Məhkəmə qərarları › İş №3(110)-30/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-30/2022

12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-30/2022 12.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, Şərur Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, xx.xx.1981-ci ildə Şərur rayonu St.Daşarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaqlı, fərdi təsərrüfatla məşğul olan, Şərur rayonu St.Daşarx kəndində qeydiyyatda duran və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs və X6 10.04.2022-ci il tarixdə səhər saat 09:00 radələrində Şərur rayon Vərməziyar kənd sakini X1 götürdüyü bələdiyyə torpağında işləyən zaman fiziki güc tətbiq etməklə döymüş, bununla da o Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, zərəçəkmiş şəxsin, şahidin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, təxminən 5 ildir ki St.Daşarx kəndi ərazisində bələdiyyə torpağını əkdiyini, əkdiyi torpağın pulunu ödədiyini, 10.04.2022-ci il tarixdə səhər saat 08:00-09:00 radələrində həmin torpaqda traktor işlədiyini, torpağı əkdirənin İsmayıl olduğunu gördüyünü, nə üçün onun yerini əkdiyini soruşduqda, İsmayılın icra nümayəndəsi Firuz müəllimin ona icazə verdiyini dediyini, Firuz müəllimi dəvət edən zaman onun burada yeri olmasından xəbəri olmadığını bildirdiyini, aralarında mübahisə yarandığını, İsmayılın onu vuracağını bildiridiyini, sonra isə əl atıb boğmağa çalışdığını, Firuz müəllimin onları araladığını, bu zaman qardaşı Raminə zəng edib çağırdığını, Ramin gəldikdən sonra İsmayılın onunla da münahisə edərək onlara qarşı nalayiq ifadələr işlətdiyini, Raminlə əlbəyaxa dava etdiklərini, Firuz müəllim, özü və traktor şofirinin onları aralaşdırdığını, İsmayılın atasının da gələrək onları söydüyünü, anası Elmiraya sillə vurduğunu, sonra atası Siyafər Mustafayevin gələrək onları apardığını bildirdi. Zərərçəkmiş şəxsin izahatı: Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, 10.04.2022-ci il tarixdə səhər saat 08:30 radələrində işləmək üçün St.Daşarx kəndi qəbristanlığının aşağısında bələdiyyədən icarəyə götürdüyü 3 put yarım olan torpaq sahəsinə işləmək məqsədilə getdiyini, traktor yer əkən zaman Daşqının oraya gəldiyini və torpağın onun olduğunu, bu torpağı nədən əkdiyini ona dediyini, onun da bu torpağı ona kənd icra nümayəndəsi ilə bələdiyyənin verdiyini, icra nümayəndəsini çağırdıqlarını, icra nümayəndəsini Firuzun bu torpağı şəhid ailəsi kimi onun atası Bahaddin müəllimə verdiyini bildirdiyini, aralarında bu səbəbdən mübahisə yarandığını, Daşqının evə getdiyini, icra nümayəndəsi onu aparıb evə yola saldıqdan sonra onun yanına gəldiyini, 5 dəqiqə sonra Daşqın qardaşı Ramin və tanımadığı 6-7 arvadla gəldiyini, biraz keçdikdən sonra Siyafərin gəldiyini, Raminin onun boyun nahiyəsindən tutaraq aşağı sıxıb yerə yıxdığını, sonra onu təpiklə vurduqlarını, bu vaxt yoldan hazırlığa gedən qızının görüb ora qaça-qaça gəldiyini, Daşqına və Raminə qarşı hər hansı zor tətbiq etmədiyini, nalayiq ifadə işlətmədiyini, onun ifadəsində göstərdiklərinin özünümüdafiə məqsədi daşıdığını bildirdi və həmin şəxsin barəsində qanuna uyğun olaraq sərt intizam tənbehinin verilməsini xahiş etdi. Şahidin izahatı: Məhkəmədə şahid qismində dindirilən X10 izahatında, 10.04.2022-ci il tarixdə səhər saat 09:30 radələrində Vərməziyar kənd sakini X4 məxsus torpaq sahəsinə qarğıdalı əkdiyini, bu zaman St.Daşarx kənd sakini Daşqının oraya gəldiyini, Daşqının İsmayılla mübahisə etməyə başladığını, həmin vaxt Vərməziyar kənd icra nümayəndəsi Firuz müəllimin də onların yanında olduğunu, Daşqının dava etdiyini görərək onları ayırmaq üçün yanlarına getdiyini, Daşqının çıxıb getdiyini, ondan təxminən 15 dəqiqə sonra isə qardaşı Ramini götürüb oraya gəldiyini, mübahisənin yenidən başladığını, Ramin və Daşqının İsmayılın üzərinə hücum etdiklərini, sonra Ramin və Daşqının yoldaşları və atasının oraya gəlib İsmayılı yerə yıxdıqlarını, adam çox olduğundan İsmayılı kimin vurduğunu görmədiyini, həmin hadisədə İsmayılın tək olduğunu bildirdi. Sənədlər: İş materiallarında olan 11.04.2022-ci il tarixli 51 saylı ekspert rəyindən görünür ki, X2 bədən səthi üzərində aşkar edilmiş döş qəfəsində qançır bərk küt əşyanın təsirindən törənmişdir və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan 10.04.2022-ci il tarixli 0090 nömrəli tutma protokolundan görünür ki, Şəxs 10.04.2022-ci il tarixdə saat 19:00-da tutulmuşdur. İş materiallarında olan 12.04.2022-ci il tarixli 325 nömrəli tibbi arayışdan görünür ki, Şəxs praktikki sağlamdır. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi Məhkəmə inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş üzrə inzibati həbsin əvvəli və inzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli şəxsin tutulduğu 10 aprel 2022-ci il saat 19:00-dan hesablansın. Qərar dərhal icra edilsin, qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X9 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar