Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-311/2023 19.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Culfa rayon Dizə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati msəliyyətə cəlb olunmamış, Culfa rayon Dizə kəndində qeydiyyatda duran və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o,xx.xx.2023-cü il tarixdə Şərur rayon Zeyvə kəndində saat 23:00 radələrində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında Culfa rayon Dizə kəndində ailəsi ilə birlikdə yaşadığını, 8 ay əvvəl həyat yoldaşının Rusiyadan Azərbaycana gələrək Şərur rayon Zeyvə kəndində atasıgilin evində yaşamağa başladığını, 2 ay əvvəl isə aralarında olan söz-söhbətə görə onların münasibətlərinin soyuduğunu, həmin vaxtdan həyat yoldaşı ilə telefon vasitəsilə əlaqə saxladığını, amma nə qədər əlaqə saxlasa da onunla razılaşa bilmədiklərini, onun bir neçə dəfə uşağını və həyat yoldaşını görmək üçün Şərur rayon Düdəngə kəndinə gəldiyini, onun cavabının isə ona bizi narahat etmə olduğunu, ona whatsapda Məhkəməyə müraciət etdiyini, sən də razılıq ver boşanaq yazdığını, onun da ona uşağımı ver boşanaq söylədiyini, onun isə razı olmadığını, bir neçə dəfə uşağının onu istədiyindən gəlib onu gördüyünü və aparıb bir neçə gün saxladıqdan sonra gətirib anasının yanına qoyduğunu, 18 dekabr 2023-cü il tarixdə saat 20:00 radələrində ona uşağın anasının whatsapda yazaraq uşağın pula ehtiyacı olduğunu bildirdiyini, onun da şəxsi avtomobili ilə onlara gəldiyini, Şərur Rayon Polis İdarəsində izahatı yazılarkən başqa bir nəfərin evdə olduğunu gördüyünü yazdıqlarını, “həmin şəxsin arvadının əmisi oğlu olduğunu” dediyini, lakin onu izahata yazılmadıqlarını, izahatda yazılan digər hallarında baş vermədiyini, izahatını Şərur Rayon Polis İdarəsində yazdıqlarını, ona imzalatdıqlarını, orada heç bir səs-küy salmadığını, uşağını gördüyünü, maşını onların həyətinə qoyaraq arvadına “səhərlər hava soyuqdur uşağı məktəbə maşınla apararsan” dediyini, həmçinin bir kağıza arvadına xoş sözlər yazaraq maşına qoyaraq çıxıb getdiyini, yanacaq doldurma məntəqəsinin yanındakı mağazaya gedib spirtli içki aldığını, spirtli içki içərək yolda gedərkən polis əməkdaşlarının gəldiyini və onu Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında və verilən suallara cavabında Şərur rayon Zeyvə kəndində qardaşı və oğlu ilə birgə yaşadığını, 7 ildir ki, həyat yoldaşı Şəxs ilə Rusiyada yaşadıqlarını, 4 ay əvvəl qeydiyyatda olduğu Şərur rayon Zeyvə kəndinə qayıtdığını, aralarında münasibətləri yaxşı olmadığından həyat yoldaşından boşanmaq istədiyini, bir müddət həyat yoldaşı ilə ayrı yaşayan zaman ona telefon vasitəsilə və yaşadığı Şərur rayon Zeyvə kəndinə gələrək boşanmaq istəmədiyini bildirdiyini, ona dəfələrlə gəl qarşılıqlı ərizə verib boşanaq desə də onun heç vaxt razı olmadığını, 18 dekabr saat 20:00 radələrində həyat yoldaşı Şəxs oğluna telefon vasitəsilə zəng edərək çölə çıx qapının arxasındayam dediyini, oğlunu gördüyünü və cibinə 10 (on) manat pul qoyduğunu, avtomobili onların həyətinə qoyaraq ona “səhərlər hava soyuqdur uşağı məktəbə maşınla apararsan” dediyini, Orxanın oradan uzaqlaşdıqdan sonra ona mesaj yazaraq “özümü öldürəcəm, səbəbini səndən biləcəklər” dediyini, bundan qorxaraq barədə qohumlarına məlumat verdiyini, qohumlarının ona polis məlumat verməsini bildirdiklərini, daha sonra bu barədə Şərur Rayon Polis İdarəsinə məlumat verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında Şərur Polis İdarəsində polis nəfəri vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə daxil olmuş məlumat əsasında X1 yaşadığı həyətə getdiyini, lakin həmin vaxt onu orada görmədiyini bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları ilə müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Bu isə onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0391 nömrəli "Şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlama haqqında protokola" əsasən, Şəxs üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0658 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 0034-də inzibati qaydada tutulmuşdur İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 017795 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şərur şəhərində xırda xuliqanlıq hərəkətləri etməklə ictimai qaydanı pozmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; - 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; - 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-311/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-311/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver