gedib yatdığını, daha sonra polis əməkdaşlarının onu polis idarəsinə dəvət etdiklərini, Şərur rayon Polis İdarəsinə getdiyini, orada barəsində inzibatı xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə qonşusu Adiləgildən səs gəldiyini eşidib çölə çıxdığını, küçədə Adilin ucadan nalayiq ifadələr işlətdiyini gördüyünü, bir neçə dəqiqə Adilin yolda ucadan qışqırıb-bağırmasının şahidi olduğunu, onun-sağa sola təpik atdığını, evlərinə tərəf getdiyini gördüyünü, Adilin olduğunu görüb ona heç nə demədiyini, qayıdıb evə getdiyini bildirmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilən X6 izahatında və verilən suallara cavabında xx.xx.2023-cü il tarixdə təxminən saat 13:00 radələrində dayısı Adilin onların evinə gəldiyini, Adilin spirtli içki qəbul etdiyini, evə girəndən ona qarşı aqresiv hərəkətlər etdiyini, dayısının onun geyiminə irad bildirdiyini, dayısına öz qızının geyiminə qarışa biləcəyini bildirdiyini, dayısının daha da çox hirsləndiyini, onun üzərinə yeriyib ona qarşı zor tətbiq etdiyini, nalayiq ifadələr işlətdiyini, anasının və qardaşının araya girib Adili uzaqlaşdırdıqlarını, sonra Adilin evdən çıxıb küçədə ucadan ünvansız nalayiq ifadələr işlətdiyini, bu barədə Şərur rayon Polis İdarəsinə müraciət etdiklərini bildirmişdir. Məhkəmədə iclasında şahid qismində dindirilərkən X2 da şahid X3 verdiyi izahat ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 0324 nömrəli "Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində hər hansı bir əşya və sənəd aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş 0321 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 1845-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 26 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 2,44 promilli sərxoşluq aşkar edilmişdir İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin sahə inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 008981 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 13:00 radələrində Şərur rayon Düdəngə kənd sakini Şəxs bacısı X1 evinin önündə xırda xuliqanlıq hərəkətləri edərək ictimai pozmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şərur Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tibbi arayışından görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 13:00 radələrində Şərur rayon Düdəngə kənd sakini Şəxs bacısı X1 evinin önündə xırda xuliqanlıq hərəkətləri edərək ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan lakin, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halları və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməli və inzibati həbsin əvvəli 06 fevral 2023-cü il tarixdən saat 1845-dən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 7 (yeddi) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 06 fevral 2023-cü il tarixdən saat 1845-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar