Məhkəmə qərarları › İş №3(110)-315/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-315/2023

22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-315/2023 22.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılmış inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdim: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta protokol tərtib edilmişdir ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə X4 qarşı fiziki güc tətbiq etməklə döymüş, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələbini pozmuşdur İnzibati xəta haqqında materialda olan X3 izahatından isə görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində tarixdə Şərur rayon Püsyan kənd sakini X2 və Şərur rayon Xanlıqlar kənd sakini Şəxs gələrək torpaq sahəsinin ona satıldığını bildirdiyini, onun isə cavabında torpaq sahəsini Adıgözəldən aldığını bildirdiyini, bundan sonra Elməddinin onu söyərək vurduğunu, bu zaman Elməddini ağacla vurarkən ağacın Səbuhinin sol əlinə dəydiyini, bundan sonra aralaşdıqlarını bildirmişdir. xx.xx.2023-cü il tarixdə işin baxılmağa hazırlanması mərhələsində X5 və Şəxs ərizələri məhkəməyə daxil olmuş, ərizədə həmin şəxslər barışdıqlarını bildirmiş və icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh olunmasına dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərərçəkmiş şəxslərin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53.1.9 və 109.2-ci maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 39, 53, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh edilməsinə dair iş üzrə icraata inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar