Məhkəmə qərarları › İş №3(110)-313/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-313/2024

29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-313/2024 29.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-2863/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli, 3(002)-2864/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli, 3(002)-2865/2024 nömrəli, 09 oktyabr 2024cü il tarixli, 3(002)-2867/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli, 3(002)-2868/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli, 3(002)-2870/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli, 3(002)-2871/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli, 3(002)-2873/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli, 3(002)- 2874/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli, 3(002)-2880/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli, 3(002)-2881/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli və 3(002)-2882/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərardadları ilə aidiyyatı üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolkarı və əlavə olunmuş sənədləri inzibati xəta haqqında işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək, müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə Qaradağ rayon DYPŞ tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, Qaradağ rayon DYPŞ tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, Qaradağ rayon DYPŞ tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, Qaradağ rayon DYPŞ tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, Qaradağ rayon DYPŞ tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, Qaradağ rayon DYPŞ tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli və DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuş və baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollar Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)- 2863/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli, 3(002)-2864/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli, 3(002)-2865/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli, 3(002)-2867/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli, 3(002)-2868/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli, 3(002)-2870/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli, 3(002)-2871/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli, 3(002)- 2873/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli, 3(002)-2874/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli, 3(002)-2880/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli, 3(002)-2881/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli və 3(002)-2882/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərardadlarına əsasən aidiyyəti üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirib bu qənaətə gəlir ki, inzibati material və ona əlavə edilmiş sənədlər natamam olduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş inzibati materialdan aydın olur ki, vətəndaş Şəxs Azərbaycan Respublikasının İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli EQ 17355265 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 20 manat məbləğində, Azərbaycan Respublikasının İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli EQ 17674929 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 20 manat məbləğində, Azərbaycan Respublikasının İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli EQ 18656993 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 10 manat məbləğində, Azərbaycan Respublikasının İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli EQ 18428356 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 10 manat məbləğində, Azərbaycan Respublikasının İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli EQ 18622955 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 10 manat məbləğində, Azərbaycan Respublikasının İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli EQ 17773903 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 20 manat məbləğində, Azərbaycan Respublikasının İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli EQ 18029818 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 20 manat məbləğində, Azərbaycan Respublikasının İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli EQ 18403859 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 20 manat məbləğində, Azərbaycan Respublikasının İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli EQ 18670406 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 10 manat məbləğində, Azərbaycan Respublikasının İXM-in 329.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 40 manat məbləğində, Azərbaycan Respublikasının İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2024-cü il tarixli EQ 19081221 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 10 manat məbləğində, Azərbaycan Respublikasının İXM-in 328.2-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli EQ 17260263 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 50 manat məbləğində cərimə edilmişdir. Vətəndaş həmin qərarları 3 ay ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli və xx.xx.2024cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-2863/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli, 3(002)-2864/2024 nömrəli, 08 oktyabr 2024cü il tarixli, 3(002)-2865/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli, 3(002)-2867/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli, 3(002)-2868/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli, 3(002)-2870/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli, 3(002)-2871/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli, 3(002)- 2873/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli, 3(002)-2874/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli, 3(002)-2880/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli, 3(002)-2881/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli və 3(002)-2882/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərardadla aidiyyəti üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirib bu qənaətə gəlir ki, inzibati material natamam olduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 127-ci maddəsinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir; - 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır; - 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; - 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxil olma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; -125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir; - 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər; - 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; - 57.5.1-57.5.21-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan, bu Məcəllənin 57.3cü maddəsində nəzərdə tutulmuş hallarda, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilmədən, ona Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeydinin tələbləri izah olunmadan, habelə ödəməli olduğu inzibati cərimənin və dəbbə pulunun miqdarı bildirilmədən barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi inzibati xəta haqqında protokolun düzgün tərtib olunmadığını göstərir və Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin prinsiplərinə və inzibati tənbehin məqsədlərinə uyğun gəlmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir; - 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir; - 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir Beləliklə də, məhkəmə hesab edir ki, vətəndaş Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolların icraata qəbul edilməsindən imtina edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109.1.6 maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Vətəndaş Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli və xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollar və əlavə edilmiş inzibati materialların icraata qəbul edilməsindən imtina edilsin və inzibati protokollar ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Qaradağ Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar