Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-319/2023 28.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və əlavə olunmuş sənədləri inzibati xəta haqqında işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək, müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və xx.xx.2023-cü il tarixli, 44-7/2-27522 nömrəli məktubla baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirib bu qənaətə gəlir ki, inzibati material və ona əlavə edilmiş sənədlər natamam olduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş inzibati materialdan aydın olur ki, vətəndaş Şəxs Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Vətəndaş həmin qərarı 3 ay ərzində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Sənədlər düzgün tərtib olunmadığından və təqdim edilmiş materiallar natamam olduğundan Şərur Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 3(110)-284/2023 saylı qərardadı ilə xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati materialın icraata qəbul edilməsindən imtina edilmiş və inzibati protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinə geri qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi Şərur Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 3(110)-284/2023 saylı qərardadında qeyd olunan çatışmamazlıqları aradan qaldırmadan yenidən xx.xx.2023-cü il tarixli, 44-7/2-27522 nömrəli məktubla vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol ona əlavə edilmiş inzibati materialla birlikdə baxılması üçün növbəti dəfə Şərur Rayon Məhkəməsinə göndərimişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şərur Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 3(110)-284/2023 saylı qərardadında qeyd olunan çatışmamazlıqlar aradan qaldırılmadığından vətəndaş Şəxs barəsində tərtib olunmuş inzibati protokolun icraata qəbul edilməsindən imtina edilməli və inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; - 138.1 və 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir; - 109.1 və 109.1.6-cı maddəsində göstərilir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109.1.6 maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Vətəndaş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi barədə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş inzibati materialın icraata qəbul edilməsindən imtina edilsin və inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinə geri qaytarılsın. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-319/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-319/2023
28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver