Məhkəmə qərarları › İş №3(110)-315/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-315/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-315/2025 14.11.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Şərur RPİ-nin sahə rəisi, polis kapitanı X1, zərərçəkmiş şəxs X2, onun qanuni nümayənədəsi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə; xx.xx.1970-ci ildə Şərur rayonu, Qorçulu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şərur Rayon Mİİ-də maşinist vəzifəsində işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Qorçulu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Şərur Rayon Polis İdarəsindən xx.xx.2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 noyabr 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, zərərçəkmiş şəxs – zərərçəkmiş şəxs X2 atası Şərur Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə övladı Vüqar Nağıyevin həmkəndlisi Şəxs döydüyünü bildirmişdir. Faktla bağlı Şərur Rayon Polis İdarəsinin İstintaq və təhqiqat bölməsi tərəfindən araşdırma aparılaraq, Şəxs qeyd edilən əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan 14 noyabr 2025-ci il tarixdə Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi, polis kapitanı X5 tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzbati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün işə əlavə edilmiş materiallarla birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şərur RPİ-nin sahə rəisi, polis kapitanı X5 verdiyi izahatında protokol haqqında məlumat verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək məhkəməyə verdiyi izahatında və verilmiş suallara cavabında, qardaşının yoldaşı ondan əvvəl orada heyvanları otardığını, X2 iti üstünə cumdurduğunu, o da irad bildirmək məqsədi ilə vurduğunu, uşaq olduğunu və döymək məqsədi ilə vurmadığını, atası da qohumları olduğunu, hadisənin bu yerə gələcəyini bilmədiyini, əməlindən peşman olduğunu, üzr istədiyini və barışdıqlarını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş X6 verdiyi izahatında heyvanları çöldə otardığını, Şəxs da orada otarmaq istədiyini, ona irad bildirdiyini, o isə onu söydüyünü, sonra çubuqla vurduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, inzibati xəta haqqında işinin materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X2 qanuni nümayənədəsi X7 məhkəməyə ərizə təqdim edərək, ərizəsində 3(110)- 315/2025 saylı inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs X2 qanuni nümayənədəsi kimi çıxış etdiyini, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır və heç bir şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 554 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 2010-cu il təvəllüdlü X2 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səhti üzərində aşkar edilmiş xəsarətlər boyunda qançır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Şəxs əməlində cinayət tərkibinin olmaması əsası ilə onların barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2ci maddəsinə əsasən rədd edilmiş, həmin şəxslərin əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması əsası ilə material baxılması üçün Şərur Rayon Polis İdarəsinin İTB-yə göndərilmişdir. Şərur Rayon Polis İdarəsinin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 oktyabr 2025-ci il tarixdə saat 18:00 radələrində Şərur rayon Qorçulu kənd ərazisində Şəxs əlində olan ağac parçası ilə onun bpyun nahiyəsindən vuraraq döyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə zərəçəkmiş şəxsin iş üzrə icraata xitam verilməsi barədə ərizəsini iş materialları ilə birlikdə tədqiq edərək belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; İXM-nin 53.1 və 53.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1.-ci maddənin tələbinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da, məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinin tələbinə əsasən (inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslərlə barışdığından) xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar