Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-292/2024 17.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1977-ci ildə Şərur rayonu, Maxta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 5 uşaq atası, işsiz, Şərur rayonu, Maxta kəndində yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs Şərur Rayon Məhkəməsinin 2(110)-185/2009 saylı xx.xx.2009-cü il tarixli icra sənədinə əsasən ümumilikdə 2600 (iki min altı yüz) manat aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-185/2009 saylı xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən Şəxs aylıq qazancının 33%-i, yəni qazancının üçdə bir hissəsinin tutulub xx.xx.2009-cu il tarixdən başlayaraq xx.xx.2002-ci ildə anadan olmuş X2 və xx.xx.2004-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şərur rayon Maxta kəndində yaşayan X1 xeyrinə ödənilməsini müəyyən edildiyini, icra sənədinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borclunun hal-hazırda 2600 manat aliment borcu yarandığını, aliment borcunu ödəmədiyi üçün Şərur Rayon Məhkəməsinin 3(110)-49/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs 10 gün müddətində inzibati qaydada həbs edildiyini, həbsdən çıxdıqdan sonra may və iyun aylarında hər ay 100 manat olmaqla, ümumilikdə borcundan 200 manat ödədəyini, borclunun təkrar olaraq Şərur Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunduğunu, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədinin icrasından boyun qaçırıldığını, buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında heç yerdə işləmədəyini, yenidən ailə qurduğunu, ikinci evliliyindən 3 uşağının olduğunu, buna görə də, aliment borcunu ödəyə bilmədiyini, iş üçün DOST mərkəzinə müraciət etdiyini, bir neçə günə işə başlayacağını, aliment borcunu ödəyəcəyini, əməlindən peşman olduğunu bildirərək, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan: - Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş 2(110)-185/2009 saylı xx.xx.2009-cu il tarixli məhkəmə əmrinə əsasən Şəxs aylıq qazancının 33%-i, yəni qazancının üçdə bir hissəsinin tutulub xx.xx.2009-cu il tarixdən başlayaraq xx.xx.2002-ci ildə anadan olmuş X2 və xx.xx.2004cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şərur rayon Maxta kəndində yaşayan X1 xeyrinə ödənilməsi göstərilmişdir; - Şərur Rayon Məhkəməsinin 3(110)-49/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir; - Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati və cinayət məsuliyyəti barədə ona xəbardarlıq edilmişdir; -xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs icra sənədi 2600 (iki min altı yüz) manat borcunu ödəməkdən yayındıgından onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir; - “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, Şəxs adına heç bir daşınar və ya daşınmaz əmlak qeydiyyata alınmamış, eyni zamanda o, pensiya və sosial ödəniş almır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs və X3 izahatlarından, iş materiallarından da müəyyən olundu ki, borclu iş materiallarına əlavə edilmiş icra sənədi üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınaraq, icra vərəqəsinin icrasını təmin etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur... Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını, himayəsində 3 azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əvvəlki inzibati tənbeh tədbirindən nəticə çıxarmayaraq icra sənədi üzrə ümumiyyətlə ödəniş etməməsini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayınmasını, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Ona görə də, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1.1 - ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 17 oktyabr 2024cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4 - cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 17 oktyabr 2024-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-292/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-292/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver