Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-31/2025 13.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 iştirakı ilə, xx.xx.1989-cu ildə Şərur rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 3 uşaq anası, orta təhsilli, işsiz, Şərur rayonu, Danyeri kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X15 tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməkdən yayınmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X15 izahatında Şərur Rayon Məhkəməsinin 2(110)- 729/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs birgə nikahlarından xx.xx.2010-cu il tarixdə doğulmuş X16, xx.xx.2013-cü il tarixdə doğulmuş X12 və xx.xx.2017-ci il tarixdə doğulmuş X13 ilə hər həftənin şənbə günləri saat 10:00-dan bazar günü saat 12:00-a dək və hər il iyul ayının 1-dən 30-dək görüşüb ünsiyyətdə olmasına dair cavabdeh Şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi qət edildiyini, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildirişin göndərildiyini, icra sənədinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin borcluya izah olunduğunu, lakin borclunun icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirdiyini, uşaqlarının atasının yaşadığı evə getməkdən imtina etdiklərini, bunu dəfələrlə müşahidə etdiklərini, lakin uşaqların təhsil aldıqları müəssisələrdə ataları ilə görüşdüklərini, tələbkarın isə bununla razılaşmadığını, dəfələrlə müraciət edərək borclu barəsində protokol tərtib edilməsini tələb etdiyini, ona görədə məcbur qalıb borclu barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Şərur Rayon Məhkəməsinin 2(110)-729/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs ilə birgə nikahlarından xx.xx.2010-cu il tarixdə doğulmuş X16, xx.xx.2013-cü il tarixdə doğulmuş X12 və xx.xx.2017-ci il tarixdə doğulmuş X13 ilə hər həftənin şənbə günləri saat 10:00-dan bazar günü saat 12:00-a dək və hər il iyul ayının 1-dən 30-dək görüşüb ünsiyyətdə olmasına dair qətnamə qət edildiyini, böyük oğlu Onur atasıgilə getməkdən imtina etdiyini, buna baxmayaraq oxuduğu təhsil müəssəsində atası ilə həftədə 2-3 dəfə görüşdüyünü, digər övladları Mədət və Sabir hər həftə verilən qərar üzrə şənbə günü saat 10:00-da gedib bazar günü 12:00 və ya iki saatda gec geldiklərini, sonradan Mədəti məktəbdən yəni ikinci saatdan aparmış və qaytarmamış, uşağa onunla qalmaması üçün təsir göstərmiş, həmin gündən Mədəti 5-6 dəfə məktəbdə gördüyünü, Rəşad isə hər gün məktəbə getdiyini, müəllimədən icazə alaraq Sabirlə görüşdüyünü və aldığı şirniyyat və azuqə verdiyini, onun isə buna etirazı olmadığını, bu faktı hər iki məktəbin müəllimləri də təsdiq edə biləcəyini, kiçik oğlunun isə əvvəllər atasıgilə getdiyini, lakin oğlunun atasıgilə getməkdən imtina etdiyini, səbəbini ondan soruşduqda “atasının evdə olan söhbətləri gəlib mənə danışmalısan, məndə sıxılıram ona görədə ora getmək istəmirəm” dediyini, Zərərçəkmiş şəxs uşaqları özündən soyutduğunu, uşaqlarının heç birinə ataları ilə görüşmələrinə təsir etmədiyini, həmçinin Məmmədov Rəşaq uşaqların məndən alınması üçün əsassız olaraq bir çox dövlət qurumlarına müraciət etdiyini, güya onun övladlarıyla görüşməyinə icazə vermirəm və şərait yaratmıram, əksinə buna heç bir vaxt mane olmadığını, hər zaman ataları ilə görüşmələrini uşaqlara dediyini, özünün isə o uzun müddətdirki ikinci övladı atası ilə yaşayan oğlu Mədəti görmədiyini və atasının da buna şərait yaradılmadığını, lakin bunu problem etmədiyini, uşağının ürəyi istəyən vaxtı gəlib onunla görüşəcəyini düşündüyünü qeyd edərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında Şərur Rayon Məhkəməsinin 2(110)-729/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Şəxs ilə birgə nikahlarından xx.xx.2010-cu il tarixdə doğulmuş X16, xx.xx.2013-cü il tarixdə doğulmuş X12 və xx.xx.2017-ci il tarixdə doğulmuş X13 ilə hər həftənin şənbə günləri saat 10:00-dan bazar günü saat 12:00-a dək və hər il iyul ayının 1-dən 30-dək görüşüb ünsiyyətdə olmasına dair qətnamə qət edildiyini, X4 hal-hazırda onun yanında yaşadığını, Onurla onun təhsil aldığı məktəbdə görüşə bildiyini, lakin bir neçə aydır ki, məkətəbə valideynlərin daxil olmasına icazə verilmədiyi üçün onunla görüşə bilmədiyini, uşaqları ilə görüşməsi üçün məhkəmə qərarı olmasına baxmayaraq, onlarla normal görüşüb-ünsiyyətdə ola bilmədiyini, Şəxs buna mane olduğunu, Həbibənin uşaqlara psixoloji təsir etdiyini, uşaqların onun evinə gəlməkdən imtina etdiklərini, Şəxs cəzalandırılmasını istmədiyini, sadəcə uşaqları ilə normal şəkildə görüşüb ünsiyyətdə olmaq istədiyini bildirmişdir. İş materiallarında olan: - Şərur Rayon Məhkəməsinin 2(110)-729/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs birgə nikahlarından xx.xx.2010-cu il tarixdə doğulmuş X16, xx.xx.2013-cü il tarixdə doğulmuş X12 və xx.xx.2017-ci il tarixdə doğulmuş X13 ilə hər həftənin şənbə günləri saat 10:00-dan bazar günü saat 12:00-a dək və hər il iyul ayının 1-dən 30-dək görüşüb ünsiyyətdə olmasına dair cavabdeh Şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi qət edilmişdir. - xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, Şəxs icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməkdən yayınmışdır. İcra məmurunun qanuni tələbinə əməl etmədiyindən onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şərur Rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şərur Rayon Məhkəməsinin 2(110)-729/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır; - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şərur Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X15 bu aktı tərtib etdim ondan ötəri ki, Şərur Rayon İcra və Probasiya Şöbəsinin X2, Şərur rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının pisxoloqu X5 və Şərur Rayon Təhsil Şöbəsinin pisxoloqu X3 iştirakı ilə Şərur Rayon Məhkəməsinin 2(110)-729/2023- 007 nömrəli, xx.xx.2023-cü il tarixli icra icra vərəqəsinə əsasən xx.xx.2010-cu il tarixdə təvəllüdlü X16 atası Zərərçəkmiş şəxs ilə hər həftənin şənbə günləri saat 10:00-dan bazar günü saat 12:00-a dək və hər il iyul ayının 1-dən 30-dək görüşüb ünsiyyətdə olmalıdır. Şərur rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının pisxaloqu X14 və Şərur Rayon Təhsil Şöbəsinin pisxoloqu X1 Onur Rəşad oğlu ilə fərdi söhbət apardılar. Onur isə şənbə və bazar günləri atasıgilə getəməsi barədə düşünəcəyini bizlərə bildirdi. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, inzibati xəta haqqında protokol tərtib edən icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə də, məhkəmə hesab edir ki, hazırki inzibati xətaya dair iş üzrə borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi halları müəyyən edilmir. Ona görə də borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərildiyi kimi icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və ya yalnız bütün imkanlar tükəndikdən sonra təsir tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; -105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə də, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-31/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-31/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver