Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-293/2024 17.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.1977-ci ildə Şərur rayonu, Keşdaz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaqlı, fərdi təsərrüfatla məşğul olan, Şərur rayonu, Çəmənli kəndində yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şərur Rayon İcra və Probasiya Şöbəsi tərəfindən protokol tərtib olunub ondan ötrü ki, Şərur Rayon İcra və Probasiya Şöbəsində icraatda olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(110)-1012/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 2244,63 manat borcu Şəxs ödəməkdən üzürsüz səbəbdən yayınmış və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmədə inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, icra məmurunun və Şəxs izahatı ilə onun əməlində inzibati xəta tərkibinin olmadığı müyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilən suallara cavabında icra sənədi barədə məlumatı olduğunu, maddi vəziyyəti ilə əlaqədar borcunu ödəyə bilmədiyini, uşaqlarını oxutduğunu, onlar üçün ödəniş ödədiyini, kredit götürdüyünü, 2023-cü ilin fevral ayında Səməd həkim tərəfindən apendisit əməliyyatı olunduğunu, 2023-cü ilin noyabr ayında Naxçıvanda Ramin adlı həkimin onu ürəyindən əməliyyat etdiyini, bununla bağlı sübutları olduğunu, 7- 8 ay işləyə bilmədiyini, mebel sexinin olduğunu, yeni işləməyə başladığını, müştərilərinin ona olan borcunu qaytarmadqlarını, buna görə icra sənədi üzrə borcunu ödəyə bilmədiyini, lakin imkanı olan kimi borclarını ödəyəcəyini bildirib barəsində icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Protokolu tərtib edən şəxsin izahatı: Məhkəmədə protokolu tərtib edən şəxs Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş borcun tutulmasına dair icra sənədinin aidiyyəti üzrə Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, borcun icrası barədə dəfələrlə xəbərdarlıq edildiyini, onun icra sənədi üzrə 2244,63 manat borcu olduğunu, məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmanın nəticələrinin ona izah olunduğunu, tələbkarın da icra sənədinin icrasını tələb etdiyini, borclunun borcu ödəməsi ilə bağlı iltizam verdiyini, lakin yenə icra sənədi üzrə tələbin yerinə yetirilmədiyini bildirmişdir. Sənədlər: İş materiallarında olan olan Şərur Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(110)- 1012/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs əsas borc üzrə 1783,84 manat, faiz borcuna görə 299 manat, cərimə borcuna görə 119,76 manat, cəmi 2202,6 manat və dövlət rüsumu olaraq ödənilmiş 42,03 manat məbləğində vəsait tutularaq iddiaçı "xxxx" MMM-yə ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, tələb könüllü icra olunmayacağı təqdirdə məcburi qaydada icra olunacağı göstərilmişdir. İş materiallarında olan X1 tərəfindən verilmiş tibbi müayinə sənədindən görünür ki, Şəxs kardioloji problemləri mövcuddur. İş materiallarında olan Şərur rayonu, N.Əliyev adına "xxxx" X4 tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Şəxs o 2023-cü ildə appendisit əməliyyatı keçirtmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iş materillarını araşdırarkən müəyyən olunmuşdur ki, borclu Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğun deyildir. Belə ki, borclu səhhətində yaranan problemlər səbəbindən işləyə bilməmişdir. Tələbin yönəldilə biləcəyi daşınar və ya daşınmaz əmlak müəyyən olunmamışdır. Borclu üzürlü səbəbdən borcunu ödəyə bilmir. Hazırkı vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-293/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-293/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver