Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 3(110)-326/2025 07.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Zeynalov İlkin Cəlal oğlunun sədrliyi X8 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş ADSEA yanında Suların İstifadəsinə və X4 Xidmətinin 14 saylı X3 nümayəndəsi – X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Keşişkənd rayonunda doğulmuş, ailəli, fərdi təsərrüfatla məşğul olan, Şərur rayon Danyeri kəndində qeydiyyatda olmaqla yaşayan (Fin: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə ADSEA yanında Suların İstifadəsinə və X4 Xidmətinin 14 saylı X2 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: ADSEA yanında Suların İstifadəsinə və X4 Xidmətinin 14 saylı X3 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 19 noyabr 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. İşin materiallarında olan 19 noyabr 2025-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, 17 noyabr 2025-ci il tarixdə Şəxs Şərur rayon Danyeri kəndi “Vəlioğulları” çay evində su mühafizə zonasının tələblərini pozaraq iaşə obyekti işlətmişdir və bu hal fotoşəkillərlə və digər materiallarla təsdiq olunur. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, obyektin özünə məxsus olduğunu, sadəcə qeyri-yaşayış sahəsinə çevirmədiyini, həmin ərazidə quyu düzəltdiyini, tullantı sularının həmin quyuya axdığını, həmçinin çay evini öz həyətində tikdiyini, hazırda fəaliyyətini dayandırdığını, hal-hazırda orda qapı-pəncərə sexi olduğunu və orada özü üçün çay dəmlədiyini, protokola etirazının olmadığını, əməlini etiraf etdiyini və qeyd edilən nöqsanları aradan qaldıracağını bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş ADSEA yanında Suların İstifadəsinə və X4 Xidmətinin 14 saylı X3 baş məsləhətçisi-müfəttişi X5 verdiyi izahatında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi nəzərdə tutulmuş inzibati xətanı törədərək Şərur rayon Danyeri kəndi “Vəlioğulları” çay evində su mühafizə zonasının tələblərini pozaraq iaşə obyekti işlətdiyini və bu halın fotoşəkillərlə və digər materiallarla təsdiq olunduğunu, Su məcəlləsinin tələblərinin pozulduğunu qeyd etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Şəxs barəsində ADSEA yanında Suların İstifadəsinə və X4 Xidmətinin 14 saylı Naxçıvan regional Bölməsi əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə tövsif edilmişdir. 17 noyabr 2025-ci il tarixli, aktdan görsənir ki, aparılmış nəzarət tədbirləri çərçivəsində Şərur rayonun Danyeri kəndi “Vəlioğulları” çay evində kənd sakini Şəxs tərəfindən içməli-məişət suyunun və tullantıların təyinatsız olaraq boş torpaq sahəyə axıdıldığı aşkar olunmuşdur. Müvafiq foto şəkillər akta əlavə edilmişdir. 17 noyabr 2025-ci il tarixli digər aktdan görsənir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş və o, inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün Regional Bölməyə dəvət edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatlarını və toplanmış digər sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə-fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında işin digər materialları ilə müəyyən olundu ki, Şəxs Şərur rayonu Danyeri kəndində “Vəlioğulları” çay evindən içməli-məişət suyunun və tullantıların təyinatsız olaraq boş torpaq sahəyə axıtmaqla müvafiq tələbləri pozmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şərur rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə və ya bir başa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №3(110)-326/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №3(110)-326/2025
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver