Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-31/2020 08.07.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə aparılmış inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Şəxs barəsində Naxçıvan Muxtar Respublikası DİN Naxçıvan şəhər Pİ DYPB-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 29.06.2020ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və işin digər materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında materiallarda Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinin tələblərinə uyğun olaraq Şəxs qərarın təqdim edilməsinə və ya onun elektron qərar barədə məlumatlandırılmasına dair sübutlar əlavə edilməmişdir. Buna görə də həmin qərarın icraat aparılan şəxsə münasibətdə qüvvəyə minib-minməməsi və ya nə vaxtdan qüvvəyə minməsi, qərarın hansı tarixədək icra olunmalı olduğu müəyyən edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Məhkəmə eyni zamanda izah edir ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəmə müraciət edilməsi mümkündür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə adından, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə aparılmış inzibati xəta haqqında protokol və ona əlavə sənədlər onu tərtib etmiş orqana qaytarılsın. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-31/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-31/2020
08.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver