Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-301/2025 28.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: oğlunun sədrliyi, Məhkəmə iclas katibi: qızının katibliyi, Protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi orqanın səlahiyyətli X4, nümayəndəsi: Barəsində inzibati xəta Şəxs iştirakları ilə haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1992-ci ildə Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli (2 uşaq atası), orta təhsilli, yaşayış yeri üzrə ünvan 1 ünvanda yaşayan, xırda ticarətlə məğul olan, Sədərək Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli qərarı ilə həmin tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə təqsirli bilinib barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə NE T D İ : Şərur Rayon Polis İdarəsinin 27 oktyabr 2025-ci il tarixli, 3-13-43-12/2-14252/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 27 oktyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 27 oktyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 25 oktyabr 2025-ci il tarixdə Şəxs Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunmuş, nəticədə MET (metamfetamin) və AMP (amfetamin) müsbət aşkar edilmişdir. Faktla bağlı Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan 27 oktyabr 2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə müvəkkili X7 tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında təxminən oktyabr ayının 7-də Türkiyə Respublikasına getdiyini, Türkiyə Respublikasında olarkən metamfetamin adlı narkotik tərkibli vasitəni istifadə etdiyini, onun şüşə qırıqlarına bənzədiyini, lambuşqaya bənzər vasitədən istifadə edərək onun tüstüsünü çəkdiyini, ayın 9-da həmin narkotik tərkibli maddəni qəbul edib Türkiyə Respublikasından qayıdarkən gömrükdə Sədərək polisi tərəfindən saxlanıldığını, ondan əvvəl narkotik tərkibli vasitədən istifadə etmədiyini, Sədərək RPİ-nin əməkdaşları tərəfindən Naxçıvan şəhərində Y.Budaqov adına Dispanserə aparıldığını, orada sidiyindən götürülmüş testin nəticəsinin müsbət çıxdığını, onun narkotik vasitə istifadə etməsinin aşkar edildiyini, oktyabrın 10-da Sədərək Rayon Məhkəməsinin qərarı ilə barəsində 300 manat inzibati cərimə tətbiq olunduğunu, ondan sonrakı müddətdə hər hansı narkotik tərkibli vasitədən istifadə etmədiyini, oktyabrın 25-də evdə yatdığı zaman Şərur RPİ-nin əməkdaşlarının gəlib onu evdən apardığını, polis əməkdaşlarına bu əməlinə görə cərimə olunduğunu bildirdiyini, onların cavabında “gedək, məhkəmədə bunu deyərsiz” sözlərini dediyini, özü ilə bərabər 6 nəfərlə birlikdə yenidən Dispanserə aparıldığını, yenidən müayinədən keçirildiyini və testin nəticəsinin müsbət çıxdığını, bundan sonra barəsində protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur Rayon Polis İdarəsinin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru X6 verdiyi izahatında 24 oktyabr 2025-ci il tarixdə Şərur şəhər sakini Şəxs ilə Şərur rayon Düdəngə kənd sakini X5 narkotik tərkibli vasitələrdən istifadə etməsi barədə əməliyyat xarakterli məlumat daxil olduğunu, bu barədə rəisə məruzə etdiyini, həmin şəxslərin onun tərəfindən saxlanıldığını, Şəxs bunu etiraf etdiyini, yenə də dəqiqləşdirmək üçün Naxçıvan şəhərində Y.Budaqov adına Dispanserə aparıldığını, onlardan ikisinin testinin nəticəsinin müsbət çıxdığını, Şəxs da narkotik vasitə istifadə etməsinin aşkar edildiyini, buna görə də barələrində protokol tərtib edildiyini, Şəxs izahatı şəxsən özünün aldığını, izahatında bilmədən çəkdiyini dediyini bildirmişdir. Məhkəmə iclasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin sahə müvəkkili X7 verdiyi izahatında şəxsin narkotik tərkibli vasitə istifadə etməsi barədə məlumat daxil olduğunu, Naxçıvan şəhərində Y.Budaqov adına Dispanserə aparıldığını, orada sidiyindən götürülmüş testin nəticəsinin müsbət çıxdığını, onun barəsində məhkəmə qərarının olmasından məlumatının olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və məhkəmə iclasında dindirilmiş şəxslərin izahatları ilə yanaşı, iş üzrə ibtidai araşdırma dövründə dindirilmiş şahidin izahatını, o cümlədən inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 27 oktyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 25 oktyabr 2025-ci il tarixdə Şəxs Y.Budaqov adına Naxçıvan MR X2 sidik narko-test vasitəsilə müayinə olunmuş, nəticədə MET (metamfetamin) və AMP (amfetamin) müsbət aşkar edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X1 təqdim edilmiş 27 oktyabr 2025-ci il tarixli, 502 nömrəli narkoloji tibbi yoxlamaya dair rəydə Şəxs kannobionid narkomaniyası müşahidə edildiyi, onun məcburi müalicəyə ehtiyacının olmadığı, Şəxs xx.xx.2025-ci il tarixdə Dispanserdə sidik narko-testi vasitəsilə müayinə edildiyini və nəticənin MET (metamfetamin) və AMP (amfetamin) müsbət çıxdığı göstərilmişdir. “İnzibati qaydada tutma haqqında” 25 oktyabr 2025-ci il tarixli 1740 nömrəli protokoldan görünür ki, Şəxs 25 oktyabr 2025-ci il tarixdə, saat 12:00-də inzibati qaydada tutulmuşdur. “Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında” 25 oktyabr 2025-ci il tarixli 1810 nömrəli protokoldan görünür ki, Şəxs üzərində heç bir şey aşkar edilməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış qərara əsasən Sədərək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(088)-49/2025 nömrəli qərarına əsasən Quliyev X3 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, iş materiallarında olan Sədərək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(088)-49/2025 nömrəli qərarından görünür ki, Şəxs 2025-ci ilin 07-09 oktyabr tarixlərində Türkiyə Respublikasında olarkən törətdiyi əməl — yəni metamfetamin adlı narkotik vasitəni istifadə etməsi — eyni fakt üzrə artıq Sədərək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(088)-49/2025 nömrəli qərarı ilə araşdırılmış, həmin qərarla o, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinmiş və 300 (üç yüz) manat məbləğində inzibati cərimə şəklində tənbeh edilmişdir. Məhkəmə hesab edir ki, Şərur Rayon Polis İdarəsi tərəfindən 25 oktyabr 2025-ci il tarixində tərtib edilmiş inzibati xəta haqqında protokol da eyni hüquq pozuntusuna, yəni həmin şəxsin metamfetamin tərkibli vasitədən istifadə etməsi faktına əsaslanır. Hər iki halda inzibati məsuliyyətin predmeti eynidir: şəxsin eyni tarixdə narkotik maddəni qəbul etməsi. Beləliklə, məhkəmə belə hesab edir ki, burada iki müxtəlif inzibati orqan tərəfindən eyni əmələ görə təkrar məsuliyyətə cəlbetmə cəhdi mövcuddur. Bu isə həm milli qanunvericiliyin, həm də beynəlxalq hüququn açıq şəkildə qadağan etdiyi haldır. Qeyd etmək zəruridir ki, bu qərara gələrkən Şəxs Sədərək Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb edilməsindən sonra hər hansı bir narkotik vasitədən istifadə edib-etməməsi ilə bağlı iş materiallarında hər hansı bir sübutun olmamasını, məhkəmə iclasında izahat vermiş polis əməkdaşlarının bu barədə hər hansı bir yeni məlumata malik olmamalarını və müvafiq narkoloji tibbi yoxlamaya dair rəydə narkotik vasitənin istehlak edilmə vaxtının müəyyən edilməməsini də nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinin tələblərinə əsasən, isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Avropa İnsan Hüquqları Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsinə əsasən heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət prosessual normalarına müvafiq olaraq artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. “Non bis in idem- “Heç kəs eyni bir əmələ görə ikinci dəfə məsuliyyətə cəlb edilə bilməz” prinsipi Azərbaycan Respublikası konstitusiyasının 64-cü maddəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.2-ci maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 34-cü maddəsində, o cümlədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsində qeyd olunmuşdur ki, “bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz”. Hüququn hamılıqla qəbul edilmiş “non bis in idem” (təkrar cəzalandırılmamaq) prinsipini ifadə edən konstitusiya normasının mənasına görə bir şəxs eyni əmələ görə təkrar olaraq məsuliyyətə cəlb edilə və cəzalandırıla bilməz. Bu prinsip şəxsin eyni bir əməlinə görə təkrar cəzalandırılmasının qarşısını alan qayda kimi dar mənada təfsir olunmur, həm də eyni bir halın iki dəfə, həm əməlin tövsifi zamanı, həm də cəza (tənbeh) təyin edilməsi zamanı nəzərə alınmasını istisna edir və hər hansı bir hüquq xarakterli tədbirin əmələ hüquqi qiymət verilərkən təkrarən tətbiq olunmasına qadağa qoyur. Həmçinin qeyd etmək lazımdır ki, Avropa Məhkəməsinin “X9 Federasiyasına qarşı iş” üzrə 07 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində istifadə edilən “məhkum etmə” və “cəzalandırma” ifadələri şəxsin təkrar məhkum edilməsi ilə yanaşı, ikiqat cəzalandırılmasının da qadağan edildiyini göstərir. Əks təqdirdə “cəzalandırıla” sözünün “məhkum edilə” ifadəsinə əlavə olunmasına zərurət olmazdı, çünki bu adi təkrarçılıq kimi görünərdi. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi hətta şəxs cinayət məsuliyyətinə cəlb olunduğu, lakin iş üzrə ittiham hökmü çıxarılmadığı hallarda da tətbiq olunur. Avropa Məhkəməsinin mövqeyi belə olmuşdur ki, 7-ci protokolun 4-cü maddəsi eyni və ya əsasən eyni faktlardan doğan ikinci “pozuntu” üzrə istintaq aparmaq və ya məhkəmə keçirmək qadağandır (§§ 78-82). Avropa Məhkəməsi həmin qərarında qeyd edir ki, Avropa İnsan Hüquqları üzrə Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsinin müddəaları yalnız iki dəfə cəzalandırmanı qadağan etmir, onlar həm də iki dəfə məhkəmə məsuliyyətinə cəlb olunmanın, təkrar mühakimənin yolverilməzliyini nəzərdə tutur (“X8rşı” iş üzrə Avropa Məhkəməsinin 29 may 2001-ci il tarixli qərarı, paraqraf 29; “Ziqarella İtaliyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 3 dekabr 2002-ci il tarixli qərarı). Avropa Məhkəməsi vurğulayır ki, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi biri digərindən fərqlənən üç təminatı nəzərdə tutub ki, onlardan birinə əsasən - heç kəs eyni bir cinayətə görə təkrarən mühakiməyə cəlb edilə bilməz, ikincisinə görə təkrarən məhkum edilə bilməz və nəhayət üçüncüsünə görə - təkrərən cəzalandırıla bilməz (“Nikitin Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarı, 50178/99 nömrəli ərizə, paraqraf 36). Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs eyni bir hüquq pozuntusuna görə cəzalandırıldığını bilə-bilə, onu yenidən cəzalandırmaq olmaz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında səlahiyyətli orqanın qərarının olması inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan biridir. Göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs eyni fakt üzrə Sədərək Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli qərarı ilə cərimə inzibati tənbeh tədbirinə məhkum edildiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən onun barəsində olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. İş üzrə icraatın dayandırılması üçün əsaslar yoxdur. İş üzrə maddi sübut yoxdur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.7-ci maddəsində nəzərdə tutulmuş hal ilə bağlı xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(110)-301/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-301/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver