Məhkəmə qərarları › İş №3(110)-32/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-32/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-32/2025 17.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Şərur rayon Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, dediyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayon Düdəngə kəndində qeydiyyatda duran və yaşayan Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsindən daxil olmuş İnzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2025-ci il tarixdə Şərur şəhərində “Azad” kargoda saat təxminən 09:00 radələrində X1 qarşı xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında təxminən 4-5 gün bundan əvvəl anası Tünzalə Muradova telefonunu bax gör bu pullar mənim kartımdan çıxıbdı, mesajı gəlir göstərdiyini, oda həqiqətən pullar çıxdığını əczaxana və Azad karqodan baxdığını, oda durub Şərur şəhərinə Azad kargoya gəldiyini, ordakı işçidən anamın kartından pul çıxıbdır, mesajda Azad kargo var, dünən kartından pul çıxıblar, burdan bağlama götürülübdür, qeydiyyat götürülübsə baxım görək kim götürübdür soruşduğunu, ordakı xanım mən qeydiyyat aparmıram dediyini, oda onda kameraya baxaq dünən 11:37 radələrində götürüblər bağlamanı, polis əməkdaşlarına da dediyini, xəbərləri olduğunu, gəlib araşdıracaqlar dediyini, oda qayıdıb məni polislə qorxudursan mənimdə nazirlikdə adamım var dediyini, oda adamən olsunda mən deyirəm kamerada bax görək bağlamanı kim götürübdü bildirdiyini, ona mən kameraya baxa bilmərəm sən get evdən maraqlan dediyini, sonra içəri bir xanım daxil olduğunu, onun yanında ona çıx get dediyini, keçmiş həyat yoldaşının adını çəkəndə o əxlaqsız olduğunu onun adını onun yanında çəkməməsini dediyini, orada olan xanım ona tərbiyəli olmağını dediyini, onun üzərinə qışqırdığını, aralarında mübahisə olduğunu, səs-küy yarandığını, Şəbnəmin ona qarşı nalayiq ifadə işlətdiyini, əsəbləşdiyi üçün o da ona qarşı nalayiq ifadə işlətdiyini, həmin xanımın ona təpik ataraq çölə çıx dediyini, oradakı qızla birlikdə onu çölə itələdiklərini, sonradan polislərin gəldiyini, Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini, daha sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, əməlindən peşman olduğunu, həmin xanımdan üzr istədiyini qeyd edərək, məhkəmədən onun barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında və verilən suallara cavabında Şərur şəhərində “Azad” kargoda işlədiyini, xx.xx.2025-ci il tarixdə işdə olan zaman bir nəfərin içəriyə girdiyini, anasının bankomat kartından pul çəkildiyini, kartın kargoya yönləndirildiyini bildirdiyini, cavabında ona “ola bilməz, kimsə kartı gətirib ödəniş edə bilər” dediyini, həmin şəxsin ona “kart yönləndirilib, pul çəkilib, kameranı aç baxacam” dediyini, ona kargonun müdiri olduğunu, onun baxa biləcəyini, kameraya baxmağa ixtiyarının olmadığını bildirdiyini, həmin şəxsin ona “polislərə demişəm, açın kameranı baxaq, kart yönləndirilib” dediyini, yenidən ona kartın yönləndirilə bilməyəcəyini, əvvəllər onun həyat yoldaşının orada işlədiyini dediyini, bu zaman onun öz həyat yoldaşının və onun ünvanına nalayiq ifadələr işlətməyə başladığını, onu təhqir etdiyini, ona sakitləşməsini, nalayiq ifadələr işlətməməsini bildirdiyini, bu zaman xalası qızı Günay Rzayevanın oraya gəldiyini, özünü pis hiss etdiyini, həmin şəxs onu yenidən təhqir edən zaman onu əli ilə itələyib çölə çıxardığını, hətta onun üzərinə gələn zaman təpiklə ona vurduğunu, xalası qızı ilə birlikdə zorla onu çölə çıxardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında və verilən suallara cavabında xx.xx.2025-ci il tarixdə Şərur şəhərində yerləşən bazara getdiyini həmin vaxtı xala qızısı Şəbnəmin işlədiyi kargodan səs-küy gəldiyini eşitdiyini, içəri daxil olduğunu, bir nəfər şəxsin karqodan onun kartından pul çəkildiyini, onların çəkdiyini dediyini, Şəbnəm kartdan ele pul çəkmək, yönəltməkdə olmur izah etdiyini, Şəbnəm ondan “siz Nərgizin yoldaşısınız?” soruşduğunu, o, da “o əxlaqsızın adını mənim yanımda çəkməyin” dediyini, xalasının qızı ona tərbiyəli olmağı dediyini, o da ucadan səs-küy salaraq nalayiq ifadələr işlədərək “siz qadınsınız kişi olsaydınız sizinlə bilirəm necə danışardım” dediyini, xalaqızısı ona çölə çıxmağı bildirdiyini, o isə xalası qızının üstünə getdiyini, bu zaman xalasının qızı özünü qorumaq üçün onu təpiklə vurduğunu, birlikdə onu zorla karqonun otağından çölə çıxardıqlarını bildirmişdir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi İbrahimovToğrul Zülfüqar oğlu tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şərur şəhərində Azad karqoda saat təqribən 09:00 radələrində X1 qarşı ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmişdir ucadan səs-küy salaraq ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri etmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Şərur .əhərində Azad karqoda xırda xuliqanlıq hərəkətləri etməklə ictimai qaydanı pozmuş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxılan inzabati material üzrə Azərbaycan Respublikasının İXM-in 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların, olmadığını qeyd edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; - 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməli və inzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar