Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 3(110)-32/2021 19.04.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli, 3(005)-724/2021 nömrəli qərardadı ilə daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və əlavə olunmuş sənədləri inzibati xəta haqqında işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək, müəyyən etdim: Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli, 3(005)-724/2021 nömrəli qərardadı ilə vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin xx xxxx 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu aidiyyatı üzrə baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə sənədləri nəzərdən keçirib bu qənaətə gəlirəm ki, inzibati material və ona əlavə edilmiş sənədlər natamam olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır; 100.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır; 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur; 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir; 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmaması məsələlərini həll edir. Belə ki, vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsini təsdiq edən inzibati xəta haqqında protokolda onun hüquqı və vəzifələrinin izah edilməsinə dair müvafiq qeyd aparılmamış, protokol Şəxs tərəfindən, eyni zamanda protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi tərəfindən imzalanmamış, protokolun surətinin vətəndaş Şəxs verilməsini təsdiq edən sübutlar inzibati materiala əlavə olunmamış, həmçinin vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə müvafiq inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas olmuş inzibati tənbeh vermə haqqında Qərar iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsində göstərilir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, vətəndaş Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra inzibati orqanın yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109.1.6 maddələrini rəhbər tutaraq, qərara aldım: Vətəndaş Şəxs barəsində tərtib olunmuş İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx xxxx 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş inzibati materialın icraata qəbul edilməsindən imtina edilsin və inzibati protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra inzibati orqanın yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №3(110)-32/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №3(110)-32/2021
19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver