Məhkəmə qərarları › İş №3(110)-3/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-3/2021

09.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-3/2021 09.01.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Şərur Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, xx.xx.2001-ci ildə Şərur rayonu, Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şərur rayonu, Babəki kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2021-ci il tarixdə Şərur rayon Çərçiboğan kəndində Zərərçəkmiş şəxs quşçuluq fermasından 3 ədəd qaz oğurlamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, zərəçəkmiş şəxsin, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xəta əməlini etiraf etmiş, izahatında xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs fermasının yanından keçərkən həyətdə bir sürü qaz gördüyünü, fermaya yaxınlaşaraq həyətdən bir kisə tapdığını, həmin kisəyə 3 ədəd qaz tutub qoyaraq evlərinə apardığını, həmin gün 1 ədədini kəsərək yediyini, sonra gün isə birini günorta, digərini isə axşam kabab edərək evdə yediklərini, xx.xx.2021-ci il tarixdə sahə müvəkilinin gələrək onu sorğu-suala tutduğunu, həmin gün onun ordan keçdiyini bildiyini, buna görə də onun hər şeyi etiraf edərək əməlini etiraf etdiyini, tutduğu əməldən peşman olduğunu bildirərək ona yüngül tənbeh verilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında 2018-ci ildən təsərrüfat yaradaraq qaz saxlamaqla məşğul olduğunu, qazlardan gələn gəlirlə də ailəsinin keçimini təmin etdiyini, xx.xx.2021-ci il tarixdə axşam qaz sürüsünü fermaya qatarkən 3 ədədinin əksik olduğunu görüyünü, qazların naməlum şəxslər tərəfindən oğurladığını başa düşdüyünü, buna görə polisə şikayət etdiyini, sonra qazları oğurlayan şəxsin Şəxs olduğunu polisdən öyrəndiyini, ona dəymiş ziyanın ödənilmədiyini bildirmiş, qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində izahat verən X3 izahatında xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs fermasından 3 ədəd qazının oğurlandığı barədə ərizə ilə ona müraciət etdiyini, aparılan bir sıra araşdırmadan sonra həmin gün fermanın yanından Şəxs keçdiyini öyrəndiyini, ona görə də Vahidin izahatını almaq üçün xx.xx.2021-ci il tarixdə səhər saatlarında onlara getdiyini, bir az sorğu-sualdan sonra Vahidin hər şeyi boynuna alaraq qazları onun oğurladığın etiraf etdiyini, ona görə də Vahidi polis şöbəsinə dəvət edərək protokol tərtib etdiklərini bildirdi. Sənədlər: İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli Şərur Rayon Baytarlıq İdarəsinin arayışından görünür ki, 3 ədəd qazın hazırda orta bazar dəyəri 90 manatdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli tibbi arayışından görünür ki, Şəxs praktiki sağlamdır. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs xx.xx.2021-ci il tarixdə Şərur rayon Çərçiboğan kəndində Zərərçəkmiş şəxs təsərrüfatından 3 ədəd qaz oğurlamışdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və inzibati məsuliyytə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını, barəsində icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Məhkəmə zərərçəmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı qeyd edir ki, Şəxs tərəfindən oğurlanmış 3 ədəd qazın dəyəri 90 manat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsdan alınaraq zərərçəkmiş şəxsə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X2 həvalə olunsun. Şəxs tərəfindən oğurlanmış 3 ədəd qazın dəyəri 90 manat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsdan alınaraq Zərərçəkmiş şəxs oğluna ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar