Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-3/2023 16.01.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, xx.xx.1972-ci ildə Şərur rayon Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaqlı, qəssab işləyən, əvvəllər məhkum olunmayan, Şərur rayon Yengicə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Şərur rayon Yengicə kəndində qumar oynamış, bununla da Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə Yengicə kəndində həmkəndlisi Niyaməddingildə qonaqlıqda olduğunu, oradan çıxan zaman saat təxminən 18:00 radələrində həmkəndliləri Vaqif, Salam və Vüqar ilə birlikdə Salama məxsus Şərur rayon Yengicə kəndində yerləşən taxta tikiliyə getdiklərini, orada Vaqifin “gəlin qumar oynayaq” dediyini, özü və Vüqarın onunla razılaşdığını, qumar oynamağa başladıqlarını, özünün 15 manata yaxın pul uduzduğunu, polis əməkdaşlarının orada onları görüb Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini bildirdi. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X5 izahatında xx.xx.2023-cü il tarixdə Yengicə kəndinin sahə inspektoruna qumar oynanılması ilə bağlı məlumat daxil olduğunu, sahə inspektoru Azər Abbasov və Şərur rayon Polis İdarəsinin əməkdaşı Vəli Şirəliyev ilə birlikdə həmin əraziyə getdiklərini, Yengicə kəndi ərazisində X2 məxsus torpaq sahəsindəki tikiliyə getdiklərini, içəriyə daxil olduqda masanın ətrafında 3 nəfərin qumar oynadıqlarını gördüklərini, sonradan həmin şəxslərin X6, X7 və Şəxs olduqlarının müəyyən olunduğunu, X1 əlində kart olmadığını, onun kart oynamasını görmədiyini, masının üzərində ağ selofanda doğranmış meyvə, bir ədəd spirtli içki, otuz altı ədəd oyun kartı, 1 ədəd yüz manatlıq, 1 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq əskinas olmaqla cəmi 180 manat pulun olduğunu, oyun kartının və pulun qabalaşdırılaraq götürüldüyünü, həmin şəxslərin Şərur rayon Polis İdarəsinə dəvət edilərək izahatları aılnaraq onların barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilərkən X4 da şahid X3 verdiyi izahat ilə eyni məzmunlu izahat vermişdir. Sənədlər: İş materialında olan 03.1.2023-cü il tarixli 010286 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Şərur rayon Yengicə kəndində dostları ilə birlikdə qumar oynamış, nəticədə Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materialında olan şəxsi baxış keçirilməsi haqqında protokoldan görünür ki, çöllük ərazidə X2 məxsus yardımçı taxta tikilidə 36 ədəd oyun kartı və 180 manat - 1 ədəd yüzlük, 1 ədəd əllilik, 1 ədəd iyirmilik və iki ədəd beşlik pul aşkar edilərək götürülərək hal şahidlərinin iştirakı ilə ağ rəngli zərfdə qablaşdırılmışdır. İş materialında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(110)-4/2023 nömrəli qərarından (hakim S.Qarayev) görünür ki, həmin inzibati xətanın bilavasitə obyekti olmuş 36 ədəd oyun kartı və 180 manat - 1 ədəd yüzlük, 1 ədəd əllilik, 1 ədəd iyirmilik və iki ədəd beşlik pul əksinası artıq müsadirə edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə-oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qərar qəbul edərkən inzibati xətalar qanunvericiliyinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şərur rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə inzibati xətanın bilavasitə obyekti olmuş əşyalar artıq müsadirə edildiyindən, məhkəmə müsadirə ilə bağlı məsələyə münasibət bildirmir. Məhkəmə belə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi əmələ görə İnzibati Xətalar Məcəlləsində yalnız üç min manat məbləğində cərimə sanksiyası nəzərdə tutulduğundan şəxs Azərbaycan Respublikası İXM-nın 525-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-3/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-3/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver