Məhkəmə qərarları › İş №3(110)-306/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-306/2025

01.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-306/2025 01.11.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X7 Zeynalovun sədrliyi, X10 oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X3 iştirakı ilə, xx.xx.1992-ci ildə Şərur rayon Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Düdəngə kəndində qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh edilməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şərur rayon Polis İdarəsinin polis sahə rəisi X4 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs qismində izahat verən Şərur RPİ-nin əməkdaşı, polis kiçik leytenantı X4 verdiyi izahatında şəxsin qanunsuz narkotik maddə istifadə etməsinə dair alınmış əməliyyat məlumatı əsasında Şəxs Polis idarəsinə dəvət olunduğunu, onun barəsində ekspertizanın təyin olunması haqqında qərara əsasən Naxçıvan Muxtar Respublikası Y.Budaqov adına X2 xx.xx.2025-ci il tarixli, 511 saylı rəyinə əsasən keçirilmiş sidik narkotest nəticəsində Şəxs THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. Onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahatında barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü təqsirli bilərək, 24 oktyabr tarixində Türkiyə Respublikasının İğdır şəhərinə alış-veriş etmək üçün getdiyini, orda alış-veriş etdiyi mağazadan marixuana iyi hiss etdiyini, mağaza sahibinə ona da verməsini istədiyini, mağaza sahibinin ona narkotik vasitə olan marixuana verdiyini və istifadə etdiyini, 30 oktyabr tarixində Şərur rayonuna gəldiyini və Şərur RPİ-ə dəvət edildiyini, əməlini etiraf etdiyini və testə aparıldığını, nəticənin müsbət olduğunu, əvvəllər də istifadə etdiyini qeyd edərək əməlindən peşman olduğunu, bir daha bu əmələ yol verməyəcəyini, İİİ qrup əlil olduğunu, bədəninin sol nahiyyəsinin iflic olduğunu, anasının yataq xəstəsi olduğunu, anasına ondan başqa qulluq edən olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Şərur RPİ-nin əməkdaşı X5 məhkəməyə verdiyi izahatında daxil olmuş əməliyyat məlumatı daxil olduğunu, idarə rəhbərliyinə məruzə edtiklərini, sonra Şəxs polis idarəsinə dəvət edərək Naxçıvan MR X1 narko-test keçirildiyini və nəticənin müsbət olduğunu və Şəxs özünün də əməlini könüllü etiraf etdiyini bildirdi. İş materiallarında olan : - Y.Budaqov adına Naxçıvan MR X2 511 saylı, xx.xx.2025-ci il tarixli narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs narkomaniyaya xas əlamətlər müşahidə edilmir. Lakin fiziki və psixi asılılıq əlamətləri olmadan narkotik və psixotrop maddə istifadəsi inkar edilmir. Hal-hazırda narkomaniyaya bağlı abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. Şəxs xx.xx.2025-ci il tarixdə Y.Budaqov adına Naxçıvan MR X1 sidik narko-test vasitəsilə müayinə olunub, nəticə THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur; - xx.xx.2025-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində Şərur rayon Düdəngə kənd sakini Şəxs Y.Budaqov adına Naxçıvan MR X1 sidik narko-testinin nəticəsinə əsasən THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur; - xx.xx.2025-ci il tarixli 1709 nömrəli inzibati qaydada tutma haqqında protokoldan məlum olur ki, Şəxs xx.xx.2025-ci il tarxdə saat 15:00-da inzibati qaydada tutulmuşdur. - xx.xx.2025-ci il tarixli 1682 nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan şeylərin yoxlama haqqında protokola əsasən Şəxs üzərində heç bir şey aşkar edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatını və iş materiallarındakı digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, baxılan inzibati xəta haqqında iş üzrə material üzrə Azərbaycan Respublikası İXMnın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmir. Həmin məcəllənin 31.4-1-ci madddəsinə əsasən isə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halların olmasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sərdlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar