Məhkəmə qərarları › İş №3(110)-291/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-291/2023

22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-291/2023 22.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Şərur rayon Qışlaqabbas kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, natamam orta təhsilli, pirket sexində fəhlə işləyən, azərbaycanlı, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Qışlaqabbas kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsindən tərəfindən tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə X1 narkotik vasitə əldə etməsinə vasitəçilik etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü tam təqsirli sayaraq, vermiş olduğu izahatında xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində tanışı İmran adlı şəxs ona zəng edərək Əfqan adlı şəxsi tanıyıb-tanımadığını ondan soruşduğunu, ona tanıdığını və nə üçün onu soruşduğunu bildirdiyini, İmranın isə ona “Əfqanda bir şey var onu götürmək istəyirəm, lakin üz-üzə söhbət etməliyik” sözlərini bildirdiyini, təxminən 20 dəqiqə sonra İmran və yanında tanımadığım iki nəfər İmrana məxsus Mercedes markalı avtomobil ilə onun yanına gəldiklərini, bu zaman İmranın ona maşına əyləşməyini xahiş etdiyini, maşına əyləşdikdən sonra İmran təklikdə ondan Əfqanda narkotik olduğunu və onu necə əldə edə biləcəklərini soruşduğunu, bundan sonra İmrana Əfqanla danışıb ona xəbər edəcəyini bildirdiyini, beləliklə Əfqanla danışaraq Əfqana tanışı İmranın narkotik vasitə istədiyini və həmin narkotikin onda olduğunu ona bildirdiyini, Əfqanın da ona həmin narkotik vasitəni təşkil edəcəyini bildirdiyini, həmin zaman Əfqana İmranın 100 manatlıq narkotik istədiyini bildirdim və o, mənə prablem olmadığını və təşkil edəcəyini bildirdiyini, sonra İmran və yanındakı iki nəfərlə birlikdə Elvin şadlıq sarayında yerləşən çayxanaya gələrək çay içib domino oynadıqlarını, təxminən bir saat sonra İmranın narkotikdən bir xəbər çıxıb-çıxmadığı ilə bağlı ondan gizli soruşduğunu, sonra Əfqana zəng edərək narkotiki tapıb-tapmadığı barədə məlumat aldığını, Əfqan ona telefonda kart nömrəsi dediyini və həmin nömrəni mən bir kağıza yazdığını, sonra birlikdə çayxanadan çıxaraq Kapital Bankın qarşısına getdiklərini, İmran maşını saxladıqdan sonra maşından enib million aparatına yaxınlaşdıqlarını və İmranın terminal vasitəsi ilə həmin bankomat kart nömrəsinə 100 manat pulu göndərdiyini, pulu göndərdikdən sonra million ödəmə terminalından qəbzi götürərək maşına mindiklərini, sonra Əfqana zəng edərək pulu göndərmələri ilə bağlı ona məlumat verdiyini, Əfqan isə ona “qəbzi sən özündə saxla mənə verərsən, özünüzdə gəlin dəmiryolu vağzalının arxasına” sözlərini bildirdiyini, İmrandan qəbzi aldıqdan sonra avtomobil ilə Dəmiryolu vağzalının qarşısında yerləşən tikinti materialları mağazasının qarşısına getdiklərini, beləliklə Əfqana zəng edərək həmin yerə gəldiyimi bildirdiyini, bu zaman İmranla maşından endikdən sonra vağzalın arxasında yerləşən vaqonlara tərəf getməyə başladıqlarını, vaqonların olduğu yerə çatan zaman Əfqanın qarşıdan gəldiyini, bu zaman Əfqanla görüşdükdən sonra özünün kənara çəkildim və İmranın qəbzi Əfqana verdiyini, beləliklə Əfqan bükülmüş vəziyyətdə olan ağ kağızı İmrana verdiyini gördüyünü və həmin kağızı İmranın cibinə qoyduğunu, geri qayıdıb maşında əyləşdikdən sonra sonra İmran mənə öz minnətdarlığını bildirdiyini, bundan sonra onu Qışlaqabbas kəndində yola salaraq onun yanından uzaqlaşdıqlarını, daha sonra polis əməkdaşlarının onun Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini, oraya getdiyini, əməlini etiraf etdiyini, əməlindən peşman ollduğunu, narkotik vasitədən istifadən etmədiyini və daşımadığını, sadəcə İmran Əmoyevin narkotik vasitə əldə etməsinə vasitəçilik etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında, Şərur rayon Qışlaqabbas kənd sakini Şəxs narkotik vasitə istifadə etməsi barədə məlumat daxil olduqdan sonra vətəndaş Şəxs yaşadığı ünvana getdiyini və çağırıb onu polis idarəsinə dəvət etdiyini, polis idarəsində olan zaman onun həqiqətən də narkotik vasitənin alınmasında vasitəçilik etdiyini bildirdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “müdafiəçinin təyin edilməsi haqqında” qərardan görünür ki, Şəxs hüquqlarını müdafiə etmək üçün Şərur rayon Vəkil Bürosunda fəaliyyət göstərən X6 dövlət hesabına müdafiəçi qismində dəvət edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş Şəxs barəsində şəxsi axtarış aparılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Şəxs şəxsi axtarışı zamanı üzərindən “X10 8” markalı telefon aşka edilərək götürülmüşdür, başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. İnzibati xəta haqqında materiala əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 1130 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Şərur rayon Dərəkənd sakini X4 məxsus olan Mercedes markalı **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol ön oturacağının arxa hissəsində yerləşən cibin içərisindən aşkar edilmiş boz rəngli kağıza qablaşdırılmış ağ rəngli, toz şəklində olan narkotik vasitəyə bənzər maddə...” əl yazmaları, ad, soyad və imzalar (7 imza) olan və üzəri “AZƏRBAYCAN RESPUBLİKASİ DİN NAXÇİVAN MR DİN ŞƏRUR RAYON POLİS İDARƏSİ ZƏRFLƏR ÜÇÜN” dairəvi möhür əksi ilə 07 yerdən nişanlanmış 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi – 0.078 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir İnzibati xəta haqqında materiala əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.1988-ci il ildə Şərur rayon Qışlaqabbas kəndində anadan olmuş, 2 uşaq atası, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Şərur rayon Xanlqılar kəndi ərazisindəki pirket sexində işləyən, deməsinə görə əvvəllər məhkum olunmamış, Şərur rayon Qışlaqabbas kəndində qeydiyyatda olan və yaşayan Şəxs narkotik vasitələrdən əldə etmə və istifadə etməkdə şübhə etməyə kifayət qədər əsaslar olduğundan o, 14 noyabr 2023-cü il tarixdə saat 10:00-da müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “tutulmuş şəxsin azad edilməsinə dair” qərardan görünür ki, şübhəli şəxs qismində tutulmuş xx.xx.1988-ci ildə Şərur rayon Qışlaqabbas kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, natamam orta təhsilli, pirket sexində fəhlə işləyən, azərbaycanlı, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Qışlaqabbas kəndində qeydiyyatda duran və yaşayan Şəxs narkotik vasitə əldə etmədiyi müəyyən olunduğundan, o azad edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “cinayət təqibinin hissəvi rədd edilməsi haqqındar” qərardan görünür ki, X1 və Şəxs barəsində toplanmış material üzrə cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Şərur Rayon Polis İdarəsinin İbadulla PB-nin rəisi qeyd edilən qərar əsasında müvafiq araşdırma apararaq Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə tədqiqatının nəticəsi olaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın deyil, cinayət əməlinin tərkib əlamətləri müşahidə edilir. Belə ki, narkotik vasitə əldə edilməsinə vasitəçilik etməsinə görə Şəxs əməlində inzibati xətanın tərkib əlamətlərini olmasada, lakin onun narkotik vasitənin satılmasına köməklik etməsində cinayət əməlinin tərkib əlamətlərinin olması ehtimalı mövcuddur. Çünki məhkəməyə təqdim edilmiş materiallara əsasən müəyyən edilir ki, Şəxs narkotik vasitənin satılmasına köməkçilik etmişdir. Cinayət Məcəlləsinin 32.5-ci maddəsində cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın; - 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir; - 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında materiala əlavə olunmuş xx.xx.2023cü il tarixli Cinayət təqibinin hissəvi rədd edilməsi haqqında qərardan görünür ki, X1 və Şəxs barələrində toplanmış nömrəli material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair 18 noyabr 2022-ci il tarixli Qərarında qeyd etmişdir ki, İstintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, narkotik vasitə əldə edilməsinə vasitəçilik etməsinə görə Şəxs əməlində inzibati xətanın tərkib əlamətləri yoxdur, lakin onun narkotik vasitənin satılmasına köməklik etməsində cinayət əməlinin tərkib əlamətlərinin olub-olmamasının müəyyən edilməsi zərurəti yaranır. Bu səbəbdən də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və müvafiq material aşkar edilmiş fakt üzrə Şəxs əməlində cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün Şərur Rayon Prokuroruna göndərilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 85, 114.2.3, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və müvafiq material aşkar edilmiş fakt üzrə cinayət əlamətlərinin olub-olmamasının yenidən araşdırılması üçün Şərur Rayon Prokuroruna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar