Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-31/2023 07.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsi tərəfindən daxil olmuş, xx.xx.1955-ci il tarixdə Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 3 uşaqlı, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh edilmələrinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:55 radələrində Şərur Rayon İcra Hakimiyyətinin inzibati binasında sərxoş vəziyyətdə uca səslərlə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Bununla da Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2023-cü il tarixdə 10:55 radələrində Şərur Rayon İcra Hakimiyyətinə getdiyini, icra başçısının müavini İmran müəllimin qəbuluna getmək istədiyini, lakin onu qəbul etmədiklərini, onlara saxtakarları tapdığını dediyini, onlar isə “get sonra gələrsən” dediklərini, onlara “saxtakarlıq etməyin” dediyini, bütün sənədlərinin əlində olduğunu, onların isə ona “içkilisən, get sonra ayıq başla gələrsən” dediklərini, sonra polis əməkdaşlarının onu polis bölməsinə dəvət etdiklərini, tutduğu əməldən peşman olduğunu bildirərək, məhkəmədən onun barəsində yüngül tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmədə şahid qismində dindirilən X5 izahatında və verilən suallara cavabında Şərur Rayon İcra Hakimiyyətində işlədiyini, xx.xx.2023-cü il tarixdə Şərur Rayon İcra Hakimiyyətinin qəbul şöbəsinə Şəxs içkili vəziyyətdə gəldiyini, vətəndaşa onun qeydiyyata düşməsinin izah olunduğunu, lakin şəxsin buna məhəl qoymayaraq başçının otağına yaxınlaşaraq ucla səslə “ə Kamal, çıx çölə” dediyini, nalayiq ifadələr işlətdiyini, həmin vaxtı qəbulda başqa vətəndaşların da olduğunu, bu zaman onu çölə çıxardıqlarını və polis çağırdıqlarını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X1 Mais Nəriman oğlu ilə eyni məzmunlu izahat vermişdir. Sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli tibbi arayışdan görünür ki, Şəxs praktiki sağlamdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 25 nömrəli sərxoşluq halının təyin edən tibbi müayinə protokolundan görünür ki, Şəxs qanında alkoqolun konsentrasiyası 1,27 promil olmaqla sərxoşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın sərxoş halda törədilməsini məsuliyyəti ağırlaşdıran, şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xəta törədən şəxsin yaşını, həmçinin onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №3(110)-31/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-31/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver