Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-320/2025 21.11.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X16 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-ci il tarixdə Keşişkənd rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, ali təhsilli, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Şərur rayonu, Mahmudkənd kəndində qeydiyyatda olan və Bakı şəhərində yaşayan Şəxs (FİN: xxxxxxx) barəsində Şərur Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törətməsi barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Şərur Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, barəsində olan icra sənədi üzrə borclu Şəxs müxtəlif tələbkarların xeyrinə ümumilikdə 141263.99 manat pul alınaraq tələbkarların xeyrin ödənilməlidir. Bu günədək borclu icra sənədlərinin heç bir səbəb göstərmədən ödəməkdən yayınmışdır. Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şərur rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 izahatında protokolla bağlı məlumat verərək, borclu ilə əlaqə saxlaya bilmədiklərini, Şərur rayonu ərazisində yaşamadığnı və qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında əvvəl özünün mağazası olduğunu, Oba marketdən pul almadığını, mağazanın sökülməsi üçün 7000 manat pul verdiyini, telefonu isə aldıqdan sonra ödəniş edə bilmədiyini, Abbası isə tanımadığını, qardaşı ilə işləri olduğunu, divarın uçduğunu, indi isə pulu tələb etdiklərini, umumiyyətlə son üç ildir qeydiyyatda olduğu ünvanda yaşamadığını, Abşeron rayonunda yaşadığını, icra sənədləri barəsində ümumiyyətlə məlumatı olmadığını, yalnız iki banka olan borc barədə məlumat aldığını, həmin pulların isə zaminlərindən tutulduğunu,özünün onlara ödəniş etdiyini bildirmişdir.Borcunu ödəyəcəyini qeyd edərək ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Şərur rayon İcra və Probasiya şöbəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs inzibati xəta törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, izahatlar və iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, borclu icra sənədi üzrə borcunu ödəməkdən qərəzli şəkildə yayınaraq, icra sənədinin icrasını təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, hüquq normasının sanksiya hissəsində isə qeyd edilir ki, - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı halda iş üzrə borclu yəni, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə icra məmuru tərəfindən bir neçə dəfə telefon zəngi edilərək icra sənədindəki tələbin icra edilməsi tələbi irəli sürülsə də borclu onun iş üzrə tələbkara borcu olmadığını, məhkəmə qərarının saxta olduğunu deyərək qərəzli şəkildə icra sənədinin icrasından yayınmaqla icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(110)-272/2024 saylı icra vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixli MK45781/88/1 nömrəli Kredit Sazişi üzrə cavabdehlər Şəxs, X4 və X12 müştərək qaydada 23978.91 (iyirmi üç min doqquz yüz yetmiş səkkiz manat doxsan bir qəpik) manat əsas borc, 4562.81 (dörd min beş yüz altmış iki manat səksən bir) qəpik manat faiz borcu, 918.46 (doqquz yüz on səkkiz manat qırx altı qəpik) manat cərimə, cəmi 29460.18 (iyirmi doqquz min dörd yüz altmış manat, on səkkiz qəpik) manat borc və 179 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 29639.18 (iyirmi doqquz min altı yüz otuz doqquz manat, on səkkiz qəpik) manat pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir; - xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icra məmuru tərəfindən icraata başlanılmışdır. - Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(009)-804/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh X9, X12 və Şəxs müştərək qaydada 40510 (qırx min beş yüz on) manat pul tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir; - xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icra məmuru tərəfindən icraata başlanılmışdır. - Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(110)-208/2024 saylı icra vərəqəsinə əsasən Şərur rayonu Mahmudkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan cavabdeh Şəxs 2016 manat əsas, 202 manat cərimə olmaqla, cəmi 2218 manat (iki min iki yüz on səkkiz manat) borc və dövlət rüsumu olaraq ödənilmiş 42,18 manat (qırx iki manat on səkkiz qəpik) məbləğində vəsait tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir; - xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icra məmuru tərəfindən icraata başlanılmışdır. - Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(110)-102/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs əldən çıxmış fayda qismində hər ay üçün 2200 manat olmaqla, 13 ay üçün 28600 (iyirmi səkkiz min altı yüz) manat, 14742 (on dörd min yeddi yüz qırx iki) manat ödənilməmiş itki məbləği (mağazanın sökülməsi və yenidən qurulması üçün çəkilən xərclərin) və dövlət rüsumu üçün ödənilmiş 221 (iki yüz iyirmi bir) manat olmaqla, ümumilikdə 43563 (qırx üç min beş yüz altmış üç) manat pul alınaraq iddiaçı "xxxx" MMC - yə ödənilməsi qət edilmişdir; - xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icra məmuru tərəfindən icraata başlanılmışdır. - Bakı Şəhəri Səbail Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-804/2023 saylı icra vərəqəsinə əsasən ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər X9, X12 və Şəxs tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməsi: X3, kod 210005, VÖEN:**********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE******************** qət edilmişdir; - xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icra məmuru tərəfindən icraata başlanılmışdır. - Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-20/2025 saylı icra vərəqəsinə əsasən Məhkəmənin 20 noyabr 2024-cü il tarixli, e-2-2(123)- 557/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər Şəxs, X7 və X8 müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ123601**********5944, VÖEN **********) X10 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməsi qət edilmişdir; - xx.xx.2025-ci il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icra məmuru tərəfindən icraata başlanılmışdır. - Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-20/2025 saylı icra vərəqəsinə əsasən Məhkəmənin 11 fevral 2025-ci il tarixli, e-2-2(123)-20/2025 saylı qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 300 (üç yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Şəxs, X7 və X8 müştərək qaydada tutularaq "xxxx" MMC-nin (hesab: AZ33İBAZ********************, VÖEN **********) "xxxx" ASC-nin Yasamal Filialındakı hesabına (KOD: 805562, VÖEN: **********, Müxbir hesabı: AZ03NABZ013501**********2944, S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilməsi qət edilmişdir; - xx.xx.2025-ci il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icra məmuru tərəfindən icraata başlanılmışdır. - Şərur Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli e-2(110)-436/2024 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs, X8 və X4 müştərək qaydada xx.xx.2022-ci il tarixli 1172micAHM/22 saylı nömrəli Kredit və X11 üzrə 21081.05 (iyirmi bir min səksən bir manat beş qəpik) manat əsas borc, 2661.52 (iki min altı yüz altmış bir manat əlli iki qəpik) manat məbləğində faiz borcu, 974.5 (doqquz yüz yetmiş dörd manat əlli qəpik) manat cərimə, cəmi 24717.07 (iyirmi dörd min yeddi yüz on yeddi manat yeddi qəpik) manat borc, 164.16 (bir yüz altmış dörd manat on altı qəpik) manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 24881.63 (iyirmi dörd min səkkiz yüz səksən bir manat altmış üç qəpik) manat məbləğində pul tutularaq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir; - xx.xx.2024-cü il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icra məmuru tərəfindən icraata başlanılmışdır. - 10 iyun 2024-cü il tarixli borclunun axtarılması haqqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. - Axtarışda olan borclu fiziki şəxsin və cavabdehin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, borclu Şəxs xx.xx.2025-ci il tarixdə tutularaq Şərur rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. - Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, borcunu ödəmədiyi təqdirdə ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada tətbiq olunacaq inzibati məsuliyyət barədə ona xəbardarlıq edilmişdir. - xx.xx.2025-ci il tarixli bir neçəicra sənədinin ümumi icraattda birləşdirilməsi haqqında qərardan görünür ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(110)- 272/2024 saylı, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(009)- 804/2023 saylı, Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(110)-208/2024 saylı, Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(110)-102/2024 saylı, Bakı Şəhəri Səbail Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-804/2023 saylı, Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-20/2025 saylı, Naxçıvan MR Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-20/2025 saylı və Şərur Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli e-2(110)-436/2024 saylı icra səndləri ümumi icraatda birləşdirilmişdir. Məhkəmə baxılan inzibati xəta haqqında material üzrə Azərbaycan Respublikasının İXMnın 104-105-ci maddələrində nəzərdə tutulmuş, icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olmadığını qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Akif Həsənov Azərbaycana qarşı” 2019-cu il tarixli iş üzrə qərarında qeyd olunur ki, şəxs məhkəmə iclasına çağırılmasa və dinləmədə onun iştirakı təmin edilməsə (həmçinin qərarın surətini ona təqdim edilməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan müraciətinin nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədən şəxs Şəxs inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib bu qənaətə gəlir ki, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmasını, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli və 1000 (bir min) manat miqdarında inzibati qaydada cərimə edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(110)-320/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-320/2025
21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver