Məhkəmə qərarları › İş №3(110)-312/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-312/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-312/2024 25.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1995-ci ildə Şərur rayonu, Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yaşayan X1 (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, 5 icra sənədi üzrə 4353,34 manat borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. Borclu icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Bununla da, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 izahatında Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-720/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 273,5 manat əsas, 41 manat cərimə borcu olmaqla, cəmi 314,5 manat (üç yüz on dörd manat əlli qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsait tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-836/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixli 769nkXRD/22 saylı Kredit müqaviləsi üzrə cavabdeh Şəxs 1981.5 (bir min doqquz yüz səksən bir manat əlli qəpik) manat əsas borc, 360.8 (üç yüz altmış manat səksən qəpik) manat məbləğində faiz borcu, 13.83 (on üç manat səksən qəpik) manat cərimə, cəmi 2356.13 (iki min üç yüz əlli altı manat on üç qəpik) manat borc və 43.57 (qırx üç manat əlli yeddi) manat rüsumun, 0.40 manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 2399.7 (iki min üç yüz doxsan doqquz manat yetmiş qəpik) manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilməsi, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-920/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixli 1473snkXRDb/22 saylı Kredit xətti müqaviləsi üzrə cavabdeh Şəxs 500 (beş yüz) manat əsas borc, 112.98 (bir yüz on iki manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu, 8.16 (səkkiz manat on altı qəpik) manat cərimə, 1 (bir) manat komisyon haqqı borcu olmaqla, cəmi 622.14 (altı yüz iyirmi iki manat on dörd qəpik) manat məbləğində borc və 30 (otuz) manat rüsumun əvəzi olmaqla, ümumilikdə 652 (altı yüz əlli iki) manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilməsi, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-1178/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 720 manat ödənilməmiş hissə, 72 manat cərimə borcu olmaqla, cəmi 792 manat (yeddi yüz doxsan iki) borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsait tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi və xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Şəxs Bank olmayan kredit təşkilatı Azpul MMC-nin xeyrinə cəmi 135 (bir yüz otuz beş) manat pulun ödənilməsinin müəyyən edildiyini, icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün borcluya bildirişin verildiyini, icra sənədinin Şərur Rayon İcra və Probasiya Şöbəsinə daxil olduğu andan qanuna müvafiq icra hərəkətləri yerinə yetirildiyini, məhkəmə qərarının icrasından üzrsüz səbəbdən yayınmanın nəticələrinin borcluya izah olunduğunu, lakin borclu tərəfindən yenə icra sənədinin icrasından boyun qaçırıldığını, borcunu ödəyəcəyini bildirsə də, ödəmədiyini, buna görə də, onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatında icra sənədi barədə xəbərdar olduğunu, işləmədiyi üçün borcunu ödəyə bilmədiyini, indiyədək ödəniş etmədiyini, vaxt verilərsə borcundan 1000 manatını bir neçə saata ödəyə biləcəyini, qalanını da hər ay 100 manat ödəyəcəyini qeyd edərək məhkəmədən onun barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, X3 inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, X1 və X4 izahatlarından, iş materiallarından da müəyyən olundu ki, borclu iş materiallarına əlavə edilmiş icra sənədi üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınaraq, icra vərəqəsinin icrasını təmin etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan: - Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-720/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 273,5 manat əsas, 41 manat cərimə borcu olmaqla, cəmi 314,5 manat (üç yüz on dörd manat əlli qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsait tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. - Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-836/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixli 769nkXRD/22 saylı Kredit müqaviləsi üzrə cavabdeh Şəxs 1981.5 (bir min doqquz yüz səksən bir manat əlli qəpik) manat əsas borc, 360.8 (üç yüz altmış manat səksən qəpik) manat məbləğində faiz borcu, 13.83 (on üç manat səksən qəpik) manat cərimə, cəmi 2356.13 (iki min üç yüz əlli altı manat on üç qəpik) manat borc və 43.57 (qırx üç manat əlli yeddi) manat rüsumun, 0.40 manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 2399.7 (iki min üç yüz doxsan doqquz manat yetmiş qəpik) manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. - Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-920/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixli 1473snkXRDb/22 saylı Kredit xətti müqaviləsi üzrə cavabdeh Şəxs 500 (beş yüz) manat əsas borc, 112.98 (bir yüz on iki manat doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu, 8.16 (səkkiz manat on altı qəpik) manat cərimə, 1 (bir) manat komisyon haqqı borcu olmaqla, cəmi 622.14 (altı yüz iyirmi iki manat on dörd qəpik) manat məbləğində borc və 30 (otuz) manat rüsumun əvəzi olmaqla, ümumilikdə 652 (altı yüz əlli iki) manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilməsi qət ediımişdir. - Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-1178/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 720 manat ödənilməmiş hissə, 72 manat cərimə borcu olmaqla, cəmi 792 manat (yeddi yüz doxsan iki) borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsait tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi və xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Şəxs Bank olmayan kredit təşkilatı Azpul MMC-nin xeyrinə cəmi 135 (bir yüz otuz beş) manat pulun ödənilməsi qət edilmişdir; - xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən müəyyən edilmişdir ki, icra sənədi üzrə 4353,34 manat borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. Borclu icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikasının İXM-nın 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir; - “Elektron İcra Sistemindən” çıxarışdan görünür ki, X1 adına heç bir daşınar və ya daşınmaz əmlak qeydiyyata alınmamış, əmək müqaviləsi üzrə iş yeri yoxdur, eyni zamanda o, pensiya və sosial ödəniş almır. - xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1995-ci il təvəllüdlü Şərur rayon Düdəngə kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuşdur. - xx.xx.2024-cü il tarixli “axtarışda olan fiziki şəxsin və cavabdehin tutulması barədə” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Şərur rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Şərur rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarına təhvil verilmişdir Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta törətmiş şəxs X1 əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs X2 inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, borcunun məbləğini, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbsin əvvəli 25 oktyabr 2024-cü tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 25 oktyabr 2024-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar