Məhkəmə qərarları › İş №3(110)-319/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-319/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-319/2025 21.11.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi X17 oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib etmiş Şərur RPİ-nin İTB-nin sahə rəisi, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və ona dövlət hesabına təyin olunmuş müdafiəçi- vəkil X2 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Şərur rayonu, Kürçülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayonu, Kürçülü kəndində qeydiyyatda olan və yaşayan Şəxs (Fin: xxxxxxx) Şərur Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şərur RPİ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törətməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 22:30 radələrində Şərur rayon Kürçülü kəndində atası X3 həyətyanı sahəsində polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı Şərur RPİ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 inzibati protokolu müdafiə edərək izahatında göstərdi ki, Şərur RPİ daxil olmuş müraciətlə bağlı işin araşdırılması zamanı Çərçiboğan kənd sakini Şəxs öz qohumları ilə küçədə dava dalaş saldığını,qeyri etik söyüşlər söydüyünü və öz söyüşlərini davam etdirərək bu zaman ərazidə xidmətdə olan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamasının müəyyən olunduğunu və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini və məhkəməyə baxılması üçün göndərildiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək atası xstə olduğunu, ambulans gəldiyini və müayinə etdiyini, sonra getdiklərini və təkrar dəvət etməli olduğunu, bu zaman polislərdə gəldiyini və evə girdiklərini, o isə etiraz etdiyini, qız əməkdaşın dedikərini eşitmədiyini, həkimi söymədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçi-vəkil X7 izahatında inzibati xətanın Şəxs tərəfindən törədilməsi şahid ifadələri ilə təsdiq olunduğunu, lakin şəxsin ailəli olmasını, himayəsində azyaşlı uşaqların olmasını və atasının səhəti ilə əlaqədar əsəbi olmasını nəzərə alaraq şəxs barəsində həbslə bağlı olmayan tənbeh seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur RPİ-nin əməkdaşı X8 məhkəməyə izahat verərək xx.xx.2025-ci il tarixdə Kürçülü kəndində xidmətdə olduqlarını, növbətçi hissəyə zəng gəldiyini və Ənvərgilə getdiklərini, Təcili yardım da orda olduğunu və səs-küy olduğunu, Şəxs onlardan niyə gəldiklərini soruşduğunu, intizama dəvət etdiklərini, daha sonra idarəyə məcburi gətirdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər şahid Şərur RPİ-nin əməkdaşı X4 məhkəməyə şahid X8 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur rayon paramedik şöbəsinin həkimi X6 məhkəməyə izahat verərək birinci dəfə zəng vurduğu zaman açmadıqlarını, ikinci dəfə zəngi açan zaman onları təhqir etməyə başladığını, yenə də getdiklərini və kömək göstərdiklərini, onları yenə təhqir etməyə başladığını, polisi dəvət etdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərur rayon paramedik şöbəsinin həkimi X9 məhkəməyə izahat verərək 19-u gecə növbəəsində olduqlarını, çağırış gəldiyini və getdiklərini, xəstənin vəziyyətini soruşan zaman Ənvər öldü dediyini, evə girən zaman yarıçılpaq olduğunu, müayinə üçün uzanmaq istəmədiyini, qazi olduğu üçün xəstəxanaya aparmalı olduqlarını dediklərini, Ənvər onlara qarşı nalayiq ifadələr işlətdiyini, xəstəxanaya qayıtdıqlarını, ikinci çağırış gələn zaman dispeçeri təhqir etdiyini, onlarda polislə gedərək köməklik göstərdiklərini bildirdi. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: 19 noyabr 2025-ci il tarixli 1678 nömrəli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 19 noyabr 2025-ci il tarixdə saat 18:10-da inzibati qaydada tulmuşdur. xx.xx.2025-ci il tarixdə saat 15:00-da azad edilmişdir. 19 noyabr 2025-ci il tarixli 1720 nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan şeylərin yoxlama haqqında protokoldan məlum olur ki, Şəxs üzərindən 01 ədəd göy rəngli alışqan və 01 ədəd göy rəngli siqaret aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri və Şərur RPİ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymamaqla İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Polis Haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinin İİ bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. İİİ bəndinin tələbinə görə isə Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qeyd edilən normanın tələbləri baxımından hazırkı vəziyyətdə polis əməkdaşlarının tələbi ictimayi asayışın mühafizəsi baxımından qanuni olmuşdur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi kimi Azərbaycan Respublikası İXM-nın 32.1.1-ci maddəsinə əsasən şəxsin əməlindən səmimi peşman olmasını, müəyyən etmişdir. Onun məsuliyyətini ağırlaşdıran hal İXM-in 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törədilməsidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin məcəllənin 31.4-1-ci madddəsinə əsasən isə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (bir yaz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar