Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-290/2023 21.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Şərur rayon Dərəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Dərəkənd kəndində qeydiyyatda duran və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Şərur rayon Dərəkənd kəndi ərazisində saxlanılaraq, Şərur rayon Polis İdarəsinə gətirilmiş və avtomobilindən 0.078 qram metamfetamin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü tam təqsirli sayaraq, vermiş olduğu izahatında Şərur rayon Dərəkənd kəndində yaşadığını, 13 noyabr 2023-cü il tarixində 20:00 radələrində yaşadığım evdən çıxdığını, həmkəndlim Fərmayıl adlı şəxsin işlətdiyi çayxanaya tərəf getdiyini, bir-neçə gün bundan əvvəl Şərur rayon Qışlaqabbas kənd sakini olan dostu Şahin adlı şəxsdən ona narkotik tərkibli maddə tapmasını istədiyini, Ayxan və Nuhun adlı şəxslərlə görüşməyə gedən zaman həm Şahinlə görüşmək, həm də, onunla qeyd etdiyi məsələ ilə bağlı danışmaq üçün Şahini də görüşə aparmaq qərarına gəldiyini, Şərur rayon Qışlaqabbas kəndinə gedərək Şahini evlərindən götürdüyünü və Şərur şəhərində yerləşən “Elvin” restoranına getdiklərini, orada olan zaman təklikdə Şahindən ona dediyi məsələni həll etməsini istədiyini, Şahin isə ona Əfqan adlı şəxs var onunla maraqlanıb deyəcəyəm sözlərini dediyini, daha sonra Şahin Əfqan adlı şəxslə danışaraq mənə “Əfqanda mal var 100 manat versən, sənə verəcək” sözlərini dedi. Əfqanın təklifi ilə razılaşdığını, daha sonra Əfqanın pulu göndərmələri üçün Şahinə kart hesabının nömrəsini dediyini, restorandan çıxdıqdan sonra avtomobilə əyləşərək Şərur rayon Şərur şəhəri ərazisində yerləşən “Kapital Bank”ın inzibati binasının yanına getdiklərini, oraya çatdıqda Şahin və özünün avtomobildən düşdüyünü, Ayxan və Nuhuna avtomobildə gözləmələrini tapşırdıqlarını, bankın inzibati binasının önündə olan ödəmə terminallarından birinə yaxınlaşdığını və mən həmin terminal vasitəsi ilə Əfqan adlı şəxsin onlara dediyi bank kartı hesabına 100 manat pul göndərdiyini, sonra avomobilə əyləşdiklərini, avtomobillə Şərur şəhəri ərazisində yerləşən avtovağzala tərəf getdiyini və avtovağzalın qarşısında avtomobili saxladığını, sonra Şahinlə birlikdə avtomobildən düşdüklərini, Ayxan və Nuhunun isə avtomobildə qaldığını, onlara yaxın bir dostları ilə görüşüb gələcəklərini bildirdiyini, onların avtomobildə qaldıqlarını, Şahinlə birlikdə bir az yol gedib, adının Əfqan olduğunu bildiyi təxminən 35 yaşlarında bir adamla göüşdüyünü, Şahinin həmin şəxsə pul vurduğunu təsdiq edən qəbzi verdikdən sonra həmin şəxsin ona bükülmüş siqaret kağızı verdiyini və narkotik maddənin həmin kağızın içərisində olduğunu bildirdiyini, sonra avtomobilin yanına ggetdiklərini əldik və avtomobilə əyləşdiklərini, İbadulla kəndinə gedərək Şahini evlərinə qoyduğunu, daha sonra Nuhunun evlərinə aparmaq üçün Şərur rayon Aşağı Aralıq kəndinə getdiyini, Nuhun avtomobildən düşdükdən sonra mən Dərəkənd kəndinə doğru getdiyini, Ayxanı da yola saldıqdan sonra yaşadığım evə getdiyini, evə çatdıqdan sonra Əfqan adlı şəxsdən aldığı narkotik vasitəyə baxdığını, narkotik vasitə çox az olduğunu, buna görə də mən həmin narkotik vasitəni idarə etdiyi avtomobilin sürücü oturacağının arxa hissəsindəki cibə qoyduğunu, 14 noyabr 2023-cü il tarixində mən idarə etdiyim avtomobillə hərəkətdə olan zaman polis əməkdaşlarının avtomobili saxlayaraq onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, Şərur rayon Polis İdarəsinin ərazisində avtomobilə baxış keçirildiyini və narkotik vasitənin götürüldüyünü, əməlindən peşman olduğunu bildirərək, barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən X4 vermiş olduğu izahatında xx.xx.2023-cü il tarixdə Şəxs narkotik vasitədən istifadə etməsi əməliyyat məlumatı daxil olduğunu, məlumat əsasında onun yaşadığı Şərur rayon Dərəkənd kəndinə getdiklərini, kənd ərazisində Şəxs gördüklərini, onu Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, Şərur rayon Polis İdarəsinin ərazisində onun avtomobilinə baxşı keçirilən zaman avtomobilin sürücü oturacağının arxa cibindən boz rəngli kağıza bükülmüş narkotik vasitəyə bənzər maddənin aşkar edilərək götürüldüyünü bildirmişdir İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.1988-ci ildə Şərur rayon Dərəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Dərəkənd kəndində qeydiyyatda duran və yaşayan Şəxs narkotik vasitələrdən istifadə etməkdə və saxlamaqda şübhə edildiyindən, xx.xx.2023-cü il tarixdə 09:00-da o müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “müdafiəçinin təyin edilməsi haqqında” qərardan görünür ki, Şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında fəaliyyət göstərən X7 dövlət hesabına müdafiəçi qismində dəvət edilmişdir. İş materiallarına əlavə olunmuş 14 noyabr 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş Şəxs barəsində şəxsi axtarış aparılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Şəxs şəxsi axtarışı zamanı üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “tutulmuş şəxsin azad edilməsinə dair” qərardan görünür ki, Şəxs üzərindən götürülmüş psixotrop maddənin çəkisi 0.078 qram olduğundan, şübhəli şəxs qismində tutulmuş xx.xx.1988-ci ildə Şərur rayon Dərəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Dərəkənd kəndində qeydiyyatda duran və yaşayan Şəxs azad edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında protokoldan” görünür ki, Şərur rayon Dərəkənd sakini Şəxs məxsus olan “Mercedes 300D” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön oturacağının arxasındakı cibdən boz rəngli kağız parçasına bükülmüş ağ rəngli, toz şəklində olan narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiziya Mərkəzinin xx.xx.2023-cü il tarixli 1130 nömrəli ekspert rəyindən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Şərur rayon Dərəkənd sakini Şəxs məxsus olan Mercedes markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön oturacağının arxa hissəsində yerləşən cibin içərisindən aşkar edilmiş boz rəngli kağıza qablaşdırılmış ağ rəngli, toz şəklində olan narkotik vasitəyə bənzər maddə” əl yazıları, ad, soyad və imzalar (7 imza) olan və üzəri “Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Şərur Rayon Polis İdarəsi zəeflər üçün” dairəvi möhür ilə 7 yerdən nişanlanmış 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd gümüşü rəngli kağız bükümdə rəmiz çəkisi – 0.078 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağa edilən psixotrop maddələrin siyahısı”na daxildir. İş materiallarında olan Şərur Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli ********* nömrəli məktubundan görünür ki, Şəxs idarə etdiyi “Mercedes 300D” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş 0.078 qram psixotrop vasitə sayılan metamfetamin ekspertizada istifadə olunduqdan sonra qalan 0.048 qramı Şərur Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində araşadırılan ********* saylı cinayət işi üzrə maddi sübut hesab edildiyindən Şərur Rayon Polis İdarəsində saxlanılır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “cinayət işinin hissəvi rədd edilməsi haqqındar” qərardan görünür ki, Şəxs və X1 barəsində toplanmış material üzrə cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Şərur RPİ-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 016679 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şərur rayon Dərəkənd kəndi ərazisində saxlanılaraq, Şərur rayon Polis İdarəsinə gətirilmiş və avtomobilindən 0.078 qram metamfetamin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və şahidin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməsi onun səmimi etirafı, iş üzrə dindirilmiş şahidin ifadəsi, həmçinin toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilir. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104 -105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların halların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan 0.048 qram psixotrop maddə olan metamfetaminin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi Şərur Rayon Polis İdarəsində saxlanılması nəzərə alınsın. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 20 gün müddətinə inzibati həbs olunmalı və inzibati həbsin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-290/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-290/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver