Məhkəmə qərarları › İş №3(110)-299/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-299/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-299/2025 27.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: oğlunun sədrliyi, Məhkəmə iclas katibi: qızının katibliyi, Protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi orqanın səlahiyyətli X1, nümayəndəsi: Barəsində inzibati xəta Şəxs iştirakı ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1997-ci ildə Şərur rayonunun Oğlanqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, yaşayış yeri üzrə Şərur rayonunun Oğlanqala kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Şərur rayonu ərazisində yerləşən briket zavodunda fəhlə işləyən, Şərur Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şərur Rayon Polis İdarəsinin 27 oktyabr 2025-ci il tarixli, 3-13-43-12/2-14262/25 №-li məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 27 oktyabr 2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 27 oktyabr 2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs 25 oktyabr 2025-ci il tarixdə, saat 16:20 radələrində Şərur Rayon Polis İdarəsinin inzibati binasında polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Faktla bağlı 27 oktyabr 2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi izahatında 25 oktyabr 2025-ci il tarixdə çayçıda pivə içdiyini, daha sonra yaşadığı evə getdiyini, siqaret çəkmək üçün yola çıxdığını, həmin vaxt polis əməkdaşlarının gəlib ona polis idarəsinə getməli olduğunu dediyini, içkili olduğundan aralarında mübahisə yarandığını, polis avtomobilinin gəldiyini, polis idarəsinə daxil olduğu zaman içkili olduğundan yenə mübahisə yaratdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında 25 oktyabr 2025-ci il tarixdə Ramin Rəsulovla avtopatrul avtomobili ilə Şərur rayonunun Oğlanqala kəndində xidmət edən zaman komandirin zəng vurduğunu, Oğlanqala kənd sakini Şəxs Şərur RPİ-yə gətirməyi bildirdiyini, onun yaşadığı ünvana getdiklərini, yolda onu gördüklərini, avtomobildən düşüb ona polis idarəsinə getməli olduğunu dediklərini, onun ucadan səs-küy salmağa başladığını, “məni niyə aparırsız, mən adam öldürməmişəm, heç kim məni arapa bilməz” dediyini, onu sakitləşdirib “gedək görək, bəlkə səndən söz soruşacaqlar” dediklərini, onu polis idarəsinə gətirdiklərini, polis idarəsinin binasına girən kimi uca səslə nalayiq ifadələr işlədərək “məni kim çağırıb gəlsin bura” dediyini, onu nizam-intizama dəvət etsələr də içkili olduğu üçün onlarınb tələbinə tabe olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında 25 oktyabr 2025-ci il tarixdə post yoldaşı Qəhrəmanlı Nicat ilə Şərur rayonunun Oğlanqala kəndində xidmət edən zaman komandirin Nicata zəng vurduğunu, Oğlanqala kənd sakini Şəxs Şərur RPİ-yə gətirməyi bildirdiyini, onun yaşadığı ünvana getdiklərini, yolda onu gördüklərini, avtomobildən düşüb ona polis idarəsinə getməli olduğunu dediklərini, onun ucadan səsküy salmağa başladığını, “heç kim məni arapa bilməz” dediyini, onu sakitləşdirib “gedək görək, bəlkə rəis səndən söz soruşacaq” dediklərini, onu polis idarəsinə gətirdiklərini, polis idarəsinin binasına girən kimi uca səslə nalayiq ifadələr işlədərək “məni kim çağırıb gəlsin bura” dediyini, onu nizam-intizama dəvət etsələr də içkili olduğu üçün onlarınb tələbinə tabe olmadığını, buna görə də onun barəsində protokol tərtib edildiyini bildirmişdir. Həmçinin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 məhkəmədə verdiyi izahatında Şəxs bir neçə gün bundan öncə Tik-tok sosial şəbəkəsində polislərin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən bu faktın araşdırılması məqsədilə onun xx.xx.2025-ci il tarixdə Şərur RPİ-nə dəvət edildiyini, lakin Darvazovun həmin vaxt uca səslə nalayiq ifadələr işlətməklə, polislərin qanuni tələblərinə tabe olmadığı, bundan sonra onun Şərur RPİ-yə gətirildiyini, Darvazovun idarənin inzibati binasında da öz hərəkətlərini davam etdirməsi səbəbindən onun barəsində protokol tərtib etdiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə yanaşı, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin izahatlarını, o cümlədən inzibati xəta haqqında iş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 27 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 25 oktyabr 2025-ci il tarixdə, saat 16:20 radələrində Şəxs Şərur rayonunun Polis İdarəsinin inizibati binasında polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmamışdır. “İnzibati qaydada tutma haqqında” 25 oktyabr 2025-ci il tarixli 210735 nömrəli protokoldan görünür ki, Şəxs 25 oktyabr 2025-ci il tarixdə, saat 17:00-də inzibati qaydada tutulmuş, 27 oktyabr 2025-ci il tarixdə saat 15:00-da azad edilmişdir. “Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında” 25 oktyabr 2025-ci il tarixli 84376 nömrəli protokoldan görünür ki, Şəxs üzərində heç bir şey aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş videogörüntülərdən görünür ki, Şəxs “tik-tok” sosial şəbəkəsində polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. İş materiallarına əlavə edilmiş Şərur Rayon Məhkəməsinin 26 avqust 2025-ci il tarixli 3(110)-229/2025 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Beləliklə də, məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun inzibati xətanı törətməkdə təqsirli olması toplanmış sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də inzibati xəta törətmiş şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə uyğun olaraq Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinin müddəalarına uyğun olaraq Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə inzibati xətanın törədilməsi zamanı Şəxs sərxoş olmasını təsdiq edən hər hansı bir tibbi sənədin iş materiallarında olmaması səbəbindən bu halı onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə almamışdır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən törədilən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmamasını, məsuliyyəti ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs barəsində bu qərarla təyin ediləcək inzibati həbs növündə tənbeh tədbirinin icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5, onun MSY-nə təhvil verilməsi isə Şərur Rayon Polis İdarəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, bu qərarla Şəxs barəsində təyin ediləcək inzibati həbsin əvvəli onun azadlığının faktiki məhdudlaşdırldığı vaxtdan, yəni 25 oktyabr 2025 ci il tarix saat 17:00-dən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.

2. Şəxs inzibati qaydada tutulduğu müddət inzibati həbsin müddətinə daxil edilməklə inzibati həbsin əvvəli 25 oktyabr 2025-ci il tarix, saat 17:00-dan hesablansın.

3. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 həvalə edilsin.

4. Şəxs Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X5 təhvil verilməsi Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis idarəsinə həvalə edilsin.

5. Qərar dərhal icra edilsin.

6. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar