Məhkəmə qərarları › İş №3(110)-32/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-32/2022

14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-32/2022 14.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Şərur rayon İbadulla kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon İbadulla kəndində qeydiyyatda duran və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şərur Rayon Polis İdarəsindən daxil olmuş inzibati Xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, 13.04. 2022-ci il tarixdə saat 21:00 radələrində qəsdən polisin qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 13.04.2022-ci il tarixdə saat təxminən 18:30 radələrində dostları ilə Şərur rayon Muğanlı kəndi ərazisində kanalın qırağında 1 ədəd 1 litrlik “Kapital” markalı araq içdiklərini, təxminən 2 saat həmin yerdə olduqdan sonra Şərur şəhərinə gedib orada gəzmək qərarına gəldiyini, Şərur şəhərinə getdikdən sonea yenidən spirtli içki içmək istədiyini və “Elvin” restoranına getdiyini,orada təxminən 1 saat olduğunu, 3-4 bakal pivə içdiyini, spirtli içkinin təsirində olduğuna görə heç nə xatırlamadığını, sadəcə olaraq “Elvin” restoranından çıxması, çöldə özündən asılı olmayaraq ucadan nalayiq ifadələr işlətməyi və polis əməkdaşlarının ona yaxınlaşmağı, onu nizam-intizama dəvət etmələrinin yadında olduğunu, spirtli içkinin təsirində olduğu üçün polis əməkdaşlarının onu nizam-intizama dəvət etmələrinə məhəl qoymadığını, daha sonra polis əməkdaşlarının onu Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini, barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu, tutduğu əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini qeyd edərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X5 izahatında 13.04.2022-ci il tarixdə, təqribən saat 21:00 radələrində Şərur şəhərində sahə inspektoru Vurğun Məmmədovla xidmət aparan zaman “Elvin” restoranının qarşısında ucadan səs-küy gəldiyini eşitdiklərini, həmin istiqamətə getdiklərini, həmin vaxt orada tanımadıqları bir şəxsin ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozduğunu gördüklərini, ona yaxınlaşdıqlarını, sahə inspektoru Vurğun Məmmədovun onu nizamintizama dəvət etdiyini, lakin həmin şəxsin onlara əl-qol hərəkətləri edərək, qanuni tələblərinə tabe olmadığını, öz hərəkətlərini davam etdirdiyini, daha sonra Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini əvvəlcə İnzibati qaydad tutma haqqında protokol və 14.04.2022-ci il tarixdə isə onun barəsində İnzibati xəta haqqında protokol tərtib edildiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilərkən X1 da, şahid X3 verdiyi izahatla ilə eyni məzmunlu izahat verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiqləmiş oldu. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Müəyyən edilmişdir ki, Şəxs 13.04.2022-ci il tarixdə saat 21:00 radələrində qəsdən polisin qanuni tələbinə tabe olmamış, bununla da o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarına əlavə olunmuş 13 aprel 2022-ci il tarixli "Şəxsi axtarış aparılması haqqında protokola" əsasən, Şəxs şəxsi axtarışı nəticəsində hər hansı bir əşya və sənəd aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş 0092 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 13 aprel 2022-ci il tarixdə saat 2100-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 13.04.2022-ci il tarixli, 51 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 1,65 promilli ağır dərəcəli sərxoşluq aşkar edilmişdir İş materialında olan 13.04.2022-ci il tarixli 010140 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13.04.2022-ci il tarixdə saat 21:00 radələrində qəsdən polisin qanuni tələbinə tabe olmamış, buna görə də onun barəsində Şərur rayon Polis İdarəsində Azərbaycan Respublikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, baxılan inzibati material üzrə Azərbaycan Respublikası İXM-nın 104-105-ci maddələrində nəzərdə tutulmuş icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; -84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığınıı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat Şəxs 13.04.2022-ci il tarixdə saat 21:00 radələrində polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqla İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs olunmalı və inzibati həbsin əvvəli 13 aprel 2022-ci il tarixdən, saat 2100-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3 - cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 13 aprel 2022-ci il tarixdən, saat 2100-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar