Məhkəmə qərarları › İş №3(110)-30/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-30/2020

06.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-30/2020 06.07.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon Polis şöbəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur rayon Polis şöbəsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 12:30 radələrində “Şərur” restoranının önündə polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatinda göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 12:30 radələrində yemək yemək məqsədilə Şərur rayon Yuxarı Daşarx kəndində yerləşən Şərur restoranına getdiyini, orada masalardan birinin arxasında oturduğunu, masaya yemək gəlməmiş evdən zəng gədliyini, telefonda danışarkən həddindən çox əsəbləşərək masadan qalxdığını, hirsli halda ağzından ünvansız nalayiq ifadələr çıxardaraq asfalt yola tərəf getdiyini, sonra həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşlarının onu sakit olması üçün nizam-intizama dəvət etdiklərini, lakin əsəbi olduğundan onların qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyini, buna görə də polis əməkdaşlarının onu polis şöbəsində dəvət etdiklərini və daha sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirərək, tutduğu əməldən peşman olduğunu, məhkəmədən onun barəsində həbslə bağlı olmayan qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 12:30 radələrində post yoldaşı X4 birlikdə xidməti vəzifəsini yerinə yetirən zaman Şərur rayon Yuxarı Daşarx kəndinin Şərur restoranı yerləşən ərazisinin asfalt yol olan hissədində bir nəfərin ucadan ünvansız nalayiq söyüşlər söydüyünü gördüklərini, həmin şəxsə yaxınlaşaraq onu nizamintizama dəvət etdiklərini, lakin həmin şəxsin onların qanuni tələblərinə tabe olmayaraq, öz hərəkətlərini davam etdirdiyini, onu yenı nizam-intizama dəvət etdiklərini, lakin təkrar olaraq onların qanuni tələblərinə tabe olmadığını, daha sonra onu Şərur rayon Polis Şöbəsinə dəvət etdiklərini, polis şöbəsində həmin şəxsin vətəndaş Şəxs olduğu müəyyən edilərək, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə şahid qismində dindirilərkən X4 da, şahid X2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiqlədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahatını, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 12:30 radələrində Şərur rayon Yuxarı Daşarx kəndində Şərur restoranının önündə polisin qanuni tələbinə qəsdən tabe olmayaraq ictimai asayişi pozmuş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materialında olan xx.xx.2020-ci il tarixli 007829 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq ictimai asayişi pozmuş bu na görə də onun barəsində Şərur rayon Polis şöbəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 1320-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nın 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki,Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada cərimə olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar