Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-31/2022 12.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X11 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, zərərçəkmiş X1 iştirakları ilə, xx.xx.1985-ci ildə Şərur rayonu, ST.Daşarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşaq atası, müvəqqəti işsiz, Şərur rayonu, ST.Daşarx kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsi tərəfindən inzibati protokol tərtib edilmişdir ona görə ki, o, 10.04.2022-ci il tarixdə saat 0900 radələrində Vərməziyar kənd sakini X4 qarşı fiziki güc tətbiq edərək onu döymüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında, 10.04.2022-ci il tarixində 08:30 radələrində evdə olarkən qardaşı Daşqının ona zəng vurduğunu, St.Daşarx Kəndindəki qəbristanlığın yanına gəlməsini dediyini, o da həyat yoldaşı X7 ilə oraya getdiyini, qardaşı X2 döyüldüyünü və icra nümayəndəsi X6 qardaşını onlara tərəf gətirdiyini gördüyünü, onlara yaxınlaşıb nə olduğunu soruşduğunu, qardaşı Daşqının onu İsmayıl Meydanovun döydüyünü və təhqir etdiyini bildirdiyini, bunu görüb əsəbləşdiyini, niyə dalaşdıqlarını soruşmaq üçün İsmayıla tərəf getdiyini, bu zaman İsmayıl Meydanovun yerdən daş götürüb onun üzərinə gəldiyini, bu zaman çəkişərək yerə yıxıldıqlarını, onların aralandıqlarını, özünün evə getdiyini, qeyd edərək, məhkəmədən onun barəsində yüngül cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iştirak edən zərər çəkmiş şəxs X8 izahatında göstərmişdir ki, 10.04.2022-ci il tarixində 08:30 radələrində işləmək üçün Stans Daşarx kəndinin qəbristanlığının aşağısında yerləşən bələdiyyədən icarə götürdüyü 3 put yarım olan torpaq sahəsinə işləmək məqsədi ilə getdiyini, traktor yeri əkən zaman Daşqının gəlib ona bur torpaq mənimdi, sən niyə əkirsən dediyini, cavabında həmin torpağın ona kəndin icra nümayəndəliyi tərəfindən verildiyini bildirdiyini, icra nümayəndəsi Firuzun müəllimin gəlib bu torpağı atam Bahaddin müəllimə verdiyini dediyini, ona bu il əkibsiz, elə etməyin ki sizi rədd edim dediyini, aralarında çəkişəm olduğunu, Daşqıın evlərinə getdiyini, icra nümayəndəsinin oinun evinə yola salıb yanına qayıtdığını,5 dəqiqə keçdikdən sonra Daşqının qardaşı Raminin 6-7 arvadla oraya gəldiyini, bir az keçdikdən sonra atası Siyafərin gəldiyini, Raminin onun boynundan tutaraq aşağı sıxdığını və yerə yıxıldığını, onu təpiklə vurduqlarını, bu zaman qızının oradan keçdiyini, onun yanına gəldiyini, oradakı arvadların qızını vurdğunu, qızının sifətinin göyərdiyini, onları Firuz və traktor sörən Rəşadın araladığını və polis əməkdaşlarının gələrək onları Şərur Rayon Polis idarəsinə dəvət etdiklərini, Ramini bağışlamadığını, buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilən X9 izahatında təxminən 5 ildir ki St.Daşarx kəndi ərazisində bələdiyyə torpağını əkdiyini, əkdiyi torpağın pulunu ödədiyini, 10.04.2022-ci il tarixdə səhər saat 08:00-09:00 radələrində həmin torpaqda traktor işlədiyini, torpağı əkdirənin İsmayıl olduğunu gördüyünü, nə üçün onun yerini əkdiyini soruşduqda, İsmayılın icra nümayəndəsi Firuz müəllimin ona icazə verdiyini dediyini, Firuz müəllimi dəvət edən zaman onun burada yeri olmasından xəbəri olmadığını bildirdiyini, aralarında mübahisə yarandığını, İsmayılın onu vuracağını bildiridiyini, sonra isə əl atıb boğmağa çalışdığını, Firuz müəllimin onları araladığını, bu zaman qardaşı Raminə zəng edib çağırdığını, Ramin gəldikdən sonra İsmayılın onunla da münahisə edərək onlara qarşı nalayiq ifadələr işlətdiyini, Raminlə əlbəyaxa dava etdiklərini, Firuz müəllim, özü və traktor şofirinin onları aralaşdırdığını, İsmayılın atasının da gələrək onları söydüyünü, anası Elmiraya sillə vurduğunu, sonra atası Siyafər Mustafayevin gələrək onları apardığını bildirdi. Məhkəmə iclasına şahid qismində dindirilən X17 izahatında 10.04.2022-ci il tarixdə səhər saat 09:30 radələrində Vərməziyar kənd sakini X4 məxsus torpaq sahəsinə qarğıdalı əkdiyini, bu zaman St.Daşarx kənd sakini Daşqının oraya gəldiyini, Daşqının İsmayılla mübahisə etməyə başladığını, həmin vaxt Vərməziyar kənd icra nümayəndəsi Firuz müəllimin də onların yanında olduğunu, Daşqının dava etdiyini görərək onları ayırmaq üçün yanlarına getdiyini, Daşqının çıxıb getdiyini, ondan təxminən 15 dəqiqə sonra isə qardaşı Ramini götürüb oraya gəldiyini, mübahisənin yenidən başladığını, Ramin və Daşqının İsmayılın üzərinə hücum etdiklərini, sonra Ramin və Daşqının yoldaşları və atasının oraya gəlib İsmayılı yerə yıxdıqlarını, adam çox olduğundan İsmayılı kimin vurduğunu görmədiyini, həmin hadisədə İsmayılın tək olduğunu bildirdi. İş materiallarına əlavə olunmuş məhkəmə-tibb ekspertizasının təyin etmək haqqında qərardan görünür ki, Şərur Rayon Polis İdarəsinin İbadulla Polis X3 tərəfindən 11 aprel 2022-ci il tarixdə Şərur rayon Vərməziyar kənd sakini X1 bədənində olan xəsarətlərin xarakterini və dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 11 aprel 2022-ci il tarixli, 51 nömrəli ekspert rəyindən görünür ki, X1 bədən səthi üzərində aşkar edilmiş xəsarət döş qəfəsində aşkar edilmiş sol qaşında yara, sol gözün alt və üst nahiyyələrində qançır küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğundan, dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 0091 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X19 10 mart 2022-ci il tarixdə saat 1920-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş 10 aprel 2022-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində üzərindən hər hansı bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsinin sahə inspektoru X20 tərəfindən tərtib edilmiş 12.04.2022-ci il tarixli, 007985 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X5 döyməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirafedici izahatını, zərərçəkmişin və şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs 10 aprel 2022-ci il tarixdə saat 0900 radələrində Şərur rayon Vərməziyar kəndi ərazisində həmin kənd sakini X5 döymüşdür, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, baxılan inzabati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edimədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada həbs olunmalı, inzibati həbsin əvvəli 10 aprel 2022-ci il tarixdən saat 1920-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 10 aprel 2022-ci il tarixdən saat 1920-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X16 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-31/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-31/2022
12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver