Məhkəmə qərarları › İş №3(110)-310/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-310/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-310/2025 06.11.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Şərur RPİ-nin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə; xx.xx.1979-cu ildə Şərur rayonu, Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkum olunmamış, Şərur rayon Kərimbəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X2 barəsində(FİN: xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsindən xx.xx.2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 noyabr 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs atası 102 çağrı mərkəzinə zəng edərək qızının xx.xx.2025-ci il tarixdə Şəxs tərəfindən fiziki zor tətbiq olunmaqla döyüldüyünü bildirmişdir. Faktla bağlı Şərur Rayon Polis İdarəsinin İstintaq və təhqiqat bölməsi tərəfindən araşdırma aparılaraq, Şəxs qeyd edilən əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan 06 noyabr 2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi, polis kapitanı X5 tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzbati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş materiallarla birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şərur RPİ-nin sahə rəisi, polis kapitanı X5 verdiyi izahatında protokol haqqında məlumat verərək, əlavə olaraq şəxsin alkoqolik kimi qeydiyyatda olduğunu, dəfələrlə sərxoş olaraq ölümcül vəziyyətə düşdüyünü bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək məhkəməyə verdiyi izahatında və verilmiş suallara cavabında, V gün ona paltar almasını dediiyini, istirahət günü olduğunu, 50 manat pulu ilə onu bazara apardığını, araq aldığını və 1 rumka içdiyini, çölə çıxaraq gəldikdən sonra arağı tökərək içinə su doldurduğunu gördüyünü, niyə belə etdiyini soruşduğunu, aralarında mübahisə yarandığını və orda da bitdiyini, 4-5 gün keçdikdən sonra atasına onu döydüyünü dediyini, amma onu döymədiyini, evə qayıdan zaman ona zəng vuraraq evə nə lazım olduğunu soruşduğunu, o da 2 çörək almasını istədiyini, gəldiyind hazırlaşdığını gördüyünü və atası gəlib apardığını bildirərək əməlindən peşman olduğunu, ailəsinin dağılmasını istəmədiyini qeyd etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi izahatında onu bazara apararaq paltar aldığını, sonra aparı qaytaracağını dediyini, gündüz saatlarında onunla arağına pul çatmadığı üçün dava etdiyini və onlar mübahis etməyə başladıqlarını,axşam olanda onu döyməyə başladığını, üzündən və başından şillə və yumruq vurduğunu, iki ay birlikdə yaşadıqlarını, ondan sonraki gün yenə içib gələrək onu döydüyünü, onun arağına niyə qarışdığını dediyini, o da atası il qardaşına zəng vurduğunu və onu gəlib apardıqlarını, əalvə olaraq onu beş barmaqla döydüyünü, yaralarının sağaldığını, onu əsir kimi saxladığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ərizəsində zərərçəkmiş şəxs qismində iştirak etdiyi 3(110)- 310/2025 saylı inzibati xəta haqqında iş üzrə Şəxs ilə barışmışdır və heç bir şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 545 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səhti üzərində aşkar edilmiş xəsarətlər alt dodaq nahiyəsinin və həmin nahiyənin iç səthinin selikli qişasının qansızması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığa zəz vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Şəxs əməlində cinayət tərkibinin olmaması əsası ilə onların barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, həmin şəxslərin əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması əsası ilə material baxılması üçün Şərur Rayon Polis İdarəsinin İTByə göndərilmişdir. Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 sentyabr 2025-ci il tarixdə Alışar kənd sakini Zərərçəkmiş şəxs fiziki güc tətbiq etməklə döyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə zərəçəkmiş şəxsin iş üzrə icraata xitam verilməsi barədə ərizəsini iş materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.1 və 53.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da, məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar