Məhkəmə qərarları › İş №3(110)-320/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-320/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-320/2024 05.11.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şərur Rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.1987-ci ildə Şərur rayonu, Qarxun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şərur rayonu, Qarxun kəndində yaşayan Şəxs (fin: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh edilməsinə dair inzibati xəta haqqında materiala Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şərur rayon Qarxun kənd sakini Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində sərxoş vəziyyətdə Şərur rayon Qarxun kəndində yaşadığı evdə səs-küy salaraq, anası ilə münahisə etmiş, anasının şikayəti əsasında gələn polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, səs-küy salaraq, nalayiq ifadələr işlətməyə davam etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar Məhkəmədə Şəxs əməli inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər, şahidlərin və özünün izahatı ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə Yuxarı Daşarx kəndində yerləşən “Anadolu” restoranında yeyib-içdiyini, sərxoş olaraq hirslənib sol qolunu bıçaqla kəsdiyini, onu Şərur rayon Mərkəzi Xəstəxanasına apardıqlarını, orada ona tibbi yardım göstərdiklərini, onun işini prokurorluğun araşdırdığını, sonra evə gəldiyini, xx.xx.2024-cü il tarixdə gecə saatlarında Qarxun kəndində yenidən spirtli içki qəbul etdiyini, sərxoş halda evə gəldiyini, anası ilə mübahisə etdiyini, onun xəbəri olmadan anasının onu polis idarəsinə şikayət etdiyini, polis əməkdaşlarını çağırdığını, polisləri görəndə əsəbləşdiyini, onların üstünə hirsləndiyini, onlardan 102 xidmət nömrəsinə zəng vuraraq şikayət etdiyini, içkili olduğu üçün onların qanuni tələblərinə tabe olmadığını, sonra polislərinin onu polis idarəsinə gətirdiyini, səhəri gün onu sərxoşluq müayinəsindən keçirdiklərini, əməlindən peşman olduğunu, bir daha bu cür hərəkətlərə yol verməyəcəyini bildirmiş, məhkəmədən yüngül tənbeh verilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilən oğlu izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə gecə saatlarında post yoldaşı Nəcəfov Araz ilə xidmətdə olduğunu, polis idarəsindən onlara zəng edilərək Qarxun kəndinə getmələrini dediklərini, Qarxun kənd sakini Şəxs polislərə tabesizlik göstəriyini bildirdiklərini, həmin ünvana getdikləri zaman Şəxs polis əməkdaşlarına tabe olmadığı və ucadan səs-küy saldığını gördüklərini, onu yenidən nizam-intizama dəvət etdiklərini, Ruslan sərxoş olduğu üçün onların qanuni tələblərinə qəsdən tabe olmadığını, bir az sonra onu sakitləşdirdiklərini və izahat üçün polis idarəsinə gətirdiklərini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında və verilmiş suallara cavabında Şərur RPİ əməkdaşı olduğunu bildirərək şahid X4 ilə eyni məzmunda izahat vermişdir. Məhkəmədə şahid qismində dindirilən X1 izahatında və verilmiş suallara cavabında xx.xx.2024-cü il tarixdə oğlu Ruslanın sərxoş vəziyyətdə qolundan özünə xəsarət yetirdiyini, xx.xx.2024-cü il tarixdə saat təxminən 23:30 radələrində yenidən sərxoş vəziyyətdə evə gəldiyini, onları ölümlə hədələməyə başladığını, onların qorxduğunu, bıçaq və digər kəsici alətləri gizlətdiklərini, sonra evdən çıxıb onu polisə şikayət etdiklərini, polis əməkdaşları gəldiyində Ruslanın onların qanuni tələbinə tabe olmadığını, onlardan 102 xidmətinə şikayət etdiyini, sonradan polislərin onu sakitləşdirərək polis idarəsinə apardıqlarını bildirdi. Sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli 640710 nömrəli sərxoşluq halının müəyyən edilməsi haqqında alkotestr qəbzindən görünür ki, Şəxs 0.059 promil dərəcəsində sərxoşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə toplanmış sübutları araşdırıb, sübutlara tam, hərtərəfli və obyektiv qiymət verib belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməli yuxarıda göstərilən maddənin tövsifedici əlamətlərinə uyğundur və iş üzrə toplanmış sübutlar əsasında tam təsdiqini tapır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi, xətanın sərxoş halda törədilməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və həmçinin işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Həbsetmənin əvvəli şəxsin inzibati qaydada tutulduğu tarixdən hesablanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə həmin məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 05.11 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X3 həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şərur Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar