Məhkəmə qərarları › İş №3(110)-307/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-307/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-307/2024 24.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Şərur şəhər 2 nömrəli tam orta məktəbdə müəllim işləyir, subay, 1 uşaq anası, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2024-cü il tarixdə Şərur şəhərində Zərərçəkmiş şəxs qarşı güc tətbiq edərək döymüşdür, bununla da, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Şəxs izahatında xx.xx.2024-cü il tarixdə oğlum Davud Niftəliyevin evə gələrək məhlədə dostu Hüseynlə mübahisə etdiyini ona bildirdiyini, onu tənbeh edərək belə bir iş tutmamağını bildirdiyini, bundan sonra Hüseynlə onun bacısı onların evinə gələrək nə üçün münaqişə olduğunu bildirdiklərini və onların danışıb evlərinə getdiklərini, üzərindən bir müddət keçdikdən sonra mağazaya getdiyini və təxminən 15 dəqiqə sonra evə qayıdan zaman qonşusunun ona zəng edərək səs-küy olduğunu və Hüseynin atasının oğlunu hədələdiyini bildirdiyini, bundan sonra tez evə getdiyini və bu zaman oğlunun özündən getdiyini gördüyünü, sonra uşağımı o halda gördükdən sonra onu sakitləşdirib yatızdırdığını, xx.xx.2024-cü il tarixdə azyaşlı Hüseynin yaşadığı mənzilə getdiyini və anasının qapıya çıxdığını, orada mübahisə etdiklərini və ona nə üçün həyat yoldaşının onun qapıma gəldiyini bildirdiyini, bu zaman həmin qadının onu təhqir etdiyini və onun bu sözlərinə eynən cavab verdiyini, bu zaman bir-birlərini itələdiklərini və bundan sonra mübahisənin bitdiyini, Əsməri döymədiyini, bütün bunlara baxmayaraq etdiyi hərəkətlərin düzgün olmadığını, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs izahatında xx.xx.2024cü il tarixdə 2 nömrəli məktəbin bədən tərbiyə müəllimi Şəxs oğlu Hüseynlə bağlı onların yaşadığı mənzilə gələrək qapının önündə onu təhqir etdiyini, saçını yolduğunu, dırnağı ilə boğazını cırdığını, onu bağışlamadığını bildirərək, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 izahatında xx.xx.2024-cü il tarixdə oğlu Hüseynin ona çöldə Şəlalə müəllimin oğlu ilə mübahisə etdiyini bildirdiyini, bu zaman əsəbləşərək Şəlalə müəllimin yaşadığı mənzilə getdiyini və qapını döydüyünü, bu zaman qapını onun oğlunun açdığını və onun oğlu anasının evdə olmadığını bildirdiyini, xx.xx.2024-cü il tarixdə işə gedərkən həyat yoldaşı Əsmərin ona zəng edərək Şəlalə müəllimin onu döydüyünü bildirdiyini və bu barədə 102 xidmətinə zəng edərək məlumat verdiyini bildirmişdir. İş materialında olan: - xx.xx.2024-cü il tarixli, 151 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər alın nahiyyəsində tüklərin yolunması, sağ bazuda, boynunda olan sıyrıqlar küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur şəhərində Zərərçəkmiş şəxs qarşı güc tətbiq edərək döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, X1 əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur şəhərində Zərərçəkmiş şəxs qarşı fiziki güc tətbiq etmişdir, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də X2 həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, törədilmiş xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs inzibati qaydada həbs olunmadan da islah olunması mümkündür. Ona görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar