Məhkəmə qərarları › İş №3(110)-303/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-303/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-303/2024 22.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.1992-ci ildə Şərur rayon Kərimbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaqlı, orta təhsilli, fəhlə, məhkumluğu olan, Şərur rayon Kərimbəyli kəndində qeydiyyatda duran və yaşayan Şəxs (fin: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, müayinə edilməsi üçün Naxçıvan Muxtar Respublikası X1 göndərilmiş, bu zaman onun qanunsuz olaraq psixatrop maddə istifadə etməsi müəyyən olunmuş, bununla da o Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər və şahidin izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü təqsirli bilməyərək izahatında xx.xx.2024-cü il tarixdə evə olan zaman polis əməkdaşının ona zəng vuraraq onu Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini, Naxçıvan Muxtar Respublikası X1 göndərildiyini, narko-tetsdən keçirdiklərini, ona narkotik vasitədən istifadə etdiyini söylədiklərini, özünün psixatrop maddə qəbul etmədiyini, testdən necə çıxdığının ona məlum olmadığını, törətdiyi oğurluq əməlinə görə ona azadlığın məhdudlaşdırlması cəzasının təyin edildiyini, cəzasının hələ bitmədiyini, bir azyaşlı uşağının olduğunu, onun barəsində yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə Şərur şəhər sakini X2, Şərur rayon Oğlanqala kənd sakini X3, Şərur rayon Kərimbəyli kənd sakini Şəxs, Şərur rayon Kürkənd sakini X5 narkotik vasitədən istifadə etmələri barədə əməliyyat məlumatı daxil olduğunu, onları Şərur rayon Polis İdarəsinə dəvət etdiklərini, onları Naxçıvan şəhərində yerləşən Y.Budaqov adına X1 apardıqlarını, məxfi əməkdaşdan onların narkotok vasitədən istifadə etməsi barədə məlumatın daxil olduğunu, kimdən alması barədə məlumatlarının olmadığını, bununla bağlı əməliyyat tədbirlərinin davam etdiyini bildirdi. Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs şahid ifadəsini təsdiq etmişdir. Sənədlər: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 424 nömrəli narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Şəxs sidik narkot-test vasitəsilə müayinəsi zamanı TCA (trisiklik-antidepresant) istifadə etməsi aşkar olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə rəsmi iş yerinin olmamasını, əmlak vəziyyətini və həmçinin işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nın 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar