Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-294/2025 22.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: oğlunun sədrliyi, Məhkəmə iclas katibi: qızının katibliyi, Protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin əməkdaşı, polis orqanın səlahiyyətli kapitanı X1, nümayəndəsi: Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx xxxxxx 1974-cü ildə Şərur rayonunun Mahmudkənd kəndində anadan olmuş, Qazaxıstan Respublikasının vətəndaşı (Azərbaycan Respublikasında Daimi yaşamaq üçün icazə vəsiqəsi: DYİ seriyalı ******* №li), evli (himayəsində 1 azyaşlı uşağı olan), orta təhsilli, deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, yaşayış yeri üzrə Şərur rayonunun Mahmudkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsinin 22 oktyabr 2025-ci il tarixli, 3-13-43-12/2-14049/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair 22 oktyabr 2025-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şərur rayonunun Mahmudkənd kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs daşla baş və qol nahiyəsindən vuraraq onu döymüşdür. Faktla bağlı Şərur Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılaraq, Şəxs qeyd edilən əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən 20 oktyabr 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan 22 oktyabr 2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi, X2 tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzbati xəta haqqında protokol tərtib edilərək, elə həmin gün baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək, Şərur rayonunun Mahmudkənd kəndində yaşadığını, xx.xx.2025-ci il tarixdə, təxminən saat 14:30 radələrində qonşusu Ənvərinin oğlunun toyundan qayıdıb evə gəldiyini, evdə bir az oturduqdan sonra atasıgilə getmək üçün evdən çıxdığını, atasıgilin həyətinin onların həyəti ilə yan-yana olduğu üçün onlar tərəf keçdiyini, bu zaman qoşusu olan əmisi Şahid və onun arvadı Validə İmanovanın onun və ata-anasının ünvanına nalayiq söyüşlər söydüklərini, bu zaman əsəbləşərək yerdən bir kəssək-daş götürərək onlara tərəf atdığını, həmin vaxt tərəflər arsasında heç bir əlavə problemin yaşanmadığını, atasının gəlib ona evə apardığını, lakin bir neçə saat sonra atdığı daşın guya əmisi oğlu Ramizə dəyməsi səbəbindən əmisigilin polisə müraciət etdiklərini bildirərək, himayəsində azyaşlı övladının olmasının nəzərə alınmaqla barəsində cərimə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, xx.xx.2025-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək, özünün Şəxs şikayətçi olduğunu, onun cəzalanmasını istədiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Faktla bağlı Şərur Rayon Polis İdarəsində aparılan ibtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında izahatı elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı vermiş olduğu izahatında xx.xx.2025ci il tarixdə təxminən saat 14:50 radələrində toydan qayıdıb evə gedərkən atasının həyətdə ağacların dibini bellədiyini görüb atasına kömək etməyə başladığını, bu zaman Şəxs söyüş söydüyünü görüb hər hansı bir reaksiya vermədiyini, həyətləri onların həyətinə bitişik olduğu üçün Elmanın onlara tərəf gələrək ucadan söyüş söydüyünü görüb ondan kimə söydüyünü soruşduğunu, Elmanın isə ona söydüyünü dediyini, bundan sonra özünün Elmana onlara tərəfə keçməsini dediyini və Elmana tərəf getdiyini, bu zaman Elmanın öz həyətlərində olan taxtaların üzərinə çıxıb yerdən götürdüyü daşı ona atdığını, atılan daşlardan birinin onun başının arxa nahiyəsinə, birinin isə əlinin üstünə dəydiyini, ağacın dibində olan beli götürərək Elmanı vurmaq istədiyin, lakin bu zaman atasının onu tutaraq vurmağa imkan vermədiyini, bundan sonra “102” zəng mərkəzinə zəng vuraraq, şikayət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi izahatında xx.xx.2025-ci il tarixdə təxminən 15:00 radələrində oğlu Ramiz və həyat yoldaşı Validə ilə özlərinə məxsus həyətdə işlədiklərini bu zaman qonşuluqda yaşayan qardaşı oğlu Elmanın evdən çıxaraq söyüş söyməyə başladığını, ona məhəl qoymadıqlarını, lakin Elmanın onlara tərəf gələrək üzünü onlara tutub söydüyünü, daha sonra onlara daş atmağa başladığını, atılan daşların birinin oğlu Ramizin başının arxasından, digərinin isə sol əlinin üstündən dəydiyini, bundan başqa aralarında əlavə münaqişənin yaşanmadığını, özünün buna imkan vermədiyini, aralarında olan bu münaqişənin atalarından ona miras qalmış evlə əlaqədar olduğunu, özlərinin əslində Bakı şəhərində yaşadıqlarını, təqribən 12 il bundan əvvəl özünün kəndə atasından qalmış evə gəldiyini və həmin evi abadlaşdırdığını, sahibləndiyi, bunun isə qardaşı Firudinin və onun ailə üzvlərinin xoşuna gəlmədiyini, onları həmin ata evindən qovmaq üçün əllərindən gələni etdiklərini, qardaşı Firudinin oğlu Elmanın arkolik, nəşəxor olduğunu, 7 il bundan əvvəl Qazaxıstandan gəldiyini və onlarla icəşdiyini bildirərək, şəxsin barəsində oğlunun şikayətçi olduğunu və onun cəzalanmasını istədiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında Elmanla qonşu olduqlarını, aralarında ara-sıra narazılıqların olduğunu, xx.xx.2025-ci il tarixdə saat təxminən 13:00 radələrində yoldaşının ağaclarının dibini belləyərkən oğlunun toydan gəldiyini, oğlunun atasına kömək etməyə başladığını, bu zaman Elmanın evdən çıxaraq söyüş söyməyə başladığını, ona məhəl qoymasalar da onlara tərəf gəlib üzünü onlar tutub söydüyünü, daha sonra onlara daş atmağa başladığını, daşlardan birinin oğlunun başından, digərinin isə əlindən dəyib yaraladığını, onların arxaya qaçaraq evə girdiklərini, sonrada 102 xidmətinə zəng etdiklərini bildirmişdir. Məhkəmə iclasında Şəxs barəsində protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə müvəkkili X2 verdiyi izahatında şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibinin olduğunu bildirərək, onun barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları ilə yanaşı, iş üzrə ibtidai araşdıma zamanı dindirilmiş zərərçəkmiş şəxsin izahatını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 518 saylı Məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın sol ənsə nahiyyəsində qançır və yarasol gözün- küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarət sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Şəxs əməlində cinayət tərkibinin olmaması əsası ilə onların barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, həmin şəxslərin əməllərində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması əsası ilə material baxılması üçün Şərur rayon Polis İdarəsinin İTŞ-nə göndərilmişdir. Şəxs məxsus P KAZ 10184979 №-li pasportun surətindən görünür ki, o, Qazaxıstan Respublikasının vətəndaşıdır. DYİ seriyalı ******* №li Azərbaycan Respublikasında Daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Qazaxıstan Respublikasının vətəndaşı olan Şəxs xx.xx.2024-cü il tarixdən- xx.xx.2029-cu il tarixədək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də inzibati xəta törətmiş şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, döymə xəsarətin ayrıca xüsusi bir növünü təşkil etmir. Döymə dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Döymə nəticəsində bədən xəsarətləri əmələ gələ bilər, ancaq döymə nəticəsində obyektiv aşkar edilə bilən xəsarətlər qalmaya da bilər. Əgər çoxsaylı zərbələr nəticəsində sağlamlığa zərər vurma (ağır, az ağır və ya yüngül) baş verirsə, onda bu hərəkətlərə döymə kimi baxılmır, müvafiq dərəcəli sağlamlığa zərər vurmanın yetirilməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.5-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə uyğun olaraq Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs ittiham olunduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində inzibati qaydada cərimə edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
1. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə tənbehi tətbiq eilsin.
2. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim: Orucəliyev Abil